KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Ukrayna ordusunun silahlanmasında yeni mərhələ başlayır

Fuad Gahramanlı: Ukrayna ordusunun silahlanmasında yeni mərhələ başlayır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
330 1

Rusiya isə KTMT – ni öz işğalına şərik etmək istəyir.
ABŞ – n Ukraynaya verdiyi “M142” HİMARS sistemlərindən sonra Britaniya hökuməti də bənzər addım atacağını bildirib. Bununla da yaxın və orta mənzilli raketlərə sahib olman Ukrayna ordusunun silahlanmasında yeni bir mərhələni başlayır.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, onun ölkəsi də ABŞ-n ardınca Ukraynaya “M270” MLRS verməyə hazırlaşır. Bu raket sistemləri hədəfi adi və peykdən idarə olunan raketlərlə vura bilirlər. Bir dəqiqə ərzində 12 raket buraxa bilən “M270” – lər 170 km məsafəyə qədər atəş aça açmaq imkanına sahibdir. İngiltərə hələlik ilkin mərhələ üçün 3 ədəd 80 km məsafəyə atış məsafəsi olan raket sistemləri verməyi planlaşdırır . Bu arada o da məlum olub ki, Böyük Britaniyanın Ukraynaya heç bir rəsmi məlumat verilmədən çox sayda “Pinzgauer Vector 6×6” zirehli maşınları da göndərib. Əslində bu onu göstərir ki, bir çox hallarda verilən texnikanın sayı və növvü haqqında məlumatlar tam dəqiq olmur və bəzi hallarda daha aşağı göstərilir.
Polşa isə Ukrayna ordusunun döyüş qabiliyyətinə əhəmiyyətli təsir göstərəcək qərar verib. Aİ- nın ayırdığı ödəniş müqabilində Polşa Ukraynaya 50 ədəd 155 mm-lik “Krab” özüyeriyən artilleriya qurğuları verməyə hazırlaşır. 40 km atış qabiliyyəti olan “Krab” qurğularınınn effektiv dəqiq vurma məsafəsi 30 km hesab olunur.
Onu da bildirək ki, artıq gələn ayın ortalarında ABŞ müdafiə nazirliyinin moderatorluğu ilə Ukrayna hərbi dəstək qrupunun növbəti toplantısının keçiriləcəyi də məlum olub. Sayca üçüncü olacaq bu toplantı Ukraynaya göstərilən hərbi yardımları təşkil və kordinasiya etmək üçün nəzərdə tutulub. Son toplantısından sonra ABŞ müdafiə naziri Lloyd Ostininin verdiyi məlumata görə tədbirdə daim iştirak edən 39 ölkədən 20-si artıq Ukraynaya hərbi yardımlar göstərirlər. Ukraynaya dəstək qrupunun hər ay toplanması onu göstərir ki, bu proses davamlı xarakter alıb və Rusiya təcavüzü qarşısında Ukraynanı sona qədər müdafiə etmək məqsədi daşıyır.
Ukraynaya hərbi yardımların artması və Putin rejiminin beynəlxalq səviyyədə təklənməsini fonunda Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri Andrey Kartopolov maraqlı bir açıqlama verib. O, deyib ki, “İşğaldan azad olunmuş Donetsk və Luqanskı ərazisində KTMT – nin hərbi qüvvələri yerləşdirilə bilər”. Bu onu göstərir ki, proses uzandıqca itkiləri artan Rusiya hələ də KTMT – yə daxil olan ölkələri məcbur edib onlardan əlavə hərbi dəstək almaq niyyətindən əl çəkməyib. Əgər, Rusiya real dəstək ala bilməsə belə, formal təmsilçilik əsasında yaratmaq istədiyi KTMT qüvvələrini zəbt etdiyi ərazilərə yerləşdirib başqalarını da öz işğal hərəkətlərinə şərik etmək istəyir. Ancaq, Rusiyanın məğlub olduğu indiki məqamda hər hansı KTMT ölkəsinin buna razı olacağını güman etmək olmaz.

Fuad Gahramanlı

İlgili Yazılar

1 Yorum

  1. Yasin - -

    Çok güzel bir platform

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir