KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanli: Zelenski təkcə prezident mi

Fuad Gahramanli: Zelenski təkcə prezident mi

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
318 0

Bu şəkildəki Zelenski təkcə prezident deyil. Onun üzündə zorakılığa məruz qalan insanların əzabları, qəddarlıqla ölldürülən günahsızların fəryadları, zorlanan qadınların ahı, yetim buraxılan körpələrin naləsi, qaçqın düşmüş milyonlarla ukraynalının nisgilli həsrəti, Vətən üçün döyüşənlərin qətiyyəti var.
O, bu anda onun üz cizgiləri Ukraynanın yaşadığı acıların, qan dondurucu dəhşətlərin faciə xəritəsi kimi görünür. Bu xəritədə Buça, Qostomeldə, İrpen, Xerson, Mariupol da var. Xalqın seçdiyi yalnız xalqın acısını, kədərini, hisslərini bu qədər içtən yaşaya, dərindən duya bilər.
Ukrayna xalqının dirənişinin, möhtəşəm qəhrəmanlığının da sirri məhz bu üz ifadəsində əks olunmuş müharibə tablosundadır.
O, yumruğunu qaldırıb silkələmir, təkkəbürlü şoular göstərmir, qəhrəman Ukrayna əsgərinin qələbəsini öz adına çıxmır, əvəzində isə millətinin insanına qollarını açıb onların əzablarını, çətinliklərini qucaqlayır, bir nömrəli hədəf olmasına baxmayaraq kənardan deyil, döyüş bölgəsindən Ali Baş komandanlıq edir.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir