KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: “Zəngəzuru alacağıq” deyənlər Rusiya tələsinə düşdüklərini bilirlərmi ?

Fuad Gahramanlı: “Zəngəzuru alacağıq” deyənlər Rusiya tələsinə düşdüklərini bilirlərmi ?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
12 0

Zəngəzur bəyanatları bizə nə verir ?

“Zəngəzur bizimdir” ideyası rəsmi səviyyədə ifadə olunduqca, bu bumeranq kimi geri dönərək milli maraqlarımıza zərbə vurmaqdadır. İndi izah edəcəyim səbəblərə görə Zəngəzura idda, əslində bizim milli- tarix nostalgiyamızla və vətənpərvərlik duyğularımızla konflyaj olunmuş gerçək bir Rusiya marağıdır.
Nəyə görə?
1. İlk öncə xatırladaq ki, beynəlxalq münasibətlərdən xəbərsiz çox sayda insanlar var ki, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin dəyişdirilməsinin bu gün dünyada qəbul edilməz olduğunu hələ də anlamırlar. Müasir dünyada ərazi toxunulmazlığı prinsipi beynəlxalq hüququn əsas müddəalarından biridir və məhz buna görə də ermənilər 30 illik işğala, böyük lobbi gücünə və xarici dəstəyə baxmayaraq Qarabağı bizdən ala bilmədilər. İndi dünyada ermənilərdən daha zəif dəstəyi və qeyri demokratik imici olan Azərbaycanın Ermənistan ərazisinə idda edib, “Zəngəzura zor gücünə daxil olacağıq” deməsi ilə bizim o əraziyə sahib olmağımız mümkün deyil. Biz heç 10 noyabr Moskva bəyannaməsi qəbul edilərkən belə, Laçın dəhlizinə konpensasiya olaraq, “Zəngəzur dəhlizi” ifadəsini o sənədə daxil edib buna görə Ermənistanın üzərinə öhdəlik qoya bilmədiyişik. Bu səbəbdən də indiki danışıqlarda Ermənistan ərazisindən Laçında olduğu kimi 5 km enində dəhlizin salınması deyil, yalnız kommunikasiyaların açılması müzakirə mövzusudur.
2. Azərbaycan hər dəfə dövlət başçısının dili ilə “Zəngəzuru zor yolu ilə alaccağıq” deyəndə, bu Ermənistan cəmiyyətini Azərbaycan işğalı ilə qorxudub öz himayəsində saxlamağa çalışan Putinin maraqlarına xidmət edir.
3. Zəngəzuru zor yolu ilə almaq imkanları real olmadığı halda, İlham Əliyevin bu bəyanatları səsləndirməsi, 30 il ərzində işğala məruz, qalmış Azərbaycanı haqlı ikən, təcavüzkar, başqa, ölkənin ərazisinə idda edən işğalçı niyyətdə dünyaya təqdim edib, ölkəmizi haqsız duruma salır. BMT Təhlükəsizlik Şurasında əleyhimizə olan son müzakirələr, Pelosinin məlum qərəzli bəyanatları, 9 ABŞ- senatorunun bu günlərdə məsələ ilə bağlı Blinkenə müraciəti artıq Zəngəzur bəyanatlarının beynəlxalq siyasətdə doğurduğu əks səda kimi əleyhimizə işləməkdir. Gerçəkləşməyəcək Zəngəzur bəyanatlarına görə, dünyadan dəstək qazanmalı olduğumuz halda diplomatik – siyasi zərbələr alıb, təcrid olunduqca Rusiyadan daha çox asılı vəziyyətə düşürük. Putinin də istədiyi elə bu deyilmi?
3. Zəngəzurun güc yolu ilə tutulacağı ilə bağlı rəsmi bəyanatların səslənməsi, Rusiyanın regionumuzda və Qarabağdakı hərbi mövcudluğunu uzatmağa xidmət edir. Bununla Rusiya bizim vasitəmizlə göstərir ki, Azərbaycan, nəinki Qarabağdakı ermənilər üçün təhlükədir, hətta, o Ermənistan ərazisini belə işğal etməyə hazırdır və ya bunun üçün məqam gözləyir. Bu şəraitdə Qarabağdan rus qoşunları çıxası olsa, aqressiv Azərbaycan dərhal hərbi əməliyyatlara başlaya bilər. Ona görə də rusların hərbi varlığı sabitliyin təminatıdır.
4. Azərbaycan dövlət rəhbərliyinin dili ilə verilən Zəngəzur bəyanatları təbii olaraq Ermənistan tərəfdə əks reaksiyalar yaradır, Rusiyaya bağlı müxalifəti daha da fəallaşdırıb Paşiniyana təzyiq etməsinə zəmin yaradır və beləcə vəziyyəti gərginləçdirərək Brüssellin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə mənfi təsir göstərir.
5. Necə olur ki, Azərbaycanı Laçın dəhlizinə, Xankəndinə doğru buraxmayan Rusiya, Ermənistan ərazisinə edilən iddiaya qarşı belə xoş görülü, loyal yanaşır? Çünki məqsəd yuxarıda sadaladığımız maraqların həyat keçirilməsidir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.