Nəhayət ki, ABŞ – n Rusiyaya qarşı vəd etdiyi sanksiyalar elan olundu. Elan olunan sanksiyalar başlanğıcdır və qadağaların getdikcə artırılacağı nəzərdə tutulur.
Sanksiyalar siyahısına Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Baş prokuror İqor Krasnov başda olmaqla güc strukturlarının rəhbərləri və Kremlin Daxili Siyasət İdarəsinin rəhbəri Andrey Yarındə daxil olmaqla siyasi komandanın rəhbər şəxsləri daxildir. Hətta ABŞ bir qədər də irəli gedərək Putinin ən yaxın adamı sayılan, onun “qara kassası” hesab olunan və pullarını idarə edən Priqojinin həbs barədə qərar verib
Eyni zamanda, müdafiə sahəsinə aid müəssisələrə də sanksiyalar tətbiq olunub.
Bundan az öncə isə Avropa Birliyi də Rusiya Baş Prokuroru daxil olmaqla, bir neçə yüksək vəzifəli şəxsə sanksiya tətbiq edib..
Bütün baş verənlər Putinə və onun korrupsioner komandasına vurulan ağır zərbədir
Bu sanksiyalar avtoritar siyasətin davam edəcəyi təqdirdə digər məmurların da sanksiya hədəfi olacağı ilə bağlı həm də bir xəbərdarlıqdır. Vaxtı ilə Putinin himayəsi ilə böyük sərvətlər qazanmış məmur oliqarxlar, indi onun siyasətinə görə böyük risklərlə üzləşməli olurlar. Ona görə də gözlənilir ki, bu istiqamətdə təzyiqlər komanda daxilində mərkəzdən qaçma istiqamətində narahatlıqları gücləndirəcək.
Digər tərəfdən isə ABŞ hökuməti müvafiq dövlət orqanlarına Rusiyaya kredit verməy, müdafiə texnologiyaları satmağı da qadağan edir. Müdafiə sənayesi müəssisələrinə qoyulan sanksiyalar çətin durumda olan Rusiya iqtisadiyyatını, xüsusi ilə də ölkənin əsas gəlir mənbələrindən hesab olunan hərbi sənaye kompleksini ciddi çətinliklər altında da qoyur. Xüsusilə bundan öncə ABŞ tərəfindən Almaniyaya çəkilən “Şimal axını 2” qaz xəttinə qoyulmuş qadağa, Moskvanı Avropaya ildə 50 mlrd kub metr qaz satmaq imkanından məhrum edir.
Rusiyaya Trampın dönəmində ABŞ və Avropa Birliyi arasında yaranmış ziddiyyətdən və ayrılıqdan məharətlə istifadə edirdi. İndi isə vəziyyət dəyişib. Hər iki qlobal gücün birgə, koordinasiya edilən təzyiqlərinin davavam etməsi və gələcəkdə daha da genişlənməsi Putini ketdikcə daha çox köşəyə sıxışdırır. Belə bir şəraitdə rus xalqının nəzərində Putin hakimiyyəti, onun sosial – iqtisadi problemlərinin əsas səbəbkarı kimi görünməkdədir. Xüsusilə ilə də Navalnının Putinin oğru imicini yaradan son ifşalarından sonra, daxili iqtisadi çətinlikləri xarici düşmənlərin üzərinə yıxmaq cəhdləri inandırıcı görünməz. Bu isə cəmiyyətlə Putin hakimiyyəti arasındakı uçurumu gündən – günə dərinəşdirir.
Beləcə Putin indi bir tərəfdən beynəlxalq sanksiyalar, digər tərəfdən də yazda yenidən başlaması nəzərdə tutulan etiraz mitinqləri qarşısında ya geri çəkilməli, ya da ki, əleyhinə olan qüvvələr nisbəti şəraitində qarşıdurmanı dırinləşdirməlidir.
Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda Paşiniyanı devirməklə bağlı üzləşdiyi siyasi məğlubiyyət və Ukraynanın Qərb tərəfindən öz torpaqlarını azad etmə əməliyyatına hazırlanması, Moldovada prezident Maya Sandunun rus ordusu çıxmalıdır dirənci Putinin ekspansiya siyasətinin təməllərini sarsıdıb. Bu isə Rusiyanın hərbi strateji üstünlüklərini itirməkdə olduğunu və hərbi aqrresiyya ilə yaxın qonşuları təhdid imkanlarının zəifləyəcəyi anlamına gəlir.
Bu cür proseslər istənilən avtoritar rejimin resurslarını tədricən tükəndirib onun müqavimət gücünü zəiflədir. Və indiki şəraitdə hansı addımı atmağlndan asılı olmayaraq, Putinin də avtoritar hakimiyyəti əleyhinə yönəlmiş aşındırıcı prosesləri önləmək imkanları yoxdur.
Fuad Kahramanlı
Fuad Kahramanlı: Qərb sanksiya qərarı verdi, bəs Putin üçün çıxış yolu varmı?
403 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.