KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Xərçəng xəstəsi olan Putini nə gözləyir

Fuad Gahramanlı: Xərçəng xəstəsi olan Putini nə gözləyir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
287 0

Cərrahi əməliyyat, yoxsa hakimiyyətdən uzaqlaşdırılma ?

Putinin yaxın vaxtlarda onkoloji xəstəlik səbəbindən cərrahi əməliyyat olunacağı gözlənilir. Bu barədə hələ ki, rəsmi xəbərin olmaması Rusiya hakimiyyətinın Putinin səhəti ilə bağlı məlumatları son dərəcə gizli saxlaması ilə bağlıdır. Xüsusi ilə də Ukraynada müharibə getdiyi bir vaxtda Putinin xərçəng olduğu təsdiqlənərsə, bu rus ordusunda və hərbi komandanlığında itaətsizliyə və ruh düşkünlüyünə yol aça bilər. Çünki bu gün hətta Rusiya rəhbərliyində belə hamı başa düşür ki, Ukrayna müharibəsi Putinin qərarı olduğuna görə hərbi əməliyyatların davam etdirilməsi də, onun fiziki mövcudluğuna bağlıdır.
Ancaq bu barədə xəbərlər nə qədər gizli tutulmağa çalışılsa da, son vaxtlar Putinin efirdə bəzən xəstəhal görünməsi onun xəstəliyi barədə yayılan məlumatları təsdiq edir. O da bildirilir ki, həkimlərin təcili əməliyyat tələbinə baxmayaraq, Putin xəstəliyinə cərrahi müdaxiləyə razılıq vermir.
Putinin cərrahi əməliyyatdan imtina etməsi həm də onun hakimiyyətdən devrilməsi qorxusu ilə bağlıdır. Çünki gözəl başa düşür ki, artıq onun komandasında kimsə Ukrayna müharibəsində uğur qazanılacağına inanmır. İndi əksəriyyət üçün bu müharibənin davam etdirilməsi ilə razılaşmaq, sadəcə Putinin iradəsinə boyun əyməkdən başqa bir şey deyil. Bu vəziyyətdə isə o qısa müddətə belə vəzifəsindən kənarlaşarsa, ortaya da pis nəticələr çıxa bilər.
Bu günə qədər bir neçə dəfə hərbi əməliyyatların gedişində dönüş yaratmağa cəhd olunsa da, hər dəfə nətcə uğursuz olub.
İki gün öncə isə Baş Qərargah rəisi Gerasimovun Xarkovda yaralanması və əməliyyata rəhbərlik edən zabitlərin öldürülməsindən sonra rus ordusunun döyüş qabiliyyəti ağır zərbə alıb. Belə bir şəraitdə hər keçən gün Ukraynada müharibəni davam etdirmək daha da çətinləşir və bunun Rusiya dövlətini sarsıtdığı daha çox aydın olur. Xüsusi ilə də AB- nin yaxın vaxtlarda Rusiya neft və qazından imtina edəcəyi ilə bağlı gözlənilən qərarı Ukrayna müharibəsini Rusiya üçün fəlakət bataqlığına çevirmək perspektivi vəd edir.
Putin qorxur ki, bu halda öz vəzifəsinin icrasından çəkilərsə və cərrahi əməliyyat masasına uzanarsa, bu labüd məğlubiyyəti daha da sürətləndirər və komanda daxilində mənəvi – psixoloji inamsızlığı dərinləşdirib mərkəzdən qaçma prosesinə səbəb ola bilər . Ona görə də, tədrici ölümü seçmək, xəstəliyin müddətini müalicə ilə yubatmaq, cərrahi əməliyyatın yaradacağı risklərdən daha az təhlükəli görünür.
Digər tərəfdən də ola bilsin ki, Putinin ətrafı bu xəbəri xarici mediaya sızdırmaqla onun hakimiyyətdən uzaqlaşdırılması üçün zəmin hazırlamağa çalışır. Çünki Ukraynada labüd məğlubiyyətin qaçılmaz olduğunu görən komandası Putinin hakimiyyətdə qaldığı hər günün onları üçün hərbi tribunal və kütlə tərəfindən linç olunmaq perspektini artırdığını başa düşür. Bu halda xarici mediada “həkimləri israrla Putinin əməliyyat olunmağını tələb edirlər” ifadələsi, əslində Rusiya oliqarxiyası ilə mövcud hakimiyyət komandasının birgə planla Putindən yaxa qurtarmaq niyəti də ola bilər.
Bir şey aydındır ki, Ukraynada məğlubiyyət dərinləşdikcə və sanksiyalar ağırlaşdıqca hərbi və iqtisadi böhran Rusiya siyasi və iqtisadi elitasının Putindən yaxa qurtarmaq istəyini də artıracaq.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir