KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Ukrayna müharibəsində vaxtın uzanması kimin xeyrinədir

Fuad Gahramanlı: Ukrayna müharibəsində vaxtın uzanması kimin xeyrinədir

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
300 0

Rusiya hərbi üstünlüyünü necə itirir

Ukrayna savaşı uzandıqca Rusiya cəbhədə əvvəlki üstünlüyünü tədricən itirməkdədir. Putinin bütün cəhdlərinə baxmayaraq, Ukrayna ordusunun əsas müdafiə xətlərini yarmaq mümkün olmadı. Ukraynalıların bu uzunmüddətli dirənişi cəbhədə hərbi üstünlüyü ələ almaq üçün lazım olan vaxtı qazanmağa imkan verdi.
İlk növbədə Ukrayna hərbi əməliyyatların gedişində öz ordusunu bütövlükdə NATO standartlarına uyğun yenidən komplektləşdirmə kimi böyük bir işi həyata keçirməkdədir. Digər tərəfdən isə döyüşlərin uzanması Avropanın da təhlükəsizlik qayğılarını artıraraq anti-Rusiya koalisiyasını möhkəmləndirdi və Almaniya, Fransa başda olmaqla bir çox ölkələrin tərəddüdlərinə son qoydu. Nəticədə Rusiya qarşı qoyulan ağır sanksiyalar çoxaldı və bütün tərəddüdlərə son qoyularaq Ukraynaya maddi və hərbi dəstək göstərilməsi Qərbin kollektiv iradəsinə çevrildi. Strateji baxımdan ən önəmli məsələ kimi isə NATO, məhz, Ukrayna müharibəsinin yaratdığı siyasi və hərbi təsir nəticəsində qısa müddətdə Finlandiya və İsveçin hesabına genişlənə bildi, Ukrayna özü də AB üzvlüyünə namizəd statusu aldı. Savaşın bu şəkildə uzanması isə Qərbin Ukraynaya daha müasir ağır silahlar göndərməsi üçün lazım olan vaxtı əldə etməyə imkan yaratdı. Çünki məsələ təkcə bu silahların göndərilməsində deyil, həm də onların istifadəsi üçün təlim görmüş zabit heyətinin hazırlanması da gərəkdir. Bu müddət üçün ən önəmli nəticələrdən bir də indiyədək aparılan müdafiə döyüşləri ilə Ukraynanın düşmənin əsas canlı qüvvəsinin yarısını və texnikasının böyük hissəsini sıradan çıxarıb Rusiyanı hərbi baxımdan taqətdən salmağa nail olmasıdır.
Artıq Ukrayna ordusunun əlində olan 16 HİMARS cəbhədə rus ordusunun təchizat və komanda məntəqələrinə ciddi zərbələr vuraraq düşmənin hücum cəhdlərinin qarşısını almağa kifayət edib. .Xatırlayırsınızsa bir müddət öncə Lavrov açıqlama verərək hədəfin daha Donbas olmayacağını, cəbhə xəttinin genişlənəcəyini bildirmişdi. O vaxtdan keçən dövr ərzində rus ordusu nəinki cəbhə xəttini genişləndirib hücuma keçə bilmirir, əksinə, Xerson istiqamətində çox ağır zərbələr alaraq geri çəkilməkdə davam edir. Ukrayna ordusunun aramsız zərbələri və hücumu qarşısında indi Xerson – Zaporojets istiqaməti döyüşlərin əsas mərkəzinə çevrilib. Qısa müddətdə ərzində HİMARS və M- 270 – lərlə düşmənin 50 dən artıq hərbi anbarı, çox sayda yanacaq bazası və komanda idarəetmə məntəqələru vurulub. Artıq elə vəziyyət yaranıb ki, ruslar cəbhə xətti yaxınlığında silah və yanacaq anbarı saxlaya bilmirlər. Bu da döyüşən hissələrin hərbi təchizatını pozur, böyük ölçüdə sursatını istifadə edilmədən məhvinə səbəb olur.Təsəvvür edin, əgər 16 HİMARS indiki nəticələri əldə etməyə imkan veribsə, bunların sayının bir neçə dəfə artırılması rusları hansı vəziyyətə sala bilər.
Artıq məlum olduğu kimi Ukrayna ordusuna HİMARS – lar üçün 300 km məsafəyə qədər vura bilən MGM-140 ATACMS lazer güdümlü raketlərinin göndəriləcəyi də bildirilir. Bu isə o deməkdir ki, Ukrayna ordusu indiki mövqelərində durub cəbhə xəttindən 200-250 km dərinliyə qədər olan ərazilərdə belə düşmənin bütün təchizat sisteminə və canlı qüvvələrinə dağıdıcı zərbələr vura biləcək.
Başqa bir önəmli məsələ isə Ukrayna ordusuna radar əleyhinə AGM-88 raketlərinin verilməsidir. Təyyarədən buraxılan bu raketlər 150 km qədər olan məsafədə radarları vuraraq rus ordusunu kor etməyə, aviasiyanın təhlükəsiz uçşlarla düşmənə ağır zərbələr vurmasına imkan verəcək. Son 4 gündə Rusiyanın 20-yə yaxın yaxın HHM sisteminin vurulması rus ordusunu kor etməkdədir.
Buna paralel olaraq Ukrayna getdikcə öz, HHM sistemlərini gücləndirərək öz hava məkanını Rusiya aviasiyası və raketləri üçün daha çox bağlamaqdadır. Bu yaxınlarda Xəzərdən Ukraynaya atılan 8 raketdən 7 – nin vurulması, onu göstərir ki, Ukraynanın hava məkanı ruslar üçün getdikcə əlçatmaz olmaqdadır. Bundan əlavə artıq məlumat verilib ki, ukraynalı pilotlar ABŞ-n F-16 və F-15 təyyarələrində uçuş təlimlərini yekunlaşdırmaq üzrədirlər. Bu isə yaxın günlərdə Ukrayna səmalarında ABŞ- qırıcılarının uça biləcəyini anons edir.
Bu gedişlə üzü payıza doğru Ukrayna ordusunun yeni güclü silahlarla hərbi resursları tükənməkdə olan, hərbi – texnika baxımdan üstünlüyünü itirən rus işğalçılarına qarşı genişmiqyaslı əks hücum əməliyyatlarına başlaması üçün də zəmin yaranacaq.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir