KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Qəhrəmanlı: Karabağ konusunda ABD Rusya’nın tutumu nedir

Fuad Qəhrəmanlı: Karabağ konusunda ABD Rusya’nın tutumu nedir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
231 0

ABŞ danışıqlardan razıdır.

Rusiya isə pərtdir və hədələyir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ABŞ-da aparılan danışıqlar 4 gündür ki davam edir. Belə uzun danışıqlar onu göstərir ki, ABŞ iki ölkə arasında nəticə əldə olunmasında çox israrlıdır. Ona görə də müəyyən nəticə əldə olunana qədər XİN rəhbərlərini buraxmaq istəmir. Dünən isə ABŞ- prezidentinin müşaviri Cek Sallivan bildirib ki, yekun nəticə olmasa da, ancaq danışıqlarda mühüm irəliləyişlər var. “Azadlıq” radiosunun erməni xidməti isə bildirib ki, müzakirələrdə Qarabağın statusu deyil, oradakı ermənilərin təhlükəsizliyi və hüquqlarının təmin olunması haqda danışılır. Bu isə Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlardan fərqli olaraq, Azərbaycanın maraqlarına tam uyğundur.

Xatırladım ki, Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda Qarabağın statusunun müəyyənləşməsinin gələcək nəsillərə saxlanılması nəzərdə tutulurdu. Bu avantürist təkliflə Rusiya münaqişənin qarşısınını almağa və Qarabağda Azərbaycanın suverenliyinin bərpasını əngəlləməyə çalışırdı. Ona görə də, Azərbaycan yenidən Rusiyanln vadəçiçiyi ilə danışıqlara razılıq verməsi milli maraqlarımıza zərbə olardı. Çünki, artıq Qarabağın statusunu nəzərdə tutmayan bir danışıqlar forması müəyyən olunub və bundan geri dönüş etmək olmaz .

ABŞ-da danışıqların gedişatından Rusiya çox narahat olmağa başlayıb. Rusiya prezidentinin sözçüsü Peskov deyib ki, “Azərbaycan və Ermənistan arasında slhün əldə olunmasının yeganə hüquqi bazası 10 noyabr bəyanatıdır və başqa hüquqi əsas yoxdur. Regionda sülhün əldə olunması, yalnız Rusiyanın iştirakı ilə 10 noyabr bəyanatı əsasında həyata keçirilə bilər” .

Göründüyü kimi, Moskva açıq aşkar narazıdır və bir tərəfdən sülh danışıqlarından kənarda saxlanılmasına , digər tərəfdən ABŞ-n vasitəçiliyi ilə sülhün əldə olunması ehtimalına görə çox narahatdlr. Peskovun dili ilə deyilir ki, Rusiya öz iştirakı olmadan hər hansı sülh razılaşmasını qəbul etməyəcək. Moskva çox gözəl başa düşür ki, sülh osa Qarabağdan çıxıb getməli olacaq və ABŞ-n da istədiyi zatən elə budur.
Ona görə də, yaxın vaxtlarda Moskvanın həm Azərbaycana, həm də Ermənistana hansısa şirnikləndirici vədlər verilməklə onları yeni toqquşmalara təhrik etmək və Qarabağdakı separatçıların əli ilə atəşkəs rejimini pozmaq cəhdi ola bilər. Birdəfəlik bilmək lazımdır ki, Rusiyanın iştirak etdiyi heç bir format və təklif Azərbaycan maraqlarına və sülhün əldə olunmasına xidmət edə bilməz.

Fuad Qəhrəmanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir