KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuar Gahramanlı: Rusiya Azərbaycana qarşı müharibəyə başlaya bilərmi

Fuar Gahramanlı: Rusiya Azərbaycana qarşı müharibəyə başlaya bilərmi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
329 0

Qarabağdan əlavə Bakının da işğal təhlükəsi var

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin “Rosiya-1” kanalındakı çıxışında Azərbaycanı bombalamağı təklif edib. Buna bir deputatın sərsəm fikirləri kimi də baxıb keçmək olardı. Ancaq Rusiya kimi dövlətdə informasiya siyasəti üzərində nəzarətin sərtləşdirildiy bir şəraitdə dövlət kanalından bu cür bəyanat səslənməsi təsadüfi deyil və ölkəmizin dolayı yolla hədələnməsidir. Əvvələr bu cür işləri Jirinovski vasitəsi ilə edirdilər, indi onun yoxluğu şəraitində hədə qorxuları başqalarının dili ilə səsləndirirlər.
Bundan əvvəl isə Rusiya MN nin Fərrux kəndi ilə bağlı məlum həqarətli bəyanatı da olmuşdu. Belə görünür ki, Ukraynadakı hərbi məğlubiyyət Putini qələbə qazana biləcəyi yeni bir münaqişə ocağı axtarmağa yönəldir. Bu baxımdan Qarabağ məsələsi Moskva üçün daha cəlbedici görünə bilər.
Niyə?
1. Azərbaycana qarşı olacaq hərbi müdaxilədə Rusiya ilk əvvəl birbaşa deyil, Ermənistanın müdafiəçisi kimi iştirak edə bilər. Bu zaman Qarabağ ermənilərini Azərbaycan ordusundan qorumaq bəhanəsi Rusiyaya Fransa başda olmaqla bəzi Qərb ölkələrinin hətta dəstəyini qazanmağa imkan verər.
2. Azərbaycana qarşı hərbi müdaxilə Putinə həm də ona görə maraqlı görünə bilər ki, Ukraynada qazandığı təcavüzkar və işğalçı adını , bu dəfə məzlum erməniləri qoruyan bir müdafiəçi imici ilə əvəz etmiş olar.
3. Rusiyanın Qarabağda başlada biləcəyi müharibədə Ukraynadakından fərqli olaraq NATO – nun vahid mövqe ortaya qoyması mümkün deyil. Təkcə, Türkiyə və Fransanın bu məsələdə əks qütblərdə çıxış etməsi və digər üzvlərin də Avropanın sərhədlərindən uzaq Cənubi Qafqazdakı münaqişəni özləri üçün təhlükə saymaması Ukraynada olduğundan tamamilə fərqli bir vəziyyət yarada bilər. Bu da Putinə NATO daxili ziddiyyətlər yaradıb bu yolla da Avropada itirdiyi manevr imkanlarını yenidən qazanmağa imkan verə bilər.
4. Rusiya Qarabağda başladacağı hərbi əməliyyatları sonradan genişləndirib Bakını işğal etməyə də cəhd edə bilər. Bununla da Putin sarsılmış hərbi qüdrətini bərpa edib Ukraynadakı məğlubiyyət pərtçiliyindən çıxıa, uğursuzluğa uğramış Kiyevin işğal planını Bakının zəbbt olunması ilə kompensasiya edərək öz iddalarına revanş imkanı qazandıra bilər.
5. Azərbaycanın işğal edilməsi ölkəmizdən Qərbə uzanan enerji koridorunu və Şərq Qərb kommunikasiya şəbəkəsini nəzarətə götürüb Rusiyaya Avropaya və Türkiyə daha ox təzyiq etmək imkanı qazandıra bilər. Bu günlərdə
Qazaxıstanda hasil edilən neftin 90 faizini Avropa bazarına çatdıran Xəzər Kəmər Konsorsiumunun (KTK) Novorossiysk yaxınlığındakı terminalında üç neft nasosunun təxribat nəticəsində sıradan çıxması Rusiyanın bu məsələyə çox önəm verdiyini göstərir. Bundan əlavə 2 gün öncə S.Ərəbistanında “Aramco” şirkətinin neft bazasının da partladılmasına Rusiyanın dünya enerji bazarına və Qərbə bu yolla təzyiq etmək istəyi prizmasından yanaşılmalıdır.
Bütün bunları nəzərə alsaq Rusiyanın Qarabağdan başlayıb Bakınlnın işğalına qədər gedib çıxa biləcək yeni bir müharibəyə başlaması ehtimalı real görünür. Ona görə də Azərbaycan iqtidarının yubanmadan Türkiyə ilə hərbi məsləhətləşmələrə başlaması, ölkənin müdafiə imkanlarını artırmaq üçün əlavə tədbirlər görməsi, Qərblə fəal diplomatiya aparması, ölkə daxilində milli birlik yaradılması istiqamətində hərəkətə keçməsi gərəkdir.

Fuar Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir