Qarabağda bu gün baş verənlər çox peşəkarcasına qurulan bir oyundan xəbər verir. Çox vektoru gedişlərlə Rusiya Qarabağ üzərindəki nəzarətini gücləbdirməyə və regionda sülh prosesini pozmağa çalışır.
Bu gün Qarabağ və ətrafında gedən proseslər daha çox Rusiya emisarı olan Vardanyanın piarına xidmət edir.
Ermənilərin Azərbaycanın Laçın dəhlizini bağlanması təbliğatı fonunda Vardanyan guya humanitar böhranla üzləşmiş Qarabağın “əzabkeş” erməni əhalisinin lideri kimi beynəlxalq ictimai rəyə təqdim edilir. Vardanyanı Rusiya vətəndaşlığından çıxaran Putin Xankəndində təşkil olunan iki kütləvi aksiya ilə onun Moskvanın adamı imicini dəyişərək dünyaya Qarabağ ermənilərinin lideri kimi qəbul etdirməkdədir.
Azərbaycan rəhbərliyinin Vardanyan Qarabağa göndərilən zaman müəmmalı şəkildə susub heç bir reaksiya verməməsi, indi öz ağır nəticəsini göstərməkdədir. Təəssüflə etiraf edək ki, Vardanyan Qarabağın separatçı qrumunun baş naziri statusu aldıqdan sonra Azərbaycan tərəfinin gecikmiş reaksiyası daldan atılan daş effekti yaradır və daha çox onu separatçıların lideri statusunda şişirdilməsinə və münaqişə tərəfi statusu almasına xidmət edir.
Bu məsələyə Ermənistanın münasibətini də nəzərdən qaçırmaq olmaz. Paşinyanın həyat yoldaşı Anna Akopyan Vardanyanın Qarabağda təşkil etdiyi mitinqi tənqid etməsi də onu göstərdi ki, hazırkı Ermənistan hakimiyyəti onu Putinin layihəsi kimi qəbul edir və bu adamın Qarabağda nüfuzunun artmasını Moskvanın mövqeyinin güclənməsi kimi qəbul edir. O, halda sual yaranır, bəs nədən Azərbaycan iqtidarı Vardanyana qarşı öz siyasətini Paşinyan hökuməti ilə kordinasiya etmir? Ermənistan tərəfi anlayır ki, Rusiya ssenarisi əsasında Laçın yolunun bağlaması, bir tərəfdən Vardanyanın humanitar böhranda olan erməni icmasının lideri kimi rolunun qabarmasına xidmət edirsə, digər tərəfdən də, Qərbə üz tutan Paşinyanı məcbur edib Putinin ayağına aparmaq məqsədi güdür. Ancaq Ermənistan xarici işlər naziri Mirzoyanın Moskvadakı üçtərəfli görüş baykot etməsi və Paşinyanın həyat yoldaşı vasitəsi ilə Qarabağdakı aksiyaya verdiyi tənqidi reaksiya onu göstərdi ki, o bu Putinin bu tələsinə düşmədi və onun təzyiqini qəbul etmək niyyətində deyil.
Laçın yolundakı aksiyaya baxmayaraq Azərbaycan rəhbərliyinin Moskva ilə yaxın və xoş münasibətlərindən belə görünür ki, Putinin Vardanyanı məhz hadisələr gərginləşən məqamda Rusiya vətəndaşlığından çıxarması məqsədlərindən bir də Azərbaycan hakimiyyətini daxil qınaqdan qorumaq olub. Baxın, Laçın yolundakı ekoaktivistlər “sülhməramlıların” komandanı Volkovla görüşməyi tələb edəndə, haqlı sual yaranırdı ki, nəyə görə Azərbaycan rəhbərliyi bu tələbi Rusiya dövlətindən etmir? Bu sual gündəmə gələndən sonra ona cavab vermək yerinə Volkovu çağırmaq məsələsini kənara qoyb ekoloji terrora yox tələbi ilə kifayənləndilər . İndi də eyni məntiqlə sual oluna bilərdi ki, nəyə görə Azərbaycan hakimiyyəti Vardanyanı hədəf aldığı halda, onun sahibi olan Kremldən öz vətəndaşını Qarabağdan çıxarmağı tələb etmir? Məhz buna görə də, Putin Vardanyanı Rusiya vətəndaşlığlndan çıxardı ki, Azərbaycan xalqı öz hakimiyyətinə “əgər doğrudan da Vardanyana qarşısısansa , o zaman nəyə görə Rusiya rəhbərliyindən öz vətəndaşını Qarabağdan çıxarmağı tələb etmisrsən” deyə bilməsin. Beləliklə də, Putin Vardanyanı rus vətəndaşlığlndan azad etməklə, həm də Azərbaycan hakimiyyətini daxili qınaqdan qorumuş oldu.
Bu gün Ermənistan Rusiyanın təsir orbitindən çıxdığı bir vaxtda, Rusiya Vardanyanın əli ilə Qarabağ kartını əlində saxlayır.
Fuad Gahramanlı
Fuad Gahramanlı: Vardanyan müəmmasının sirri. Niyə Ermənistan Vardanyana qarşıdır ?
319 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.