KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Azərbaycan və Ermənistanın geosiyasi niyyətləri müharibə təhlükəsi yaradırmı ?

Fuad Gahramanlı: Azərbaycan və Ermənistanın geosiyasi niyyətləri müharibə təhlükəsi yaradırmı ?

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
19 0

Yenidən Türkiyə ilə yaxınlaşma və Qərbi oyuna gətirmək planı.

Strateji təhlil.

Ermənistanın Nazirlər Kabineti ölkənin Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Bununla da Ermənistanın Avropa İttifaqına üzvlüyü prosesinin başlandığı rəsmi şəkildə elan edilir. Paşinyan Rusiyanın Ukraynaya təcavüzünə gətiriib çıxaran bir prosesi öz ölkəsi üçün başlatmaqla, Rusiyanın geosiyasi qırmızı cizgisini çox açıq formada ayaqlayıb keçmiş oldu. İndiyə qədər Ermənistanın Qərbə üz tutmasına Rusiya sadəcə iqtisadi -siyasi əməkdaşlıq kimi baxa bilirdisə, bundan sonra münasibətlər institutsional xarakter almağa başlayacaq. Bu, təkcə Ermənistanın Avropaya üz tutması demək deyil, həm də Gürcüstanda çuxura düşmüş Avropanı Cənubi Qafqaza çəkib gətirmək və regionda güc tarazlığını Moskvanın əleyhinə dəyişmək deməkdir.

Rusiya isə Ermənistanın bu addımına hələ ki, səssiz qalıb. Görünür Moskvadan gələn səsin artıq İrəvanda qulaq ardına vurulduğunu gördükləri üçün səs çıxarmağın bir işə yaramayacağını nəzərə alıb əvvəlki tək kəskin bəyanatlar səsləndirmirlər. İndi Ermənistan nəinki Rusiyanın təsir dairəsindən çıxıb, artıq bu ölkə Moskvanın geosiyasi istəklərini və tələblərini nəzərə almadan Avropa ilə bağlı strateji seçimini institutlaşdırmağa qərar verib.Bundan öncə isə Ermənistan Rusiyanın yaratdığı və heç bir funksionallığı olmayan KTM -dəki fəaliyyətini dayandırdığını bildirib.

Maraqlı məqamlardan biri budur ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyevin məlum çıxışında Ermənistanı faşist dövlət adlandıraraq ona sərt xəbərdarlıq etməsindən sonra, Paşinyan onun bu aqressiv ritorikasına fərqli reaksiya verərək iki ölkə arasında sülhlə bağlı təkliflər irəli sürüb. Özü də çox bic bir yol tutaraq bunu diplomatik kanallarla deyil, sosial şəbəkələr üzərindən etməklə Azərbaycan rəhbərliyi ilə öz arasındakı mövqe və ritorika fərqini göstərməyə çalışıb. O, bu təklifləri içərisində İlham Əliyevin silahlanma ilə bağlı dediklərini nəzərdə tutaraq silah kvotası tətbiq etməyi təklif edib. Digər tərəfdən isə Ermənistanın yeni ekspansiya niyyətlərinin olmadığını göstərmək üçün atəşkəsə birgə nəzarət mexanizmi yaratmağa da hazır olduqlarını bildirib. Paşinyan iki olkənin bir- birlərinə qarşı iddialardan qarşılıqlı olaraq imtina etməsinə və 90 % hazır olan sülh müqaviləsini imzalamağa çağıraraq, ölkəsinin gündəmində fərqli mövzular olduğunu, savaş tərəfi kimi görünmək istəmədiyini nümayiş etdirməyə çalışır.

Açıq görünür ki, Ermənistan hakimiyyəti məqsədli şəkildə müharibə ritorikasını öz leksikonundan uzaq tutaraq, hədəfinin olkənin inkişafı və Qərbə inteqrasiya prosesi olduğunu göstərməyə çalışır. Təsadüfi deyil ki, Ermənistanın 2024-cü ildə ixracatı 12,307 milyard dollar olduğu halda, Azərbaycanın qeyri neft sektorunun ixracı cəmi 3.1 milyard manat olub. Bu böyük fərq onu göstərir ki, Paşinyan indi erməni cəmiyyətini məğlub edilmiş tarixi ekspansiya iddalarından, ideoloji xəstəliyə çevrilmiş böyük Ermənistan iddiasından birdəfəlik qopararaq iqtisadi inkişafı və Avrointeqrasiya siyasətini yeni milli hədəfə çevirib. O, bu sahədəki uğurları ilə Azərbaycanla müharibədəki məğlubiyyəti kompensasiya etməyə və ya hərbi məğlubiyyəti iqtisadi inkişaf fürsətinə çevirməyi hədəfləyir. Xatırladaq ki , vaxtı ilə Yaponiya və Almaniya da müharibədəki məğlubiyyətdən sonra hərbi niyyətlərdən və işğal iddalarından imtina edərək, öz milli resurslarını yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə sərf edərək uğurlu nəticələr əldə etmişdilər. İndi də belə görünür ki, Ermənistan da Qarabağ müharibəsindəki məğlubiyyətindən nəticə çıxararaq eyni yol xəritəsini seçmək istəyir.

Paşinyanın İlham Əliyevin məlum sərt çıxışna bu qədər yumşaq və sakit reaksiya verməsi həm də görünür onunla bağlıdır ki, o, bu ritorikada öz ölkəsinə real bir təhlükə görmür. Çox güman ki, Paşinyan hesab edir ki, bu cür çıxış real müharibə təhlükəsi yaratmaqdan daha çox, qarşı tərəfin təhlükəsizliklə bağlı hazırkı status-kvonu qoruyub saxlaması və iki ölkə arasında sülh müqaviləsini ləngitmək üçündür.

Ancaq məsələ təkcə bununla da bitmir. Bəs daha nə var? İzah edək. İlham Əliyevin son müsahibəsindən də görünür ki, o, artıq Putindən daha çox indi Ərdoğana yaxın görünmək istəyir. Bir müddət əvvəl Türkiyə ilə münasibətlərin soyumasından sonra yenidən Ərdoğanla yaxınlaşmağın bədəli olaraq bu günlərdə bəlli oldu ki, SOCAR Türkiyəyə 7 milyard dollar yeni investisiya qoymağa hazırlaşır. Bu da CHP başqanı Özgür Özəllə telfon konuşmasının dövlətə kəsilən ağır faturası))
Sual yarana bilər ki, bəs əgər İlham Əliyev bu mərhələdə Ərdoğanla əvvəlki münasibətləri bərpa etməyə çalışırsa, xarici siyasətdəki bu vektor dəyişməsi fonunda Ermənistana ünvanlanmış məlum sərt çıxışının məqsədi nədir? Güman ki, İlham Əliyev Azərbaycan və Ermənistan arasında eskalasiyanı sözdə süni şəkildə artıraraq Qərbi yeni mümkün müharibə təhlükəsinə inandırmağa çalışır. Ona görə də sərt hədələyici üslub seçərək Qərbi inandırmağa çalışır ki, bu blef deyil, real təhlükədir. Əslində isə bu nədir və o, niyə bunu edir ?

Bu yolla, o, real təhlükə görüntüsü yaradaraq Qərbi özü ilə bu mövzuda dialoqa cəlb etmək və eskalasiyanı azaltmaq müqabilində anlaşma əldə etmək istəyir. Bu yolla nəzərdə tutulan bazarlığın məqsədi isə isə onun avtoritar idarəçilik qaydalarına müdaxilə edilməməsudir. Çünki Qərblə münasibətlərdə hər zaman Azərbaycan hakimiyyətini narahat edən əsas məqam avtoritar mahiyyətini dəyişməklə bağlı səslənən tələblərdir. Son iki ildə Qərbin siyasi məhbus və insan haqları məsələsində israrlı mövqeyi İlham Əliyev üçün ciddi baş ağrısına çevrilib. O, hesab edir ki, Qərbin mövqeyinin bu qədər sərtləşməsinin səbəblərindən biri də, Azərbaycanla Rusiya arasındakı müttəfiqlik münasibətləridir. Ona görə də, İlham Əliyev indi hesab edir ki, təyyarə hadisəsinə görə Rusiya ilə münasibətlərdə məsafəni artırıb Türkiyə cizgisinə dönürsə, Qərb də bunu nəzərə alaraq öz ritorikasını bir qədər yumşaltmalıdır. Buna nail olmaq üçün isə, onun əlindəki əsas təsir vasitəsi Ermənistanla münasibətlərdə müharibə təhlükəsi görüntüsü yaratmaqdır. Bu görüntü yaranandan sonra Azərbaycan Qərbdən gələn tələbələri nəzərə alırmış kimi davranaraq, eskalasiyadan geri çəkilmə müqabilində özünə qarşı münasibəti yumşaltmağı hədəfləyir. Bu həm də yaxın günlərdə Trampa ediləcək jest kimi nəzərdə tutulur.

Ancaq Qərbin də, Türkiyənin də istəyinin təkcə eskalasiyanı azaltmaq, sərt ritorikadan imtina etməklə məhdudlaşacağı real deyil. Çünki hazırda geosiyasi rəqabət şərtləri elədir ki, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün Azərbaycan və Ermənistan arasında mütləq sülh müqaviləsi imzalanması və dayanıqlı sülh yaranması tələb olunur. Bu halda Qərbin Cənubi Qafqazda sulh üçün təhlükəsizlik təminatı yaradılmasında iştirakı və regionun Avrointeqrasiyası gündəmə gələcək. Həm də İranla bağlı planlar da Cənubi Qafqazda dayanıqlı sülhün olmasını tələb edir. Üstəlik Suriya məsələsindən sonra regional güc kimi rolu artan Türkiyə Cənubi Qafqazda da Rusiyanın sıxışdırılıb çıxarılmasını istədiyi üçün Azərbaycan və Ermənistan arasında sülh bağlanmasına regionda oz rolunu artırmaq imkanı kimi baxır. Ona görə də qarşıdakı mərhələdə geosiyasi proseslər getdikcə Azərbaycan siyasətində daxili oyun qaydalarının dəyişməsi yönündə daha çox təzyiq yaratmış olacaq. Bu baxımdan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması bütövlükdə regionun Avrointeqrasiyası prosesinə cəlb edilməsi və daxili siyasətdə demokratiya,insan haqları kimi məsələləri ön plana çıxaracaq.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir