KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Ukrayna qalib gəlmək, Rusiya isə məğlub olmamaq üçün döyüşür

Fuad Gahramanlı: Ukrayna qalib gəlmək, Rusiya isə məğlub olmamaq üçün döyüşür

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
88 0

Qərb Krımı hədəf göstərməklə Putin üçün kapituluyasiya şərti qoyur

Rusiyanın Ukraynada itirdiyi hərbi texnikanın dəyəri 20 milyard dollar hesab olunur. Açıq aşkar görünür ki, Putin rus ordusunu öz hikkəsinə qurban verməkdədir. Bu itkilər Ukrayna ordusunun müdafiə silahları ilə rus işğalçılarına qarşı apardıqları mübarizənin nəticəsidir. Artıq son bir neçə gündə Ukraynaya yüksək dəqiqlikli və böyük dağıdıcılıq qabiliyyəti olan ağır hücum silahları verilməyə başlayıb. Bu isə rusların verəcəyi itkilərin miqyasının bundan sonra daha böyük olacağı anlamına gəlir. Bu gün Ukrayna ordusuna göstərilən hərbi dəstəyin strateji məqsədi düşmənin hücum qabiliyyətini məhv etməyə yönəlib. Bunun nəticəsidir ki, son bir gündə düşmənin iki böyük silah anbarı dəqiq zərbə ilə məhv edilib. Dünən Luqansk vilayətinin İrmino yaşayış məntəqəsində rusların böyük silah anbarı raket vurulub. Bu gün gecə isə Rusiyanın Belqorod şəhərindəki silah sursat anbarı da dəqiq zərbə ilə məhv ediib. Eyni gündə işğalçıların Voronej və Kursk yaxınlığındakı hərbi bazalarında da partlayışlar baş verib. Bu onu göstərir ki, Ukrayna ordusunun Rusiya ərazisindəki hərbi hədəflərə zərbələr endirməsi getdikcə daha da intensivləçir. Bir gün öncə isə Bryanskda rus ordusunun böyük yanacaq anbarı vurulmuşdu.
Rusiya hərbi rəhbərliyi bütün hərbi arsenalı Donbas istiqamətində səfərbər etsə də, hələ ki, heç bir uğura nail ola bilmirlər. Əksinə, son bir iki gün ərzində Xerson istiqamətində 5, Nikolayevdə isə 3 yaşayış məntəqəsi işğalçılardan azad edilib. Hər ötən gün Rusiya ordusunun canlı qüvvəsi və texnika itkisi artır, hücum qabiliyyəti daha da zəifləyir.
Dünən isə ABŞ-n koordinatorluğu ilə bu ölkənin Almaniyadakı hərbi bazasında anti – Rusiya hərbi koalisiyasının toplantısı keçirilib. Qərara gəlinib ki, Ukraynaya ağır hücum silahları verilsin və hərbi yardımların həcmi daha da artırılsın. Belə bir nəhəng koalisiya qarşısında rus işğalçılarının hər hansı irəliləyiş əldə etməsi real görünmür. Artıq Qərb Ukraynanın qələbəsinə o qədər əmindir ki, dünən İngiltərənin müdafiə naziri Ben Villi bildirib ki, Ukraynanın hərbi əməliyyatları dayandırması üçün Kırım da azad edilməlidir. Bu isə Putindən ötrü kapituluyasiya şərti deməkdir.
Ukrayna qalib gələcək !

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir