KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Zelenski Trampla Putini qarşı- qarşıya qoymaq üçün geri addım atdı

Fuad Gahramanlı: Zelenski Trampla Putini qarşı- qarşıya qoymaq üçün geri addım atdı

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
18 0

Onun məktubunun siyasi və diplomatik mənası nədir?

Dünən Ukrayna prezidenti Zelenskinin Trampa ünvanlanmış məktubu paylaşıldı. Məktubda, o, Trampın liderliyi altında sülh danışıqlarında iştiraka və mineral ehtiyatlarla bağlı müqaviləni imzalamağa hazır olduğunu bildirərək, Oval ofisdə baş verənlərə görə peşmanlıq duyduğunu bildirir. Bu addım diplomatik baxımdan Zelenski tərəfindən atılmış doğru addım kimi qiymətləndirilə bilər. Niyə?

Çünki Trampın Zelenski ilə məlum gərginliyi əsas gətirərək, Ukraynaya göndərilən Amerika silahlarını dayandırması qarşısında Zelenski öz məktubu ilə bu bəhanənini onun əlindən almış olur. Çünki bu məsələdə Zelenskinin adi məişət mübahisəsi moduna qapılaraq “dediyim dedikdir” mövqeyindən çıxış etməsindoğru olmazdı. Təkcə sərkərdə deyil, həm də dövlət xadimi olmaq, məhz, bunu tələb edir ki, rəhbərlik etdiyin dövlətlin, xalqın maraq və mənafeləri söz konusu olanda, öz şəxsi duyğularından geri çəkilməyi bacarmalısan.

Bu baxımdan Zelenskinin məktubu diplomatiya və dövlət maraqları gərəyi atılmış bir addımdır və Ağ Evdə baş vermiş qalmaqaldan bir bəhanə kimi istifadə edərək, Ukraynaya ilə bağlı arzuolunmaz qərarlar verilməsi üçün sui-istifadə imkanlarının qarşısını alır. Yox, əgər bu Trampın mövqeyinə təsir etməyəcəksə, o zaman Zelenski və onun ölkəsi həm Amerika ictimaiyyəti arasında, həm də beynəlxalq səviyyədə daha çox dəstək qazanmış olacaq. Trampa qarşı etirazlar isə buna uyğun olaraq artacaq.

Onsuz da Zelenski hər kəsin gözü qarşısında özünün və xalqının qürurunu, maraqlarını müdafiə edən bir lider olduğunu göstərdi. İndi isə, o, yerdən göyə haqlı olsa da, daha mülayim mövqe göstərərək, ölkəsinin taleyi ilə bağlı məsələdə şəxsi duyğularının fövqündə duran lider olduğunu nümayiş etdirir. Dövlət ağılı heç bir halda dövlət maraqlarına şəxs hisslər çərçivəsində baxmamaq lazım olduğunu tarixin hər mərhələsində sübut edib. Hələ sən, ustəlik özündən güclü düşmənlə Vətən savaşı aparırsansa və bu savaşın taleyi də alacağın yardımlara bağlıdırsa, o zaman istiqamət məhdudiyyəri olmadan hər yönə addım atmaq mübahdır.

İngiltərə baş naziri Starmer ölkəsinin gələnəyini pozaraq, süni təbəssüm və ehtiram göstərişi ilə Trampa kral Carlzn ikinci dəvət məktubunu verəndə də, Makron dişi öz içində bağarrsağını kəsə-kəsə təbəssüm saçan çöhrəsi ilə ortamı isti tutmağa calışanda da, siyasətin nəzakət qaydalarını nəzərə almayan və diplomatiyadan anlamayan birinin yarada biləcəyi problemləri önləmək üçün, dövlət xadimi davranışı nümayiş etdirirdilər.

İndi bundan sonra Zelenskinin durub “mən haqlı idim ” duyğuları ilə hərəkət etməsi aydındır ki, doğru olmaz. Əgər qarşındakı bəhanə axtarırsa, sənin birinci işin ona bəhanə verməməkdir, yox, əgər o, sadəcə siyasətdə mövcud düzən və tarazlıq anlayışlarını nəzərə almayan və öz emosiyalarına görə hərəkət edən biridirsə, o, zaman da onu idarə edən, “yola verən” bir üslub seçmək zorundasan. Siyasətin sərt və amansız reallığı qarşısında sənin Vətəninin taleyi
durursa, başqa secim imkanın, öz hisslərinə görə qərarlar vermək lüksun yoxdur demək.

Çox böyük ehtimalla Londonda keçirilən görüşlərin nəticəsi kimi meydana çıxmış bu məktubla Zelenski həm Amerika ilə münasibətləri xilas etməyə çalışır, həm də ki, Trampı Putinin üstünə yönəldir. Necə?

Əvvəla, Amerika demokratik dövlət olduğuna və Ağ Evdə baş verənlərə görə ölkə miqyasında böyük qınaq, etiraz dalğası meydana çıxdığı üçün, Zelenskinin bu məktubundan sonra, Trampın yenə də sərt mövqedən çıxış etməsinin hec bir legitim əsası olmayacaq.

Digər tərəfdən isə Putin və komandası dəfələrlə bəyan edib ki, onun ilhaq iddialarını qəbul etməyən hər hansı aralıq atəşkəs təklifini və Avropa ölkələri ordularının sülh qoruma missiyası adı altında təmas xəttinə gəlişini qəbul etməyəcək. Bu halda Zelenski öz məktubu ilə Tramın sülh təşəbbüsünü dəstəklədiyini göstərərək, ona deyir ki, mən razı, indi buyur Putinlə bu məsələləri razılaşdır. Yəni Zelenski bu gedişi ilə bir növ özü aradan çıxaraq, Putinlə Trampı qarşı -qarşıya gətirməyə çalışır. Əgər bu məsələdə Putin geri addım atmazssa, o zaman Trampın Ukraynanı daha çox dəstəkləyib Putini sahə reallığı ilə barışmağa vadar etməkdən başqa yolu qalmır.

P. S. Məsələyə məişət məntiqi, məhəllə davası prizmasından baxanlar bu yazını oxumasınlar.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir