KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Ukrayna müharibəsinin qlobal geosiyasi nəticələri nə ola bilər?

Fuad Gahramanlı: Ukrayna müharibəsinin qlobal geosiyasi nəticələri nə ola bilər?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
288 0

Qərb Putini Ukrayna bataqlığına çəkir.

Ukrayna müharibəsinin qlobal geosiyasi nəticələri nə ola bilər?

Nəhayət ki, ABŞ öz cavabını dünən Rusiyaya təqdim etdi. Rusiyanın irəli sürdüyü ultimativ tələblər qəbul edilmədi. ABŞ və NATO son günlər ritorikanı daha da sərtləşdirərək , Rusiyanın tələblərini passiv formada rədd etməklə kifayətlənməyərək, sərt xəbərdarlıq mesajları verməyə başlayıblar.
NATO Baş Katibi Stoltenberqin: “Rusiya ölkələrin icazəsi olmadan yerləşdirdiyi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır” tələbini irəli sürməsi, əslində, Rusiyanın geri çəkilməklə prosesi bitirmək şansını da əlindən alır. NATO ilə yaranmış hərbi gərginliyin aradan qalxması, artıq təkcə Rusiyanın Ukraynaya müdaxilə edib etməməsindən aslı deyil, adları çəkilən ölkələrdəki rus ordusunun çıxarılması tələbinə də əməl olunmalıdır. Bu halda Putinin irəli getməkdən başqa seçimi qalmır. Çünki qarşıdurma elə bir səviyyəyə gəlib çıxıb ki, tərəflərdən hər hansı birinin geri çəkilməsi, məğlubiyyət kimi görünəcək və yeni tələblərin meydana çıxmasına səbəb olacaq.
Əslində, belə görünür ki, ABŞ və İngiltərə Rusiyanın bu səhvi etməsində biraz da maraqlıdırlar. Ona görə də, Ukraynaya edilən hərbi yardımlar Rusiya qarşısında strateji hərbi üstünlük yaradacaq səviyyədə deyil. Əgər Ukraynaya hava hücumundan müdafiə kompleksləri, zərbə dronlar, F-16 və ya F-35 təyyarələri, yaxın mənzilli raket sistemləri verilmiş olsaydı və ABŞ əsgərləri əraziyə göndərilsəydi, o zaman Rusiyanın hərbi müdaxiləsinin də qarşısı birdəfəlik kəsilmiş olacaqdı. Ötən müddət üçün Ukrayna ilə AUKUS bənzəri hərbi ittifaq yaradılsaydı, təkcə bu hərbi müttəfiqlik Ukraynanın təhlükəsizliyinə də təminat vermiş olardı. Ancaq bütün bunların əvəzində ötən müddət ərzində Ukrayna ordusunun hər hansı bir ölkə ilə deyil, yalnız öz ərazisində döyüş aparmaq qabiliyyətinin artırılmasına üstünlük verilib. ABŞ da çox gözəl bilir ki, Rusiya təcavüzünə qarşı durmaq, Ukraynaya göndərilən “Javelinlərlə” yola veriləsi məsələ deyil. Bu baxımdan ötən müddətdə Ukraynaya edilən hərbi yardımlar müharibə olarsa Rrus ordusuna ağır itkilər verdirmək və buranı Putinin çıxa bilməyəcəyi bataqlığa çevirmək üçündür. Qərb də gözəl anlayır ki, Ukraynanın ancaq öz ərazisində müdafiə olunmaq səviyyəsində silahlandırılması, imperialist düşüncəli Putini öz hərbi üstünlüyünə güvənərək müharibə qərarına həvəsləndirəcək.
ABŞ-n Şərqi Ukraynaya 8500 əsgər göndərmək qərarı, NATO – nun Şərqi Avropa cinahını gücləndirmək üçün atdığı hərbi addımlar elə bir vəziyyət yaradıb ki, indi Putin buna qarşılıq əks cavablarını ortaya qoymalıdır. Xüsusi ilə də nəzərə alsaq ki, prosesin əvvəlində Baydenin “Amerika əsgəri Ukraynada döyüşməyəcək” Bəyanatının əksinə olaraq, dünən NATO Baş katibi Stoltenberqin Rusiya hərbi cavab veriləcəyini deməsi, Putinin üstünə getmə, təkcə adi bir hərbi xəbərdarlıq deyil. Baydenin əvvəlki bəyanatı Rusiyanı daha da həvəsləndirib, Putini Qərbə qarşı daha da qabağa gedən ritorika seçərək hərbi siyasi tələyə salmaq məqsədi güdüb. Gözlənildiyi kimi, Putin bu tələyə düşüb və indi də Stoltenberqin hərbi hədə bəyanatı onun geri çəkilmək yolunu bağlayır. İndi aydın görünür ki, Qərb bu cür sərt mövqe göstərməklə, Putinə müharibə blefi edib, sonra da üzusulu aradan çıxmasına imkan vermək istəmir. Çünki bundan sonra NATO-nun “barmaq silkələməsi” qarşılığında Rusiyanın hərəkətsiz qalması və Ukraynaya müdaxilə qərarından vaz keçməsi, Putinin siyasi və mənəvi süqutu kimi görünər.
Əslində, Qərbin Rusiyanı Ukrayna bataqlığında məğlub etməyə çalışması rasional bir yanaşmadır. Rusiya vaxtı ilə SSRİ Əfqanıstana girdiyi kimi, Ukraynaya daxil ola bilər, ancaq burada uzun müddət qalması və ölkəni işğalda saxlaması mümkün deyil. Bu Rusiyanın minlərlə itki verməsi, nəhəng müharibə xərcləri altında əzilməsi, ən sərt sanksiyalar qarşısında iqtisadiyyatının
çökməsi demək olar. Bu halda Putinin Ukraynadan uzun zaman qala bilməyib ölkəni uğursuz halda tərk etməsi, ardınca zəiflmiş Rusiyanın Moldova, Gürcüstan və əlavə olaraq Cənubi Qafqazdan da geri çəkilməsinə səbəb olar. NATO baş katibi Stoltenberqin bəyanatı onu göstərir ki, bu artıq bir strateji tələb kimi Rusiyanın qarşısında qoyulub. Bu zaman müharibə fəlakətinə məruz qalmış Rusiya cəmiyyətinin kütləvi etirazları ilə yanaşı, etnik zəmində mərkəzdən qaçma proseslərinin də, Putin hakimiyyətini və Rusiyanın bütövlüyünü sarsıtması labüd olacaq. Bu baxımdan Ukrayna məsələsi həm də qlobal siyasətdə Rusiyanın özünün gələcəkdə bir neçə dövlətə parçalanasının açarı hesab olunur. Təsadüfi deyil ki, İngiltərənin baş naziri Boris Conson “Rusiyanın Ukraynaya girməsi, Çeçenistan hadisələrinin təkrarına səbəb olar” deməklə, Rusiyanın içindəki gələcək etnik bölünmə potensialını xatırladıb.
Bu baxımdan Qərbin bu məqsədləri ilə Rusiya imperalizmindən əziyyət çəkən xalqların istəkləri üst – üstə düşür. Eyni zamanda ABŞ və İngiltərənin bu prosesdə əsas marağı Tramp dönəmində Avropa ilə zəifləmiş siyasi və təhlükəsizlik bağlarını yenidən möhkəmləndirmək, NATO daxilindəki çatları aradan qaldırmaq və postsovet ölkələri hesabına bloku genişləndirərək Çinin artan qüdrəti ilə mübarizə aparmaq üçün Rusiyanın geosiyasi iddialarını və gücünü bloklamaqdır.
Görünən odur ki, ABŞ və İngiltərə ittifaqının Çin təhlükəsinə qarşı Avropanın dəstəyini almağının yolu, məhz, Rusiyaya qalib gəlib postsovet məkanında nəzarəti ələ almaqla onun böyük dövlət statusuna və qlobal iddalarına son qoymaqdan keçir. Bu təhlükəni görən Çinin ötən gün Oman dənizində Rusiya ilə birgə hərbi təlimlər keçirməsi, Çin rəhbərliyinin prosesin hansı istiqamətdə inkişaf edəcəyindən narahat olduğunu göstərməkdədir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir