KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Kahramanlı: Ukrayna və Rusiya müharibəsi nə dərəcədə realdır?

Fuad Kahramanlı: Ukrayna və Rusiya müharibəsi nə dərəcədə realdır?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
508 0

Ukrayna və Rusiya arasındakı gərginliklər hər keçən gün daha da artmaqdadır. Rusiya ordusunun sərhəddəki eskalasiyası Ukrayna tərəfindən müharibə hazırlığı kimi qiymətləndirilməkdədir. Əslində isə, 200 minlik Rusiya ordusunun, 1000-ə qədər tankın və çoxsaylı hərbi texnikanın Şərqi Ukrayna sərhədinə cəm olunması, müharibə hazırlığından daha çox, Ukraynanı ərazi bütövlüyünün bərpası üçün hərbi əməliyyatlardan çəkindirmək məqsədi daşıyır. Çünki, Bayden administrasiyasının Ukraynaya açıq hərbi siyasi dəstək verməsi və Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artması, Donbas, Luqanskı işğalda saxlayan Putin hakimiyyətində dərin narahatlıq yaradıb. Moskva ehtiyyat edir ki, Zelenski hakimiyyəti bu güclü dəstəyə arxalanaraq, Ukraynanın ərazi bütövlüyünün bərpası üçün hərbi əməliyyatlara başlaya bilər. Ona görə də, Moskva çox böyük sayda hərbi güc səfərbər edərək, Ukraynaya və onu müdafiə edən NATO ölkələrinə qarşı əzələ nümayiş etdirir. Putin geri çəkilmək niyyətində olmadığını və müharibə olarsa böyük miqyaslı tələfatlarla nəticələnə biləcək hərbi əməliyyatlara çevrilə biləcəyinin mesajını vermək istəyir. Bununla da Ukraynaya dəstək verən Qərbi mümkün müharibə fəlakətinin çox böyük olacağı ilə hərbi şantaj etməyə çalşır.
Eyni zamanda Putin çox aydın başa düşür ki, əgər Ukrayna hökuməti Qərbin dəstəyi ilə ərazi bütövlüyünün bərpası üçün hərbi əməliyyatlara başlayıb uğur qazanarsa, bu, onun cəmiyyətdəki onsuz da laxlamış mövqeyini daha da sarsıda bilər. Bundan əlavə, müharibə başlayacağı təqdirdə, Şərqi Ukrayna ərazisinə ordu yeritdiyi üçün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunar ki, bu, da Putin üçün yeni ağır iqtisadi problemlərin yaranması demək olar. Ona görə də Moskvanın bu günkü eskalasiya tədbirləri, daha çox müharibə olmadan Donbas və Luqanskda hazırkı status- kvonun saxlanılmasını təmin etmək məqsədi güdür.

Ukrayna

Zelenski hazırkı şəraitdə çox fəal xarici siyasət aparmaqla, Qərb və Rusiya arasındakı geosiyasi qarşıdurmadan, ölkəsinin ərazi bütövlüyünün bərpası üçün faydalanmağa çalışır. Ukraynanın Rusiyanın eskalasiyasına qarşı hərbi səfərbərlik edərək cavab verməsi, istər – istəməz, bu ölkəni Qərb və Rusiya arasındakı qarşı dumanın kilid nöqtəsinə çevirir. Bu şəraitdə, Ukrayna Qərbdən daha böyük hərbi və maliyyə dəstəyi alaraq, öz ordusunu daha da gücləndirmiş olur. Digər tərəfdən isə, bu hərbi gərginlik şəraiti Kırım və Şərqi Ukraynanın Rusiya tərəfindən işğalı məsələsini beynəlxalq səviyyədə gündəmə gətirrməyə, Rusiya işğalına qarşı beynəlxalq təzyiqləri gücləndirməyə zəmin yaradır. Bu baxımdan indiki şəraitdə Rusiyanın hazırkı hərbi hazırlıqlarının müharibə təhlükəsinə çevrilməməsi üçün Rusiya qarşı daha kəsərli sanksiyaların tətbiqi, Ukraynanın əsas hədəflərindəndir.
Bununla belə, Ukrayna da müharibənin olmasını istəmir. Çünki istər ABŞ-n, istərsə də bəzi NATO ölkələrinin verdiyi hərbi siyasi dəstəyə baxmayaraq, müharibə olacağı təqdirdə, heç bir ölkə birbaşa əsgəri qüvvə ilə gəlib Ukrayna ilə birlikdə Rusiyaya qarşı döyüşməyəcək. Bu şəraitdə Ukraynanın yalnız kənar hərbi yardımlar hesabına, müharibə olacağı təqdirdə, Rusiyanın növbəti təcavüzünü durdurub – durduramayacağı bəlli deyil.

Beynəlxalq şərait

Hazırkı beynəlxalq konyunktur da Rusiya və Ukrayna arasındakı gərginliyin müharibəyə çevrilməsinə imkan vermir. Hərbi əməliyyatlar olacağı təqdirdə Rusiyanın yeni işğal siyasətini durdurmaq üçün heç bir Qərb ölkəsi sahədə Ukrayna ilə birlikdə olmağa hazır deyil. Görünən odur ki, Rusiya qarşısında Ukraynaya veriləcək hərbi dəstək müasir hərbi texnikalar, silah sursatla kifayətlənəcək. Ancaq bunlar özlüyündə Ukraynanın mümkün Rusiya təcavüzü qarşısını alması üçün yetərli olmaya bilər. Bu da o deməkdir ki, Ukraynanın hərbi uğursuzluğu, ABŞ rəhbərliyinin həm ölkə içində, həm də beynəlxalq səviyyədə yeni siyasi kursunun prestij itkisinə səbəb ola bilər. Nəzərə alsaq ki, NATO – nun iki önəmli Avropa ölkəsi Almaniya və Fransa hərbi iştirakın qəti əleyhinə çıxış edərək, Kremllə danışıqlar tərəfdarıdır, o zaman Rusiyaya qarşı Qərbin vahid hərbi mövqe nümayiş etdirəcəyi də real görünmür.
Ona görə də indiki beynəlxalq şəraitdə, hərbi əməliyyatlarln olma riski, o, qədər də yüksək sayıla bilməz. Görünən odur ki, hələlik Ukrayna tərəfi yaranmış şəraitdən istifadə edərək, öz beynəlxalq dəstəyini artırmağa və ordusunu daha da gücləndirməyə çalışır.
Bu günlərdə Zeelenskinin Türkiyə səfər etməsi və Türkiyə tərəfi ilə imzalanmış birgə bəyannamədə “Krım platformasının” yaradılmasına dəstək verilməsi, mühüm nəticə hesab oluna bilər. Donbas və Luqansknın işğalı fonunda sanki arxa plana keçmş Kırım məsələsinin yenidən ciddi şəkildə beynəlxalq gündəliyə gəlməsi, Ukraynanın diplomatik uğuru sayıla bilər.

Geri çəkilmək üçün uğur hekayəsi.

Hazırkı şəraitdə həm Ukraynanın, həm də ki Rusiyanın özünü uğur qazanmış kimi təqdim edib geri çəkilmək üçün şansları var. Ukraynanın Rusiya qarşısında beynəlxalq səviyyədə əldə etdiyi dəstək və hərbi yardımları Zelenski hökuməti üçün uğur sayıla bilər.
Putin isə Ukraynanın Donbas və Luqanskya qoşun yeritməsinin qarşısını əzələ nümayiş ilə almasına görə, özünü ölkə daxilində uğur qazanmış kimi göstərə bilər. Bu həm də postsovet ölkələrinin avtoritar rejimləri üzərində nəzarəti saxlamaq üçün Rusiyaya gərəkdir.
O da istisna olunmur ki, hazırkı əsəb müharibəsi şəraitində, üz – üzə duran tərəflərdən hər hansı birinin kiçik hərbi toqquşmaya verəcıyi sərt reaksiya müharibə tonqalın alovlandırmaq bilər. Unutmayaq ki, bəzən müharibənin olub – olmamasını, siyasi iradə yox, döyüş meydanındakı şərtlər müəyyən edir.

Fuad Kahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir