KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Kahramanlı: Bəşər Əsədi yıxan geosiyasi səbəblər.

Fuad Kahramanlı: Bəşər Əsədi yıxan geosiyasi səbəblər.

Kafkassam Editör Kafkassam Editör - - 15 dk okuma süresi
22 0

Bəşər Əsədi yıxan geosiyasi səbəblər.

Suriyada kimlər necə oynadı və bu oyunda kim uddu, kim uduzdu?

Strateji təhlil.

Suriyada Bəşər Əsəd diktaturası başa çatdı. Müxaiflərin iki həftə davam edən hücumu qarşısında Əsəd rejiminin müqavimət göstərə bilməməsi, onu müdafiə edən hərbi qüvvələrin zəifləməsindən daha çox, yeni geosiyasi şərtlərlə bağlı idi. Çünki Suriyada daxil savaşın olduğu ötən 13 il ərzində Əsəd, öz hərbi gücü hesabına deyil, məhz, onu dəstəkləyən İran və Rusiyanın birbaşa dəstəyi ilə hakimiyyətdə qalmağı bacarmışdı. Bu geosiyasi şərtlər dəyişdiyinə və müttəfiqləri də ona əvvəlki kimi hərbi dəstək göstərə bilmədiklərinə görə rejimin demoralizə olmuş ordu birlikləri nəinki müqavimət göstərmədilər, açıq- aşkar döyüş mövqelərini atıb qaçdılar.

Qanla bəslənən Əsəd diktaturasının 11 günə süqut etməsinin geosiyasi səbəblərini anlamaq üçün Suriya sahəsində iştirak edən oyunçuların maraqlarını və baş verənlərin regionun təhlükəsizlik arxitekturasına təsirini görmək lazımdır.
Suriyada proseslərin belə sürətli və uğurlu inkişafının əsasında Türkiyə, İsrail və ABŞ -n Əsədin hakimiyyətdən getməsi ilə bağlı maraqlarının üst -üstə düşməsinin yaratdığı konfiqurasiya və Rusiya ilə İranın sahədə zəifləmiş hərbi gücünün hərbi müxalifətin qarşısında yetərsiz qalması dayanır. Necə?

İsrail üçün Suriyada Əsəd rejiminin varlığı onun təhlükəsizliyi üçün əsas təhdidlərdən biri hesab olunurdu. Əsəd hər nə qədər İsraillə “Hizbullah” və “Həmas” arasındakı hərbi qarşıdurmaya qarışmasa da, bu, Tehranın proksi qüvvələrini məhv etnəyə qərar vermiş Netenyahu hakimiyyətinin ona olan münasibətini dəyişmədi. Çünki İsrail hesab edirdi ki, İranın himayə etdiyi “Hizbullah”, “Fatmiyyün”, “Zeynəbiyyün” kimi və. s silahlı şiə təşkilatlarından aslı olan Bəşər Əsəd hakimiyyətdə qaldıqca, Tehran İraqdan keçərək Suriya ərazisindən istifadə etməklə Livan “Hizbullahını” və Fələstində “Həması” hərbi baxımdan təhciz edəcək. Bu isə İsrailin bu təşkilatlara qarşı mübarizəni heç vaxt bitirə bilməməsi və özünü daim İrandan qaynaqlanan təhdid altında hiss etməsi deməkdir. Ona görə də Əsədin devrilməsində maraqlı olan İsrail Livana qarşı hərbi əməliyyat aparmağa paralel olaraq həm də müxaliflərin gələcək hücum əməliyyatına dəstək üçün Suriya ərazisindəki “Hizbullah” və digər İrana bağlı qrupların hərbi bazalarını sistematik şəkildə sıradan çıxarmağa başlamışdı. Hətta İsrail hökuməti adından İdlibə gələn nümayəndə HTŞ ilə onların ehtiyacları və gələcək planlar barədə davamlı müzakirələr də aparmışlar. Silahlı müxalifət Hələbə doğru hücuma keçəndə isə İsrail aviasiyası İrandan gələn təlimatla Livandan Suriyaya keçmək istəyən “Hizbullah” döyüşçülərinin qarşısını aldı.

Türkiyə isə öz sərhədləri yaxınlığında Suriyanın Təl-Rıfat və Münbic bölgələrində kök salmış PYD və YPG terror təşkilatlarının həm də Fərat çayının Qərb sahilini boyu Rakka, Hasekiyə, Qamışlı da daxil olmaqla ölkənin neft və əazla zəngin Şimal ərazilərini nəzarətdə saxlamasından narahat idi. Bu terror təşkilatlarının sərhəddə yaxın ərazidə yerləşməsi onların PKK ilə birlikdə Ankaranı daim terrorla təhdid etməsinə imkan yaradırdi. Digər tərəfdən də bu təşkilatlar vasitəsilə ilə Suriyanın Şimalında gələcəkdə yaradılması planlaşdırılan kürd dövləti çabaları Türkiyənin kürdlər yasayan cənub şərq əraziləri ilə bağlı etnik separatizmi təhrik edirdi.
Digər bir problem isə bu idi ki, Əsəd rejimi getməyincə Türkiyə üçün böyük bir yükə çevrilmiş 3 milyondan artıq suriyalı qaçqının geri dönməsi də mümkünsüz görünürdü. Əsədin İran və Rusiyaya arxayın olaraq Ərdoğananın bu məsələlərin müzakirəsi ilə bağlı görüş çağırışına imtina cavabı verməsindən sonra Türkiyənin gücə əl atmaqdan başqa yolu qalmadı.

Türkiyə rəhbərliyi bu məsələyə əvvəldən dövlət ağlı ilə strateji yanaşaraq sahədə onun maraqlarını qoruyacaq yerli güc ünsürü formalaşdırmaq xətti seçməklə, öz maraqlarını müstəqil şəkildə qorumaq imkanı qazanmış oldu. Bu baxımdan Suriy Milli Ordusunun (SMO) yaradılması və gücləndirilməsi Türkiyəni sahədə müstəqil oyunquran tərəfə çevrilməsində mühüm rol oynadı. SMO müxalifətin əsas silahlı qanadlarından biri olaraq ilk gündən Təl-Rıfat və son iki gündə isə Münbic istiqamətinə hərəkət edədərk bu yerləri Kürd terror təşkilatlarından təmizlədi. Qarşıdakı günlərdə SMO-nun Fəraat çayının Şərq sahilinə keçərək təmizləmə əməliyyatlarını Qamışlı, Hasəkiyyə və Rakka istiqamətlərində də davam etdirəcəyi və beləliklə də YPG və PYD nin hakim olduğu əraziləri onlardan təmizləyəcəyi gözlənilir. Bu istiqamətdə yerli ərəb aşirətləri ilə qeyri leqal işbirliyi qurulması da artıq Deyrizorda öz müsbət nəticələrini göstərdi.

Eyni zamanda ötən müddətdə İdlibin bütün sahələrdə təminat və təhcizatını həyata keçirən Türkiyə bu ərazidə yerləşmiş HTŞ ilə də lazım olan münasibətlər quraraq onların SMO ilə ittifaqını təmin etmiş, Əsəd rejimini devirmək planlarının hazırlanması üçün gərəkən şərtləri təmin etmişdi. Hətta ABŞ n vasitəçiliyi ilə ukraynalı mütəxəssislərin Türkiyədən keçərək HTŞ -yə dronlardan istifadə təlimi verməsi də ortada öncədən qurulmuş çox ciddi və dərin işbirliyi olduğunu göstərir. Bu işbirliyinin nəticəsi olaraq ABŞ Təl-Rıfat və Münbicdə nəinki Türkiyənin himayə etdiyi SMO-nun bu əraziləri tutmasına etiraz etmədi, hətta, oradakı kürdlərə müqavimət göstərmək icazəsi belə verilmədi.
Əməliyyatlardan xeyli öncə HTŞ tərkibinə daxil olan 10 hərbi qruplarla ayrı əlaqə olsa da, iki i Türkmən dəstəsi ilə birbaşa təmaslar saxlanılmaqdaydıı. Və bunun nəticəsidir ki, Şamın tutulmasından dərhal sonra HTŞ yerli ərəb aşirətləri ilə birlikdə Fərat çayının sahilindəki Deyrizor bölgəsini ələ keçirmiş Kürd silahlılarını qovub ərazidən çıxardı. Türkiyə xarici işlər naziri Fidan HTŞ ilə öncədən əldə olunan anlaşmaya və Ankaranın himayə etdiyi SMO-nun sahədəki gücünə arxalanaraq Suriyanın ərazisində hər hansı kürd dövləti yaradılmasına imkan verilməyəcək və kürd terror təşkilatlarına Suriyanın yeni dönəmində yer yoxdur bəyanatı bu baxımdan həm də sahədəki reallığı əks etdirir.

İndi əsas məsələ bundan sonrakı.mərhələ ilə bağlı ABŞ-la Türkiyə arasında PYD və YPG ilə bağlı necə bir uzlaşma saxlanılacağıdır . Müxaliflərin hərbi əməliyyatları zamanı ABŞ -n A10 təyyarələri aviazərbələrlə Tehrannın tələbi ilə İraqdan Suriyaya Əsəd rejiminə kömək üçün keçmək istəyən Həşbi-Şabi yaraqlılarının qarşısını aldı. Bu da onu göstərir ki, Amerikada Türkiyə ilə birlikdə əməliyyat planının içində olub və müxalifətin qələbəsinə dəstək verib. Bu əməliyyatlardan öncə Pentaqon nümayəndələri Əsədlə görüşərək ona İranla əməkdaşlıqdan birdəfəlik intina təklifi versələr də imtina cavabı almışdılar. Bu onu göstərir ki, Amerika üçün də əsas məsələ İrandan İsrailə və Orta Şərqdəki sabitliyə gələn təhlükənin qarşısını almaq və Rusiyanı Aralıq dənizinə çıxışdan mərhum etmək, beləliklə də Orta Şərqdəki geosiyasi güc tarazlığını dəyişmək olub. Bu strateji məsələ Türkiyə ilə işbirliyini zəruri etdiyi üçün növbəti mərhələdə kürd terror təşkilatları ilə də bağlı Ankaranın istəklərinin də nəzərə alınacağını gözləmək olar.

Bu prosesdə ən çox uduzan tərəf isə İran oldu. Çünki İsraillə Fələstin və Livan arasındakı savaşda əvvəlcə İrana bağlı iki əsas güc- “HƏMAS” və “Hizbullah” faktiki sıradan çıxarılmış oldular. Bu konfliktin müddətində İsrailin həm Livanda, həm də Suriyayda “Hizbullaha” vurduğu ağır zərbələr üzündən onun təşkilati yapısı və hərbi gücü çökmüş oldu. Bu üzdən də “Hizbullah”ın Əsəd rejimini müdafiə etməyə gücü qalmadı. Hətta müxaliflərin Hələbə yürüşü ərəfəsində Suriyaya silah gətirən iki İran təyyarəsi eniş etmədən İsrail aviasiyai tərəfindən təhdid olunaraq geri qaytarılmışdı. İraqda İrana bağlı hesab olunan 200 minlik “Həşbi-Şabi” silahlı qrupu isə Amerikan aviasiyasının zərbələrini əsas gətirərək Tehranın Suriyaya döyüşçü göndərmək istəyini yerinə yetirmədi. Bu onu göstərir ki, Suriya əməliyyatı Əsəd rejimi ilə yanaşı, həm də İranın proksi qüvvələrinə qarşı qeyri rəsmi beynəlxalq koalisiya tərəfindən həyata keçirilən bir əməliyyat olub və onun kənara uzanan qollarını kəsməklə paralel aparılıb.
Əsədin süqutu ilə İranın Suriya mərkəzli regional təhlükəsizlik strategiyası da çökmüş oldu . Bu, o deməkdir İranın proksi qüvvələrindən bəziləri ya öz fəaliyyət qabiliyyətini ciddi şəkildə itirərək gücsüzləşdilər, ya da artıq birbaşa əlaqə imkanları olmadığı üçün qalanlarının da bundan sonra hərbi ehtiyacını təmin etmək mümkün olmayacaq.

Irandan sonra Suriyada ən ağır itkiyə məruz qalan ikinci dövlət Rusiya oldu. Ölkəsindən qaçmış Əsədə sığınacaq verməklə Putin yeni Suriya hakimiyyəti ilə anlaşma imkanlarını da zərbə vurmuş oldu. Rusiya Suriyada Tarrtusdakı dəniz limani və Hümeymimdəki bazası ilə Aralıq dənizində və Orta Şərqdə güç tarazlığınıda rol alaraq qlobal guc olmaq iddialarını gerçəkləşdirməyə çalışırdı. Rusiyanın Suriyadakı iştirak ona hər hansı iqtisadi fayda gətirməkdən çox uzaq idi və bu daha çox geosiyasi iddalarlla bağlı fəaliyyət idi. Bəlli oldu ki, Rusiya Ukrayna müharibəsində o qədər zəifləyib ki, artıq Bəşər Əsədi müdafiə edəcək gücə sahib deyil. Bu mənzərə Əsədlə bərabər Putinin də zəifliyini ortaya çıxarmış oldu. Bu gün Rusiyanın Suriyadan öz hərbi qalıqlarını geri çəkməsi onu göstərir ki, Putin Aralıq dənizi və Orta Şərqlə bağlı geosiyasi planlarının məğlubiyyəti ilə barışmaq zorunda qalıb. Bu Rusiyanın qlobal güc rəqabətində son illər üzləşdiyi ən ağır məğlubiyyət hesab olunur. Qalib gəlmiş müxaiflərin bu gün Rusiyanın Tarrtusdakı bazasına doğru irəliləməsi onu göstərir ki, müxaliflərə dəstək verən güclər İran kimi , Rusiyanı da daha burada görmək istəmirlər.
Bu baxımdan Trampın Əsəd kimi Rusiyanın da Suriyadan getməli olduğunu deməsi, əslində, HTŞ öncüllüyündə qurulmuş Əsədin devrilmə planın əsas hədəflərindən birinin də Rusiyanı bu ölkədən qovmaq olduğunu göstərir.
Aydındır ki, Əsəd rejiminə lazımı hərbi dəstəyin verilməməsinin əsas səbəbi ötən 13 il ərzində suriyalıların qanını tökən Putinin siyasətinin dəyişməsinin yox, məhz Ukraynada düşdüyü bataqlığıa görə zəifləməsinin nəticəsi kimi dəyərləndirilə bilər. Bu şəraitdə Putinin Əsəddən sonra Suriyadan qaçması labüddür.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir