Soyuq savaş bitdikdən sonra Putin qədər ABŞ-a kömək edən ikinci bir şəxs olmamışdı. Onun Ukraynanın işğal hədəsi ortaya çıxana qədər NATO daxilində mərkəzdən qaçma prosesləri gedirdi. İş o yerə çatmışdı ki, NATO- nun Qərbdən olan lider ölkələri arasında ziddiyyətlər yeni hərbi ittifaqların yaranmasına qədər gedib çıxmaqdaydı. ABŞ-n təzyiqi ilə Avstraliya Fransadan alacağı sualtı qayıq sifarişindən imtina etməli olmuşdu. Bu olay Fransa və ABŞ-a arasında kəskin narazılıq yaratmasına rəğmən, ABŞ- və İngiltərə cütlüyü daha qabağa gedərək Avstraliyanın da iştirakı ilə AUKUS hərbi ittifaqı yaratdılar. Bundan əlavə ABŞ Çinin inkişafını durdurmaq məsələsində AB- nin dəstəyini ala bilmirdi. Bu məsələdə Fransa və Almaniya fərqli mövqe sərgiləyirlər. Eyni zamanda Avropa Birliyi daxilində NATO-dan kənar hərbi birliklərin yaradılması ideyası gündəmdə idi və ilkin addımlar da atılırdı. Rusiya da AB ilə ABŞ arasındakı narazılqlardan çox məharətlə istifadə edir, bir çox Avropa ölkələrində Moskvanın 5-ci kalonu açıq aşkar ABŞ əleyhinə ictimai rəy yaratmağa çalışırdı.
Ancaq Putinin Ukrayna ilə bağlı hədələri və NATO – ya verdiyi ultimatum nəticəsində Avropa öz təhlükəsizliyini qorumaq üçün ABŞ-n himayəsinə sığınmağa məcbur oldu. Bayden də bu vəziyyətdən istifadə edərək Avropa üzərində ABŞ-n itirdiyi təsiri xeyli dərəcədə geri qaytara bildi. Artıq Amerika Şərqi Avropadakı hərbiçilərinin sayını artırmağa başlayıb. Buna Paralel olaraq ABŞ-n əsas müttəfiqi İngiltərənin Avropada öz hərbi iştirakını gücləndirməyə qərar verməsi, Polşa və Ukraynanın iştirakı ilə yeni hərbi ittifaq yaradacağını açıqlaması, o deməkdir ki, qarşıdakı dönəmdə Avropa üzərində ABŞ – n təsiri daha da güclənəcək. Geosiyasi baxımdan bu Anqlosakson birliyinin yeni yüksəlişidir.
Digər tərəfdən, Putinin ultimatumu nəticəsində NATO da Rusiya təhdidinə qarşı yekdil mövqe ortaya qoyaraq daxilən zəifləmiş birliyini ABŞ-n liderliyi ilə yenidən bərpa etməkdədir.
ABŞ-n dünya liderliyini əldə saxlaması qarşıdakı 10-15 il ərzində Çininin qlobal təcrid yolu ilə zəiflədilməsindən aslıdır. Bunda ötrü isə həm ABŞ- n həm Rusiyanın iddiaların önünü kəsib onu öz sərhədləri daxilinə sıxışdırması, həm də AB- nin dəstəyini alması lazım idi. Məhz Ukrayna məsələsində Putinin buraxdığı səhv bu iki məsələnin daha sürətli həllinə zəmin yaratdı.
İndi Putinin hansı qərar verəcəyindən aslı olmayaraq Rusiyaya qarşı qlobal təcrid və ağır sanksiyalar gündəmdədir. Putin hətta geri çəkilməklə də bu qlobal “məngənədən” çıxa bilməyəcək. Çünki onun qarşısında indi Ukrayna ilə yanaşı Moldova və Gürcüstandan da çıxmaq tələbi qoyulub. Rusiyanın postsovet ölkələrindən qovulub çıxarılması həm də ona görə lazımdır ki, ABŞ-n Cənubi Qafqaz və Mərkəzi Asiyaya nüfuz edib Çinin qlobal təcridini həyata keçirməsi Qərb üçün strateji məsələdir. Asiya Sakit okean regionunda AUKUS hərbi ittifaqını, Çinin qonşuluğunda isə 2003- cü ildə yaradılmış Hindistan, Cənubi Koreya və ABŞ ittifaqını, Şərq tərəfdə isə Yaponiya ilə xüsusi müttəfiqlik münasibətləriini nəzərə aldıqda görürük ki, bu halqanı indi məhz Mərkəzi Asiyada tamamlamaq planlaşdırılır. Bu baxımdan Rusiyanın Qazaxıstan olayları zamanı müdaxilə edib Rusiyaya bağlı Tokayevi hakimiyyətdə möhkəmləndirməsi məhz yuxarıda dediyimiz prosesi önləmək məqsədi daşıyırdı. ABŞ- tərəfindən Əfqanıstanda Taliblərin hakimiyyətə gəlməsinə müsaidə edilməsi də bu qlobal prosesin bir tərkib hissəsidir.
Ona görə də Ukrayna məsələsi təkcə Avropanın təhlükəsizliyi məsələsi olmayıb, həm də geosiyasi rəqabətin episentiridir. Bu rəqabət isə bizim ölkə üçün də çox real demokratikləşmə və Rusiya vassalığından qurtulma perspektivləri açır. Qərb bizim coğrafiyaya doğru irəliləməkdədir və bu o deməkdir ki, bir müddətdən sonra Azərbaycan siyasətində də oyun qaydaları dəyişməyə məhkumdur.
Fuad Gahramanlı
- Anasayfa
- »
- Azerbaycan
- »
- Fuad Gahramanlı: Ukrayna böhranının geosiyasi mahiyyəti. Bu Azərbaycana nə vəd edir?
Fuad Gahramanlı: Ukrayna böhranının geosiyasi mahiyyəti. Bu Azərbaycana nə vəd edir?
379 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.