KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuat Gahramanlı: Hersonda Putinə qazılan qəbr

Fuat Gahramanlı: Hersonda Putinə qazılan qəbr

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
262 0

Gözlənilən qələbə gələcək döyüşlərin də taleyini həlledəcək.

Ukrayna ordusunun Hersona hücumu Putini çətin duruma salıb. Belə bir hücum sentyabr – oktyabr aylarına gözlənildiyindən, ruslar həm də hərbi zərbədən zəif olmayan psixoloji zərbəyə məruz qalıblar. Putin ümid edirdi ki, ruslar hücum edən tərəf kimi hərbi üstünlüyə sahibdirlər və o, bu təşəbbüsü əlində saxlayacağı təqdirdə qarşı tərəfi də özü ilə birgə yorub tükəndirəcək və beləcə tutduğu mövqelərdə uzun müddət qalmaqda davam edəcək. Beləcə cəbhədə irəliləyiş olmasa da, geriləmə də olmayacaq və iqtisadi problemlərin artması üzündən Qərb koalisiyası yenidən danışıqların vacibliyini gündəmə gətirəcək. Bu müddətdə Putin də qapalı rus cəmiyyətində Salovyların dirijorluğu ilə öz reytinqini qoruyub saxlaya biləcək.
Ancaq indi vəziyyət dəyişməkdədir. Düzdür döyüşlər haqda dəqiq rəsmi məlumatlar verilməsə də, yayılan vide görüntülərdə Ukrayna ordusunun rusların müdafiə xəttini yatdığı, Herson şəhəri ətrafındakı mövqelərə nəzarət etdiyi, çox sayda yaşayış məntəqələrini azad etdiyi görünür. Artıq rəsmi olaraq təsdiq olunub ki, bu hücum əməliyyatı Ukraynanln Qərb müttəfiqləri ilə birgə hazırlanıb və bundan ötrü öncədən lazım olan bütün silah və texniki təminat təmin edilib. Rusiya isə belə bir vəziyyətdə Hersondakı ordusunu silah və yanacaqla təmin edə bilmir. Ukrayna ordusu bir neçə həftədir ki, rus ordusunun logistika imkanlarını, silah və yanacaq anbarlarını ard – arda məhv etməklə məşğuldur. Resursların müqayisəsini nəzərə alsaq, bu vəziyyətdə müdafiə olunan rusların şiddətli döyüşlərə uzun zaman davam gətirmələri imkansız görünür. Digər tərəfdən isə Ukrayna ordusunun əlində olan NATO silahları öz dəqiqliyinə və dağıdıcı gücünə görə daha üstün olduğundan, rusların o qədər də effektli olmayan əks zərbələri hücumları dayandırmaq iqtidarında deyil. Ona görə də Ukrayna ordusunun bu hücum nəticəsində Hersonu azad edə biləcəyi şübhə doğurmur.
Bu arada Ukrayna ordusunun yenidən Krıma zərbələr endirərək, bu dəfə də Krasnaqvardeysk yaxınlığındakı neft bazasını vurması, Hersondan sonra hərbi əməliyyatların Kırıma doğru irəliləyəcəyinin anonsunu verməkdədir.
Hersonun itirilməsi Putinin hərbi məğlubiyyətini bir prosesə çevirəcək və yeni şəhərlərin azad olunmasının önünü açacaq. Hersonun azad edilməsi böyük bir uğursuzluq hadisəsi kimi müharibədəki məğlubiyyəti Rusiya cəmiyyətində hiss etdirərək, həm də ölkə daxilində Putin rejiminin qüdrətini mənəvi baxımdan sarsııdacaq. Çünki bu dəfə “insanların təhlükəsizliyi naminə, humanist niyyətlə geri çəkildik” yalanı arxasında Putinin məğlub obrazını gizlənmək mümkün olmayacaq. Hersondakı məğlubiyyət rus ordusunun öz güvənini, inamını sarsıdan bir uğursuzluq kimi gələcək döyüş əməliyyatlarına da öz təsirini göstərəcək. Ona görə də, bu gün Hersona uğrunda mübarizənin nəticələri həm də, əslində cəbhənin digər istiqamətlərində aparılan döyüşlərin taleyini də gələcəkdə dəyişəcək. Bu gözlənilən qələbədən sonra təkcə NATO silahları deyil, Ukrayna ordusunun inamı və döyüş əzmi də Rusiyanın məğlubiyyətini qaçılmaz edəcək.

Fuat Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir