KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Qəhrəmanlı: Ərdoğan niyə gəlir və ya qızışan siyasi savaşın pərdəarxası

Fuad Qəhrəmanlı: Ərdoğan niyə gəlir və ya qızışan siyasi savaşın pərdəarxası

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
299 0

Bu gün Türkiyə prezidenti Ərdoğan ölkəmizə 2 günlük səfərə gəlir. O həm də sabah keçiriləcək hərbi paradda iştirak edəcək.
Türkiyə liderinin hərbi parada qatılması müharibə zəfərinin həm də Türkiyə üçün nə qədər önəmli olduğunu və Azərbaycanın hərbi təhlükəsizliyinə qardaş dövlətin verdiyi önəmi göstərmək məqsədi güdür.
Rusiyanın Dağlıq Qarabağa yerləşdiyi və Türkiyə sülhməramlılarının təmas xəttinə gəlib-gəlməyəcəyi məsələsinin qeyri-müəyyən qaldığı hazırkı şəraitdə bu səfər kritik önəm daşıyır. Artıq aydın görünür ki, Rusiya ciddi cəhdlə Türk sülhməramlılarının Qarabağa gəlməsini əngəlləməyə çalışır. Belə şəraitdə isə həlledici söz Azərbaycan iqtidarınındır. Görünür, Ərdoğan İlham Əliyevlə görüşündə ondan Türkiyə hərbiçilərinin Azərbaycana gəlməsi üçün Rusiyanın istəklərini nəzərə almadan birtərəfli şəkildə qərar verməsini istəyəcək. Əks təqdirdə, Türkiyə prosessdən kənarda qalmalı olacaq ki, bu da ilk növbədə Azərbaycanın zərərinədir.
ABŞ-da Baydenin hakimiyyətə gəlişi və açıq şəkildə Rusiyanı strateji təhlükə kimi göstərməsi, ardınca da AB-nin 2 gün öncə kleptokratik rejimlərə sanksiya mexanizmini qəbul etməsi Qərb-Rusiya münasibətilərində yeni, çox kritik gərginlik dönəminin başlanmaq üzrə olduğunu göstərir. Belə bir şəraitdə, əslində, Rusiyanın Cənubi Qafqazı təkbaşına nəzarətdə saxlamağa çalışması və Türkiyəni oyundan kənar qoymaq cəhdi uğursuzluğa məhkumdur. Ancaq hələ ki, Rusiya yeni geopolitik qarşıdurmaların başlanğıc mərhələsində, yaranmış fürsətdən istifadə edib, proseslərin əvvəlində birtərəfli üstünlüyə nail olmağa çalışır. Ancaq buna baxmayaraq yaxın perspektivdə Qərblə gərginləşən münasibətləri üzündən Rusiya get-gedə Türkiyə ilə daha çox hesablaşmağa məhkum olacaq.
Ermənistanda isə 17 siyasi partiyanın bir araya gələrək, keçmiş baş nazir Manukyanı Paşinyanın yerinə alternativ namizəd göstərməsi və onun istefasını tələb etməsi, bu tələbin ölkə prezidenti və dini lideri tərəfindən də dəstəklənməsi, onu göstərir ki, Paşinyan uzun müddət artan narazılıqların qarşısında davam gətirə bilməyəcək. Putin də Bayden administrasiyasının geosiyasi rəqabətə başlayacağı təqdirdə Qərbyönümlü Paşinyanın Rusiya maraqları üçün etibarsız olacağını nəzərə alaraq, mümkün qədər, onun hakimiyyətdən tez getməsinə çalışır. Bu istək gerçəkləşəcəyi təqdirdə Rusiya hazırkı üçtərəfli atəşkəs Bəyanatından narazı qüvvələrin Ermənistanda iqtidara gəlməsinə qarşılıq, Qarabağda onları razı salacaq güzəştlərə çalışacaq. Bu halda Azərbaycanı yeni hərbi qarşıdurma risqləri gözləyir. Türkiyə də təbi ki, bu təhlükəli perspektivi nəzərə alaraq, Rusiya faktoruna qarşı Azərbaycan iqtidarının indidən hərbi balans yaratmasını istəyir.
Ərdoğanın səfəri zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, gömrüksüz l azad ticarət, milli valyutaların mübadiləsi kimi mühüm sazişlərin imzalanması gözlənilir. Əlaqələrin bu cür genişləndirilməsi və inkişafı Rusiyanın tək hərbi yolla Cənubi Qafqazda öz varlığını qorumaq cəhdlərinə qarşı həm də siyasi və iqtisadi sahədə verilən doğru cavabdır. Bu cür əməkdaşlıq istəyinə qarşı, açıq aşkar narahat olan Rusiya dərhal Azərbaycanın bu ölkəyə əsas ixrac məhsulu olan pomidor və almanın gətirilməsinə dekabrın 10-dan qadağa qadağa qoydu.
Göründüyü kimi, Qarabağ savaşının hərbi fazası bitsə də siyasi sahədə savaş hələ də davam edir və bu prosesdə Azərbaycanın Türkiyə ilə birgə hərəkət etməsi ölkəmizin milli maraqlarının ən doğru təminatıdır. Bu prosesdə bəlli oldu ki, Azərbaycanın Rusiyanın Dağlıq Qarabağla bağlı istəklərini nəzərə alıb getdiyi güzəştlər, heç də Şimal qonşumuzun bizə xoş münasibət göstərməsinə yol açmadı.
Fuad Qəhrəmanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir