KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Türkiyənin Avropanın təhlükəsizliyinin rol almaq istəyi Azərbaycana nə vəd edir?

Fuad Gahramanlı: Türkiyənin Avropanın təhlükəsizliyinin rol almaq istəyi Azərbaycana nə vəd edir?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
21 0

Öcalanın çağırışı və Türkiyə üç əsas regionda təhlükəsizlik qarantı kimi.

Türkiyənin Avropanın təhlükəsizliyinin rol almaq istəyi Azərbaycana nə vəd edir?

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan öz tərəfdarlarına çağırış edib. O, müraciətində deyib ki, ” Mən tərksilah olmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv olunmalıdır. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm”.Onun bu bəyanatı Türkiyənin 40 il ərzində uğraşdığı terror probleminin birdəfəlik həllinə böyük bir imkan yaradır.

Bu günə qədər Öcalan PKK üzvləri və simpatizanları üçün həbsdəki mübarizə simvolu sayılırdı. İndi onun silahlı mübarizə, terror yolu ilə heç nəyə nail olmağın mümkün olmayacağını deməsi və bu üsuldan imtina etməyə çağıması, həm PKK, həm də ki, onun Suriya və digər ərazilərdəki uzantılarında mənəvi çöküşə, ruh düşkünlüyünə və inamsızlığa səbəb olacaq.

Böyük ehtimalla çox sayda sayda PKK-çı bu çağrışa cavab olaraq silahı yerə qoyacaq. Hələ ki, PKK rəsmi olaraq bu çağrışa münasibət bildirməyib. Ancaq Suriyadakı PKK uzantısı olan PYD (SDQ)-nin liderlerindən Salih Müslim Öcalanın bu çağrışına cavab olaraq, silahılı mübarizə şərtlərindən siyasi yola keçidə tərəfdar olduqlarını bildirib. Təşkilatın rəhbəri Məzlum Abdi isə bu çağrışa müsbət baxdıqlarını, ancaq onun daha çox Türkiyəyə aid bir məsələ olduğunu ifadə edib. İraq Kürdüstanının lideri Bərzani də onun bu çağırışına müsbət münasibətini bildirib. Bu artıq ilkin müsbət nəticələr sayıla bilər. O da bildirilir ki, Öcalanın bu çağrışının kürdlər arasında tam keçərli qərara çevrilməsi üçün, PKK-nın geniş tərkibli qurultayının keçirilərək özünü buraxması gərəkdir .

Türkiyə HTŞ hakimiyyətinə verdiyi dəstəklə unitar və bölünməz Suriya modelini müdafiə etməklə, PYD -nin öz fəaliyyətini bundan sonra da davam etdirmək imkanlarını onun əlindən almış oldu. Trampın ABŞ-n hərbi qüvvələrini Suriyadan çıxarmaqla bağlı səsləndirdiyi fikirlər, bu gün bölgədə təhlükəsizlik və güc tarazlığı ilə bağlı şərtləri Türkiyənin xeyrinə dəyişməkdədir. Bu vəziyyətdə dəstəksiz qalma ehtimalı gündən günə artan PKK və onun uzantıları indi özlərini çox risqli və çarəsiz durumdada hiss etməkdədirlər.

Ona görə də bütün bu gerçəklikləri anlayan Öcalanın silahı yerə qoymaq çağırışı, həm də regionda güc tarazlığının Türkiyənin xeyrinə dəyisməkdə olduğunu və bu şərtlər daxilində silahlı mübarizənin, qurbanlar verməyin boş, mənasız olması gerçəkliyini özündə ehtiva edir. Bu həm də terrorçuların öz məğlubiyyətini qəbullanmasının vaxtı çatdığı deməkdir.

Ancaq təkcə bu da deyil. Böyük ehtimalla İsrailin İrana qarşı aviazərbələrə hazırlaşması fonunda kürdlər Suriyadakı qüvvələrini tədricən İrana doğru transfer etmək və öz istəklərini burada gerçəkləşdirmək təklifi üzərində də düşünürlər. Bu isə Türkiyənin həm də İranın gələcəyində söz sahibi olması, Güney Azərbaycan türkləri ilə bağlı məsələnin gündəmə gəlməsi deməkdir.

Əgər Öcalanın çağırışı terror təşkilatlarının tam bitməsi ilə nəticələnərsə, bu, regionda Türkiyənin güclənməsinə mane olmaq istəyənlərin PKK və onun uzantılarından Ankaraya təzyiq vasitəsi kimi istifadə imkanlarını da aradan qaldırmış olacaq. Bu da geostrateji baxımdan Türkiyənin həm Orta Şərqdə, Şərqi Aralıq dənizində, Qara dəniz hövzəsi və həm Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində regional güc kimi təsir və rolunu müstəsna dərəcədə artıracaq.

Gələcəkdə isə Böyük Britaniyanın da dəstəyi ilə Türkiyənin liderliyindəki Turan birliyinin, geostrateji əhəmiyyətli bir layihə kimi Mərkəzi Asiyada da geosiyasi tarazlığın yaranmasında əsas rolu oynayacağı gözlənilir . Beləliklə bir çoxlarının geosiyasi əhəmiyyətini anlamadığı Turan birliyi, geosiyasətdə məhşur olan “Heartland” və “Rimland” nəzəriyyələrinə görə mühüm geostrateji mahiyyət daşıyan bir birlik kimi, Avropa və Asiyanın kəsişməsində güc tarazlığını yaratmaqla, “dünya adasında” qitələrarası təhlükəsizlik oxununu təşkil edəcək.

Dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirdi ki, Avropa Amerikasız öz təhlükəsizliyini təmin etmə yollarını müzakirə edir və Türkiyə öz üstün hərbi gücü ilə Avropanın yeni təhlükəsizlik arxitekturasının qurulmasında yer almağa hazırdır. Bu bilirsiniz nə deməkdir?

Bu sözlər indiki yeni həssas məqamda Türkiyənin öz güclü ordusundan geosiyasi təsir vasitəsi kimi istifadə edərək, Avropaya inteqrasiya maneələrini aşmağa çalışdığını göstərir. Eyni zamanda Rusiya təhlükəsinə qarşı Avropanın təhlükəsizlik təminatını öz üzərinə götürməyə hazır olmaqla, Türkiyənin Avropa üçün vazkeçilməz bir dövlətə çevrilməkdə olduğunu i göstərir. Bu baxımdan, Hakan Fidanın “Makron Amerikaya gedərkən yol üstü Ərdoğana zəng etdi” deməsi, artıq Türkiyənin Avropa və ABŞ müzakirələrinə daxil olduğuna işarə edir. Onu da xatırladaq ki, Zelenskinin Türkiyə səfəri zamanı Britaniya kəşfiyyatının rəhbəri Ricard Mur da eyni vaxtda Ankaraya gəlmişdi və bundan sonra Ərdoğan Ukraynanın NATO-ya üzvlüyünə və ərazi bütövlüyünə çox açıq, birmənalı dəstək bildirməklə, həm də Rusiyanın iddalarına cavab vermək əzmini ortaya qoymuş oldu

Bəs bu proseslərin bizə hansı yöndə təsiri ola bilər ? Türkiyənin Avropaya inteqrasiya edərək Rusiyanın qarşısında yer alması, Azərbaycan xarici siyasəti üzərində getdikcə artan təzyiq yaradaraq, geosiyasi seçim qərarı verməyi qaçılmaz edəcək. Böyük ehtimalla Azərbaycan Türkiyənin artan rolu və təsiri hesabına Rusiya cinahda yer ala bilməyəcək. Avropanın təhlükəsizlik arxitekturasında mühüm yer alacaq Türkiyə ilə müttəfiqlik, həm də Azərbaycan üçün qardaş dövlət vasitəsilə ilə Avrointeqrasiya yolunun açılmasına zəmin yaradacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir