KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Qəhrəmanlı: Milli bütövlüyümüzü parçalayan daxili təhlükələr Rusiya və İranın daxildəki uzantıları

Fuad Qəhrəmanlı: Milli bütövlüyümüzü parçalayan daxili təhlükələr Rusiya və İranın daxildəki uzantıları

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
330 0

Bizim ölkənin ən ciddi milli təhlükəsizlik problemlərindən biri də əhali arasında hansısa ölkəyə kütləvi simpatizanlığın olmasıdır. Belə bir hal qonşu ölkələrə imkan verir ki, bu gün və gələcəkdə öz maraqları üçün ölkəmizə daxildən təzyiq göstərsin, ideoloji ixracatla məşğul olsun.
Təbii ki, bu məsələdə Türkiyə istisnadır. Çünki Türkiyəni sevmək, tərəfdar olmaq heç bir şərtlə Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etmir. Türkiyə dövlət və xalq olaraq hər zaman Azərbaycana qardaşlıq münasibəti ilə yanaşır və ən çətin anlarda bizim yanımızda yer alır.
Ancaq digər qonşularla bağlı bunu demək çətindir.
Bu gün ölkəmizdə Rusiyanın əsas tərəfdar təbəqəsi rusdilli zümrə və hakimiyyətdəki Moskvaya bağlı 5- ci kalondan ibarətdir. 5-ci kalon əsasən bilinən və tanınan şəxslərdən təşkil olunub. Dövlətdən kənar sayılan rusdilli təbəqə isə hər hansı ideologiya əsasında təşkilatlanmayıb. Onların əksəriyyəti rus dilində aldığı təhsilə görə rus mədəniyyətinə bağlıdırlar. Bu səbəbdən də Rusiya onlar üçün doğma ölkə hesab olunur. Ancaq bu təbəqədən olanların əksəriyyəti təhsilli insanlardır və olar hazırkı Putin iqtidarını sevmirlər. Onlar üçün demokratik Rusiya daha cəlbedici olardı. Bu zümrə siyasətdə demək olar ki, nəzərə çarpmır və Rusiya maraqlarına xidmət istiqamətində təşkilatlanmış fəaliyyət göstərmirlər. Onlarla bağlı əsas problem ondadır ki, bu adamların əksəriyyəti öz milli kimliyindən və dəyərlərindən uzaq düşdüyü üçün, öz xalqına üstdən aşağı münasibət bəsləyir, mənəvi baxımdan özlərini bu ölkəyə aid bilmirlər. Bu səbəbdən də rusdillilər milli kimlik cizgilərinin xaricində qaldıqları üçün, öz dünyagörüşüləri və aid olduqları mədəniyyətə görə cəmiyyətimizdə fərqli bir kateqoriya kimi milli – psixoloji bölünməyə səbəb olurlar.
İkinci zümrə usə İrana rəğbət bəsləyən təbəqədir. Sosioloji sorğularda onların 10 faizə qədər olması milli təhlükəsizlik baxımından ciddi problemlər yaradır. İrana rəğbət bəsləyənlər əsasən dini ideoloji səbəbdən bu ölkəni müdafiə edirlər. Bu isə rusdilli əhali təbəqəsindən ciddi şəkildə fərqlilik deməkdir. İran uzun illər ərzində Azərbaycanda öz təbliğatını elə qurub ki, sanki müsəlman olmaq, şiə təriqətinə mənsub olmaq İranı sevməklə, İrana bağlı olmaqla eyni anlama gəlir.
Ona görə də İanpərəst dindarlar üçün,İranı dəstəkləmək sanki onların dini inancının tərkib hissəsi hesab olunur.
Ona görə də öz dini inancına bağlı qalan bu dindar insanlar, əksər hallarda öz simpatiyalarınl milli maraqlarımızdan üstün tutaraq İranın Azərbaycana qarşı fəaliyyətini, oradakı soydaşlarımızın milli hüquqlarını pozmasın görməzdən gəlirlər. Məsələn, İranpərəst dindarlar bu günlərdə İranın qaçaq yolla erməni işğalçıları üçün Xankəndinə 58 maşın yük göndərməsi kimi faktları həmişə görməzdən gəlirlər. Heç şübhəsiz ki, bu halda dövlətininn milli maraqlarına qarşı olan bir xarici ölkənin yanında yer alıb, onun simpatizanına çevrilmək, mahiyyətdə öz dövlətinə və xalqına qarşı əks mövqedə yer almaq deməkdir. Bu məsələ milli təhlükəsizliyimiz üçün çox böyük təhlükə yaradır.
İranın bu sahədə Rusiyadan daha uğurlu olmasının səbəblərindən bir də “Vilayəti – Fəqih” anlayışını ölkəmizdəki bəzi dindarların şüurlarına yeritməsi ilə bağlıdır. Bu anlayışa görə İran dövlətinin ali dini rəhbəri həm də bütün şiə müsəlmanlarının lideridir və onun fətvaları harda yaşamasından asılı olmayaraq müsəlmanlar üzərinə mənəvi məsuliyyət qoyur. İran dövlətinin ali dini rəhbərini başqa ölkələrdə yaşayan müsəlmanların dini lideri kimi qəbul etdirmək ilk növbədə İranın öz dövlət maraqlarına xidmət edir. Bu yolla İranın fars iqtidarı digər ölkələrdə yaşayan şiə müsəlmanlar üzərində mənəvi hakimiyyət əldə edərək, onlara təsir etmək imkanı əldə etmiş olur. İran bu hüququ hansı əsasla özünə verib, bunun heç bir dini, elmi izahı, əsaslandırması yoxdur.
Eyni zamanda Azərbaycan iqtidarının dini sahəni başına buraxdığı ötən illərdə İran ölkəmizdə dini kadrların hazırlanmasını və minlərlə gəncin Qumda ali dini təhsill almasını təmin edib. İslam inqilabı ideoloyitasını ixrac etməyi öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmiş İran dövləti dini təhsil almaq üçün gələn gənclərin əksəriyyətini bu ölkənin simpatizanını kimi yetişdirmiş, bəzilərini də məxfi əməkdaşlığa cəlb edərək ölkəmizdə geniş, təsirli bir şəbəkə qurmağı bacarıb.
Bundan əlavə İran Azərbaycanda təkcə məscidlərə nüfuz etməklə qalmayıb, özünə bağlı bir neçə dini sayt, xeyirə təşkilatları, dini ədəbiyyat satışı məntəqələri yaradıb.
İranın İslam həmrəyliyi, dini təəssübkeşliklə bağlı mövqeyinin səmimimi olmaması onun müsəlman qanı tökən ermənilərə davamlı yardımlar etməsində, 30 milyon müsəlman türklərinin milli hüquqlarını boğmasında özünü göstərir. Hətta İran özünə bağlı olmayan müsəlman dinili liderlərin fəaliyyətini də arzu olunmaz sayaraq, onların sıradan çıxarılmasında maraqlıdır. Bu səbəbdəndir ki, özünə müsəlman dövləti deyən, dini rəhbərini bütün şiə müsəlmanlarının lideri hesab edən İran Müsəlman Birliyi Hərəkatının lideri Hacı Taleh Bağırzadənin və yaxın silahdaşlarının 20 ilə qədər qanunsuz həbsi cəzası almasına bir dəfə də olsun rəsmi etiraz bildirmədi. Taleh bəylə birgə Nardaran işi ilə bağlı məhkəmədə iştirak etdiyim vaxt şahid oldum ki, bütün Qərb ölkələrinin səfirlərinin məhkəməyə davamlı gəlməsinə rəğmən, bircə dəfə də olsa İran dövlətinin təmsilçisi bu prosesə qatılmadı. Hətta bəzi İrana yaxın saytlara xəbər göndərilməsinə baxmayaraq, məhkəmə haqda yazılar verməkdən imtina etdilər.
Bütün bunlar onu göstərir ki, İranın Azərbaycanda himayə etdiyi dini fəaliyyət islama deyil, bu ölkənin dövlət maraqlarına xidmət edir.
Ona görə Azərbaycan dövlətinin milli təhlükəsizliyinə cavabdeh qurumlar bu məsələyə daha diqqətlə yanaşıb, gələcəkdə daha böyük təhdid yaradan bu təhlükənin qarşısını almalıdırlar.

Fuad Qəhrəmanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir