KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Fuad Gahramanlı: Türkiyə Ermənistan üzərindən Azərbaycana hansı mesajı verir?

Fuad Gahramanlı: Türkiyə Ermənistan üzərindən Azərbaycana hansı mesajı verir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
148 0

İlkin şərt olmadan yanaşması Ankara üçün niyə önəmlidir?

Dünən Paşinyanla Ərdoğan bayramlaşıblar. Bir qayda olaraq siyasətçilərin bayramlaşması gündəmdə olan vacib məsələləri müzakirə etmək üçün bir fürsət, imkan hesab olunur. Bu dəfə də bayram əslində danışmaq, söhbət üçün bir “bəhanə” olub. Telefon danışığında diqqəti cəlb edən əsas məqam budur ki, liderlər iki ölkə arasında münasibətləri ilkin şərt olmadan tam normallaşdırmaq barədə ortaq qərara gəliblər.

İlkin şərt olmadan münasibətləri normallaşdırmaq yanaşması təkcə iki ölkənin münasibətlərinə aid bir mövqe, məsələ deyil, bu məsələyə həm də indiki vaxtda Azərbaycana ünvanlanmış bir mesaj kimi də baxmaq olar. Ona görə də bu ifadənin Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumata daxil edilməsi heç də təsadüfi deyil. Türkiyə bunula Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması ilə bağlı Bakının irəli sürdüyü şərtə fərqli mövqedən yanaşdığıni ortaya qoyub.

Dünən Paşinyan gileylənərək bildirib ki, ölkəsi bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olsa da Bakı Ermənistan konstitusiyasında dəyişikliklər edilməsi şərtini irəli sürərək bundan yayınır. Xatırladaq ki, Ermənistan konstitusiyasının preambula hissəsində istinad olunan Müstəqillik Aktında Qarabağın bu ölkəyə aid olması kimi ifadə yer alıb. İlham Əliyev də son zamanlar dəfələrlə bildirib ki, Ermənistan konstitusiyasında bu məsələ aradan qalxmayınca sülh müqaviləsi imzalanmayacaq.

Paşiniyan əvvəllər özü də konstitusiya dəyişikliyi məsələsini gündəmə gətirməklə bu məsələnin həll edilməsinin vacibliyini vurğulayıb. Lakin erməni müxalifəti Paşinyanın bu məsələni İlham Əliyevin diktəsi ilə etdiyini əsas gətirərək ona qarşı kampaniya apardığına görə Paşinyan öz mövqeyindən bir qədər geri çəkilməyə məcbur oldu. İndi də keşiş Qalstyanın rəhbərlik etdiyi 5-ci kalonun mövcud hakimiyyəti devirmək üçün başlatdığı proses hələ tam başa çatmamış Paşinyanın konstitusiya dəyişikliyinə getməsi, daha çox onu devirməyə cəhd edən müxalifətin əlini gücləndirməyə səbəb ola bilər .

Qazağın 4 kəndinin Azərbaycana qaytarılmasına görə kilsə də 5-ci kalonla birləşərək Paşinyanı devirmək üçün kütləvi etiraz hərakatı yaratmağa qalxdısa, o zaman indiki şəraitdə konstitusiya dəyişikliyinə görə nələrin ola biləcəyini təsəvvür etmək heç də çətin deyil. Nəzərə alsaq ki, Paşinyanın bu gün 17%- lik bir reytinqi var, bu halda məhz ndiki vaxtda ondan belə bir dəyişiklikliyə getməyi istəmək adamı çıxa bilməyəcəyi siyasi böhrana sürükləmək demək olar. Bu da Rusiyaya bağlı müxalifətə keşiş Qalstyanın liderliyi ilə basladilan kütləvi etiraz hərakatını yenidən dirçəldib böyütmək fürsəti verər.

Ona görə də Türkiyə prezidenti Ərdoğan Ermənistanın dövlət rəmzlərində onun ölkəsinə qarşı olan iddiaları görməzdən gələrək ilkin şərt irəli sürmədən münasibətilərin tam şəkildə normallaşması mövqeyini sərgiləməklə Azərbaycana da yol göstərdi. Türkiyə bunula demək istəyir ki, biz Ermənistana qarşı hər hansı ilkin şərt qoymadan münasibətləri normallaşdırırıqsa, o zaman qardaş Azərbaycanın da sülh üçün bənzər möqe tutmasına gərək var. Eyni zamanda bu sülh əgər Rusiyanın Cənubi Qafqazda mövcudluğunu daha da zəiflədib Türkiyənin onun yerini tutmasına yol açacaqsa, o zaman sülhü gecikdirmək Ankaranın geosiyasi planlarına mane olmaq kimi görünür.

Bu üzdən də Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında və Cənubi Qafqazda sülhün, sabitliyin yaranmasında çox maraqlıdır. Ona görə də, Türkiyə ozü daha konstruktiv davranaraq ilkin şərt olmadan münasibətləri tam normallaşdırmaq mövqeyindən çıxış etməklə göstərmək istəyir ki, bu gün Ermənistan daxilində gərgin olan vəziyyət Paşinyan hakimiyyətinə lazım olan dəyişiklikləri etməyə imkan vermədiyi üçün sülh məsələsini buna görə ləngitməyə gərək yoxdur. Çünki Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh və əməkdaşlıq yaranandan sonra konstitusiya ilə bağlı problem də öz həllini irəlidə tapacaq və erməni cəmiyyəti üçün də bu məsələ öz əhəmiyyətini itirmiş sayılacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir