KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Ukrayna Rusiya danışıqları nəticə verəcəkmi?

Fuad Gahramanlı: Ukrayna Rusiya danışıqları nəticə verəcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
310 0

Bu gün Ukrayna və Rusiya arasında danışıqlar başlayır. Zelenski bildirib ki, danışıqlardan heç bir nəticə gözləmir. Çünki Ukraynanın mövqeyi aydındır, işğalçı rus ordusu ölkəni tərk etməlidir. Putin isə bu şərtlərlə razılaşacağı təqdirdə məğlubiyyətini rəsmi olaraq qəbul etmiş olacaq. Hətta kompromis variant kimi Rusiyanın əvvəlki mövqelərə çəkilərək Donetsk, Luqanskı və Kırımı özündədə saxlaması Putinin məğlubiyyəti sayılacaq. Çünki bu zaman Rusiya hərbi əməliyyatlarla qarşıya qoyduğu məqsədləri gerçəkləşdirə bilmədiyini də qəbullanmış olacaq. Bu şərtlərdə geri çəkilmə ağır beynəlxalq sanksiyaların müşaiyəti ilə olacağlna görə, Rusiyanın əvvəlki status – kvonu saxlaması da uzun çəkməz. Yəni, Putin gözəl anlayır ki, bu gün Kiyevdən geri çəkilmə həm də Donbasdan, Kırımdan, Luqanskdan geri çəkilməyin başlanğıcı olacaq. Məsələ təkcə bununla da qalmayacaq və o, müharibə canisi kimi beynəlxalq birliyin və fəlakətə düçar etdiyi Rusiya cəmiyyəti qarşısında hesab ödəməli olacaq.
Ona görə də indiki şərtlərdə tərəflərin heç birinin geri çəkilmə imkanı yoxdur. Bu halda Putin üçün danışıqlara getmək əslində öz irticaçı sifətini maskalamaq, sülh tərəfdarı olduğunu göstərmək üçündür. Ancaq paralel olaraq da, o, öz işğal əməllərini gücləndirməyə çalışır. Danışıqların gündəmdə olduğu bir vaxtda Amerika kəşfiyyatı Rusiyadan Ukraynaya doğru 5 km uzunluğunda hərbi kalonun hərəkət etməsi barədə məlumat yayıb. Digər bir xəbərə görə Putin bu gün Kiyevə Zelenski başda olmaqla Ukrayna dövlət rəhbərlərinə qarşı terror etmək üçün 400 nəfərlik xüsusi hazırlanmış qrup göndərib. Putin yaxşı anlayır ki, hərb meydanında məğlub olduğu və dünyadan təcrid olunduğu bir vaxtda o, danışıqlar masasında şərt qoyan deyil, şərt qəbul edən tərəf olmağa məhkumdur
Ona görə də Ukrayna işğalının sona yetməsi Rusiya ordusunun tamamilə darmadağın olması və rus xalqının müharibə əleyhinə böyük etiraz hərakatı ilə mümkündür.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir