KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Ukraynada məğlubiyyətə uğrayan Rusiya daxilində ikinci cəbhə açılır

Fuad Gahramanlı: Ukraynada məğlubiyyətə uğrayan Rusiya daxilində ikinci cəbhə açılır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
308 0

Rusiya niyə yanır

Ukraynanı işğal etməyə cəhd edən Rusiya get- gedə öz sərhədləri daxilində ciddi bir problemlə üzləşməkdədir. Müharibənin ikinci yarısından başlayaraq Rusiyanın Ukrayna ilə sərhəd bölgələrində başlayan yanğın və partlayışlar zaman keçdikcə ölkənin içərilərinə doğru yayılmaqdadır. Bəzilərinin fikirincə bu müharibənin artıq Rusiyanın içəriləri daxilinə keçməsini göstərir .
İndi demək olar ki, biz hər gün Rusiyanın hansısa şəhərində yanğınlarla bağlı məlumatlar eşidirik. Artıq bu qarşısıalınmaz prosesə çevrilməkdədir. Son günlər Tümendə, Uralda, Kurskda, Belqorod, Bryanskda, Krasnayarsk, Moskva vilayətində ard – arda baş verən yanğın və partlayışlar Rusiya daxilində genişmiqyaslı təşkil olunmuş bir əməliyyat planı həyata keçirildiyinə şübhə yeri qoymur.
Bir müddət öncə Ukrayna əsir düşmüş rus əsgərlərindən ibarət işğalçılara qarşı döyüşmək üçün “Rusiya Azadlıq legionu” yaradıldığını bildirmişdi. Hətta bu legion əsgərləri media qarşısına çıxaraq öz məqsədlərinin Putin rejimininə qarşı döyüşmək olduğunu bildirmişdilər. Bu günlərdə isə Ukrayna rəhbərliyi bu legionun artıq öz fəaliyyətini Rusiya daxilinə keçirdiyini bildirib. Bu isə o deməkdir ki, Rusiyanın daxilinə yanğınlar və partlayışlar bundan sonra da davam edəcək. Bununla bağlı xatırladım ki, dünən Moskva şəhərində polis maşınına molotov kokteyli atan şəxs saxlanılıb və bəli oub ki, o “Rusiya Azadlıq legionuna” məxsusdur.
Əgər müharibədəki uğursuzluq rus ordusunun zəifliyini üzə çıxardısa, Rusiya daxilində baş verən yanğın və partlayışlar da bu ölkənin xüsusi xidmət orqanlarının bacarıqsızlığını, əməliyyat şəraitinə nəzarət edə bilmədiyini göstərdi. Belə bir şəraitdə müharibə uzandıqca Putin hakimiyyəti təkcə Ukrayna cəbhəsində deyil, həm də ölkə daxilində situasiyaya nəzarəti itirir, cəmiyyətdə panika və qorxu hissi yayılır, ölkə tədricən daxili xaosa sürüklənir.
Bu halda Putin iki cəbhədə döyüşməyə məcburdur.
🇺🇦 Ukrayna qalib gələcək !

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir