KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Zelenski Rusiyaya qarşı kapitulyasiya şərti irəli sürdü

Fuad Gahramanlı: Zelenski Rusiyaya qarşı kapitulyasiya şərti irəli sürdü

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
303 0

Rusiya Kırımı da qaytarmalıdır

Putin isə kirpinin tutduğu ilan kimi çırpındıqca daha çox zəifləyir.

Ukrayna prezidenti Zelenski bildirib ki, Rusiya ilə sülh bağlamağın tək yolu, rus ordusunun ölkəni tam tərk etməsinə və Krımın da Ukraynaya qaytarılmasına bağlıdır. Göründüyü kimi Zelenskinin bu şərti onun əvvəlki mövqeyindən daha qətiyyətlidir və Rusiyaya qarşı hər hansı bir güzəşti inkar edir. Bu şərtlərin qəbulu isə Putin hakimiyyəti üçün açıq- aşkar kapituluyasiya demək olardı.
Ona görə də, Zelenskinin bu şərtindən sonra döyüşən tərəflər arasında hər hansı danışıqların da bir mənası qalmır və dialoq yalnız hərb meydanında qazanılacaq nəticəni qəbul etdirmək üçün ola bilər.
Ukraynanın mövqeyindəki bu irəli getmə heç də təsadüfi deyil. Xatırladaq ki, bir müddət öncə Ukrayna tərəfi Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlarda atəşkəs üçün müəyyən güzəştləri müzakirə etməyə hazır idi. Ancaq müharibənin gedişində ortaya çıxaran nəticələr Zelenski hakimiyyətini daha qətiyyətli mövqe tutması üçün əsas yaratdı.
Bu ilk növbədə Qərbin çox böyük hərbi yardımları sayəsində Ukrayna ordusunun silah və texnika baxımından düşmənə ağır, sarsıdıcı zərbələr vurmaq imkanları qazanmasının nəticəsidir. Yaxın bir neçə gündə NATO-dan gələn ağır hücum silahlarının döyüş xəttinə çıxarılması və təlimlərin başa çatması nəticəsində işğalçıların itkilərinin daha da artacağı gözlənilir.
Digər bir səbəb isə müharibə uzandıqca ağır sanksiyalar altında əzilən Rusiyanın daha çətin duruma düşməsi ilə bağlıdır. Artıq xəbər verildiyi kimi AB Rusiyaya qarşı neft və qaz almağı qadağan edən 6- cı sanksiya paketini qəbul etməyə hazırlaşır. Bu, o demək olacaq ki, müharibənin davam etməsi Rusiyanın daxili ehtiyyat rezervlərini də getdikcə tükəndirib onu labüd məğlubiyyətə doğru sürükləyəcək. Hətta Ukrayna müharibəsinin itki və xərcləri olmasa belə, indiki sanksiyalar Rusiya üçün öz dağıdıcı təsirini getdikcə daha çox göstərəcək. Ona görə də Qərbin Ukraynaya yardımları və Rusiyaya artan təzyiqləri sayəsində Zelenski indi daha arxayın davranır və getdikcə zəifləyən Rusiyadan fərqli olaraq vaxtın Ukraynanın xeyrinə işlədiyini nəzərə alır.
Digər bir səbəb isə rus ordusunun döyüş qabiliyyətinin hər keçən gün daha da zəifləməsidir. Özünün əsas döyüş birliyi hesab olunan desant qüvvələrinin 90 faizini, Ukrayna daxil etdiyi 170 minlik qoşunun 3- də birini itirən, minlərlə texnikası məhv edilən rus ordusu artıq hücum etmək qabiliyyətini itirib. Bunun nəticəsidir ki, böyük gözləntilərin əksinə olaraq Rusiya Donbasda nəinki uğurlu hücum əməliyyatları keçirə bilmədi, əksinə, bu ərazilər də daxil olmaqla Xarkov, İzyum, Nikolayev, Xerson istiqamətlərində geri çəkilməyə məcbur olub. Xüsusi ilə də NATO silahları və Qərbin verdiyi dəiq kəşfiyyat məlumatları sayəsində ukraynlar rus ordu rəhbərliyini və qüvvələrini hədəf alan dəqiq zərbələr endirməklə düşməni sarsıdır. Bu yaxınlarda Rusiya ordusunun Baş Qərargah rəisi Gerasimovun olduğu komanda məntəqəsində vurularaq yaralanması və taleyinin hələ dı qeyri müəyyən olması, rus ordusunun nə qədər acınacaqlı duruma düşdüyünü göstərir.
Zelenskinin Rusiyaya qarşı kapituluyasiya şərti irəli sürməsi təbi ki, ilk növbədə ukraynalıların bütün dağıntılara, qurbanlara baxmayaraq öz vətənləri üçün sona qədər döyüşmək əzmi, iradəsinin gücü ilə bağlıdır. Artıq heç bir şübhə yoxdur ki, Ukrayna xalqı və ordusu düşməni tam məğlub edənə qədər hər cür qurban verməyə, bütün fədakarlıqları etməyə hazırdır.
Bu mənəvi psixoloji üstünlük qarşısında Rusiya təkcə öz faşist hakimiyyəti ilə deyil, həm də xalqı ilə zəif və məğlubdur. Ona görə də, Zelenski indiki reallığa uyğun davranaraq Rusiya qarşısında Krım tələbini qoyur.
Ukrayna qalib gələcək !

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir