KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Ukrayna qalib gələcəkmi ?

Fuad Gahramanlı: Ukrayna qalib gələcəkmi ?

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
113 0

Ukrayna müharibəsində hansı strateji dönüş baş verir ?

Azərbaycan üçün çıxan nəticələr.

Ukrayna Rusiya müharibəsində çox önəmli, heç gözlənilməyən strateji dönüş mərhələsi gerçəkləşmək üzrədir. Bu dəyişikliyin əsasının Trampın NATO müttəfiqlərini Rusiya təhlükəsindən qorumaq niyyətində olmadığını deməsi və onun yenidən hakimiyyətə gəlmə ehtimalının Avropada yaratdığı qorxu ilə qoyulduğunu demək olar. ABŞ-da Tramp seçilərsə Ukraynaya edilən Amerika yardımları kəsiləcək və beləliklə də Avropa hərbi revanş imkanları qazanan Putin Rusiyasının yeni təhdidləri ilə üz-üzə qalacaq kimi narahatlıqlar qoca qitədə özünüqoruma ilə bağlı yeni arayışlara yol açdı. Bununlavda AB ölkə rəhbərləri günün birində ABŞ-ın iştirakı olmadan öz təhlükəsizliklərini qorumaq məcburiyyəti qarşısında qalacaqlarını indidən nəzərə alaraq Ukraynanın müdafiəsi ilə bağlı təşəbbüsü ələ almağın vaxtının çatdığı qənaətinə gəldilər.

Bu istiqamətdə ilk təşəbbüs Fransa prezidenti Makrondan gəldi. Anqlosakslarla tarixi rəqabət ənənəsi olan Fransa bu vəziyyəti həm də özü üçün geosiyasi fürsət kimi dəyərləndirərək , bu gün Avropa liderliyini ələ almaq istiqamətində cəsarətili mövqe sərgiləməkdədir. 21 Avropa ölkəsi rəhbərini “Yelisey” sarayına toplayan Makron müzakirələrdən sonra sensasiyalı bir açıqlama ilə çıxış etdi. O, heç kimin görmədiyi halda Ukraynaya Avropa ordularının göndərilə biləcəyi haqqında danışdı. Bir anda dünya gündəminə çevrilən bu sərt bəyanatla diqqəti öz üzərinə çəkməyi bacaran Makron bu çıxışı ilə həm Ukraynaya dəstək işində liderlik təşəbbüsünü öz əlinə aldı, həm də pasifist Avropa cəmiyyətlərini həyacana gətirib Rusiya təhlükəsini lazımi qədər hiss etdirmiş oldu.

Bir haşiyə çıxaraq əlavə edək ki, Parisin addımlarına paralel olaraq biz Cənubi Qafqazda Fransanın yaxın müttəfiqi sayılan Ermənistanın da Moskvaya qarşı öz mövqeyini sərtləşdirdiyinin şahidi olduq. Paşinyan Parisə səfərdən sonra ölkəsinin KTM -ni tərk edəcəyi və rus qoşunlarını ölkə ərazisindən çıxması ilə bağlı Moskvanı qıcıqlandıran tələblər səsləndirməyə başladı. Belə görünür ki, Fransanın liderlik etdiyi Avropa Ermənistan vasitəsi ilə Cənubi Qafqazda Moskvaya qarşı yeni bir ikinci cəbhə açmağa çalışır. Bu prosesdə Paşinyan da Qafqazın Zelenskisi rolunu cəsarətlə öz üzərinə götürmüş kimi görünür. Bu baxımdan fərqində olmaq lazımdır ki, bu gün Qərbin Ermənistana verdiyi dəstək Azərbaycana qarşı deyil, bu daha çox İrəvanı Rusiya təhlükəsindən qorumaq və Moskva əleyhinə qəti addımlara təşviq etmək məqsədi daşıyır. Və bunu görə də Rusiya Azərbaycandan Ermənistana qarşı təhdid vasitəsi kimi istifadə edəndə və Bakı da buna səssiz qalanda ölkəmiz Qərblə qarşıdurma vəziyyətinə salınmış olur.

Daha sonra isə Kanada başda olmaqla bir çox Qərb ölkələrindən Makronun Ukraynaya ordu göndərməklə bağlı təşəbbüsünə dəstək bəyanatları eşidilməyə başladı və beləliklə bu ideya tədricən real məzmun daşımağa başladı. İndi bu ideya təkcə Makronun mövqeyini əks etdirmir, artıq Qərb ölkələri bu fikirin ətrafında iki yerə bölünüblər. Putinin son müsahibəsindən göründü ki, o, özü də bu perspektiv qarşısında çarəsiz durumda olduğunu anlayır.
Bundan sonra Makron “Veimar üçlüyünə” daxil olan Almaniya kansleri Şolts, Polşanın baş naziri Tuskla Berlində bir araya gələrək Ukraynaya göstəriləcək hərbi yardım məsələsini müzakirə etdi. Nəticə Ukrayna müharibəsinin gedişində strateji dönüşə yol açacaq qədər mühüm oldu desək yanılmarıq. Kansler Şoltsn görüşdən sonra verdiyi məlumata görə toplantıda Kiyevə uzaqmənzilli raket və artilleriya sistemlərinin verilməsi ilə bağlı koalisiya yaradılması, Ukrayna ərazisində birgə hərbi zavodlar inşa edilməsi və ən başlıcası isə bütün bunların maliyyə xərclərinin Rusiyanın dondurulmuş maliyyə aktivləri hesabına təmin edilməsi ilə bağlı strateji qərarlar qəbul edilib . Bununla da “Veimar üçlüyünün” liderliyi ilə Avropanın qarşıdakı dönəndə müharibə iqtisadiyyatına keçməsinin əsası qoyulmuş oldu. Bu baxımdan NATO Baş katibi Stoltenberqin Avropa və Kanadanın qarşıdakı dövrdə hərbi sənaye sahəsinə 470 milyard dollar investisiya yatrımağı planlaşdırdıqları ilə bağlı dünən dediklərini xatırlatmaq yerinə düşər.
Eyni zamanda Şoltsun Rusiyanın dondurulmuş aktivlərindən istifadə olunacağı ilə bağlı dediklərindən də belə məlum olur ki, Ukraynanın hərbi və iqtisadi baxımından dəstəklənməsinin maliyyə problemi də artıq öz həllini tapıb. Bu prosesdə ən əsası strateji məsələ Avropa liderliyini öz üzərinə götürən “Veimar üçlüyünün” Ukraynanın qələbəsi üçün sona qədər bütün imkanlarla Kiyevin yanında olacağını qəti şəkildə bildirməsi oldu.

Daha sonra isə öz ofisində Fransa tele kanallarına müsahibə verən Makron Ukrayna savaşını Fransanın milli təhlükəsizlik məsələsi kimi təqdim edərək Rusiya qalib gələcəyi təqdirdə fransızların da təhlükədə olacağını, bundan sonra Avropanın təhlükəsizlik sisteminin iflas edəcəyini və sərhəd tanımayan Putinin qarşısında Qərbin böyük təhlükələrlə, risqlərlə üzləşəcəyini bildirdi. Bu müsahibədə,o, Ukrayna müharibəsində yeganə sülh formulunun işğal altındakı Ukrayna ərazilərinin ,o cümlədən də Krımın qaytarılması olduğunu bildirərək Kiyevlə Avropanın mövqeyində hər hansı fərq olmadığını göstərmiş oldu. Makron Rusiyanı məğlub etmək üçün artıq heç bir qırmızı xətt qalmadığını , bu məsələdə hər şey edəcəklərini açıq şəkildə ifadə etməklə , məqsədli şəkildə Moskva ilə körpüləri yandırdı. Onun bu kəskin mövqeyi təkcə öz ölkəsinin deyil, həm də “Veimar üçlüyünün” bundan sonra müharibə tərəfi kimi çıxış etməklə bağlı strateji qərarını da əks etdirir.

Əslində bu baş verənlər fonunda ABŞ -ın 60 milyard dollarlıq gecikən yardımı öz aktuallığını bir qədər itirmiş kimi görünür. AB bu günlərdə silah alınması üçün Ukraynaya əlavə olaraq 5 milyard avro ayırmaqla bağlı qərar verərək , cari hərbi ehtiyacların qarşılanması üçün mühüm addım attdı. Bundan öncə isə 22 milyard avro ayrılması barədə qərar qəbul edilmişdi.
Artıq bu gün demək olar ki, nə qədər paradoksal görünsə də ABŞ – Konqresinində Ukrayna üçün nəzərdə tutulmuş 60 milyard yardımın gecikməsi strateji baxımdan Ukraynanın işinə yaramış oldu. Bu gecikmə müddətində Putin çox kobud strateji səhvə yol verərək tələsik heç bir xüsusi önəmi olmayan kiçik Avdeyevkanı ələ keçirdi . Bununla da ,o, hələ də pasifist modundan çıxa bilməyən Avropa cəmiyyətlərində Rusiya işğalının onlara tərəf irəliləməsi qorxusunu yaratdı və eyni zamanda Ukraynaya hərbi yardımla bağlı siyasi rəhbərlikdə hökm sürən tərəddüdlərə son qoydu . Nəticədə isə yuxarıda qeyd etdiyimiz kimi Qərb ölkələrinin ABŞ -ın iştirakı olmadan belə Ukraynanın qələbəsi üçün yeni təşəbbüslə çıxış etməsi üçün çox əlverişli bir psixoloji zəmin yaranmış oldu.
Beləliklə də Avropanin yuxarıda bəhs etdiyimiz addımlarından sonra, hətta ABŞ- dakı seçkilərdə Tramp qələbə qazanacağı halda Rusiya üçün yarana biləcək nəzəri şanslar indidən qapanmış oldu. Ona görə də Putinin strateji məğlubiyyəti artıq qaçilmaz sonluq kimi qəbul edilə bilər .

Son günlər Ukraynanın dron hücumları qarşısında Rusiyanın 10 -a yaxın strateji əhəmiyyətli neft emalı zavodlarının hədəf alınması və Belqorod ərazisindəki sərhəd kəndlərinə rus leggionu əsgərlərinin daxil olması onu göstərir ki, müharibə artıq Rusiyanın öz daxilinə keçməyə başlayır . Bu Ukraynaya uzaqmənzilli artilleriya və raket sistemlərinin verilməsi ərəfəsində müharibəni Rusiyanın içərilərinə keçirməyin provası da sayla bilər. Putin də bu yeni vəziyyətlə barışmış kimi görünür.

Son olaraq bu baş verənlərdən bizim üçün çıxacaq nəticələr:
1. Ermənistanla aramızda daha bir məsələ qalmadığına görə Rusiyanın maraqlarından ötrü Avropa Birliyinin liderinə çevrilən Fransa ilə qarşıdurmaya getmək yanlış mövqedir.
2. ABŞ-da Trampın seçilməsinə ümid bağlayıb Avrointeqrasiya kursundan imtina etmək səhvdir və son gəlişmələr onu göstərir ki, AB artıq müstəqil şəkildə öz maraqlarını hərbi güclə qorumaq mərhələsinə daxil olan strateji güc mərkəzinə çevrilməkdədir.
3. Ermənistanla Rusiya arasındakı gərginliyə Rusiya ilə Qərb arasındakı geosiyasi rəqabət kontekstində baxılmalı, Ermənistanla sülhdən yayımmaqla ölkəmizin milli maraqlarının təhlükəyə atıldığının fərqində olmaq lazımdır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir