KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Trampın elçisi Putinlə görüşdən sonra niyə Bakıya gəldi?

Fuad Gahramanlı: Trampın elçisi Putinlə görüşdən sonra niyə Bakıya gəldi?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
34 0
Fuad gahramanlı

Tramp İlham Əliyevdən nə istəyir?

Trampın xüsusi nümayəndəsi Uitkoff Rusiyadan dönərkən təyyarəsi Bakıya eniş edib. Bu gözlənilməz gəlişin guya onun uçağına texniki baxışla bağlı olduğunu idda etmək, aydındır ki, diqqəti səfərin əsil məqsədindən yayındırmaq demək olardı. Çünki Uitkoffun təyyarəsinə texniki baxış həyata keçirmək üçün uçuş məsafəsini bu qədər artırmağa gərək yox idi, bunu daha yaxın məsafədə olan Şərqi Avropa ölkələrindən birində də etmək mümkün idi.

Bəs, o zaman Uittkoffu Bakıya gətirən səbəb nədir? Diqqət etdinizssə, ötən gün xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb başa çatıb. Müxtəlif dövrlərdə verilən açıqlamalardan da məlum olur ki, bu müqavilənin imzalanması üçün hələ də Azərbaycanın irəli sürdüyü bəzi ön şərtlər var. Bu şərtlər əsasən Ermənistan konstitusiyasına dəyişiklik edilməsini, AB müşahidəçilərinin sərhəddi tərk etmələrini və Zəngəzur dəhlizinin eksteritorial olmasını ehtiva edir.. Əslində, sülh müqaviləsi mətni razılaşdırıldıqdan sonra, bu şərtlərin həyata keçirilməsi ardıncıllığını dəyişərək onları zaman baxımından bir qədər irəli çəkmək mümkün olduğuna görə, indi hər iki ölkə sülhə daha çox yaxınlaşıblar.

Məhz, bu səbəbdən də, hələlik heç bir sülh təşəbbüsü real nəticə verməyən Tramp üçün Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi hazır “yetişmiş məhsul” kimi görünə bilər. Trampın seçki qabağı verdiyi vədlərə baxmayaraq, bu gün, o, nə İsrail və Fələstin arasında, nə də ki, Ukrayna ilə Rusiya arasında sülh və ya atəşkəsə nail ola bilməyib. Bundan sonra da qısa müddətdə bu real görünmür. Ona görə də bu sahədəski nəticəsizlik Trampı ciddi şəkildə narahat edir. Bu vəziyyətdən çıxış üçün isə Trampa tez bir müddətdə imzalanması mümkün olan sülh müqaviləsi lazımdır. Odur ki, indiki halda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasının təşkili, Trama amerikalılara və dünya özünü sülh yaradan bir lider kimi təqdim etməyə imkan verə bilər.

Diqqət edin, dünən ABŞ Dövlət katibi Rubio Azərbaycan və Ermənistan arasında sülh müqaviləsiəsinin hazır olmasına dərhal reaksiya verərək bildirdi ki, bu, Trampın uzunmüddətli sülhə nail olmaqla bağlı vizyonuna uyğun gələn bir irəliləyisdir. Demək ki, gözlənilən sülh müqaviləsi Trampın hələ ki, boş qalan vizyonunu doldurmaq, onun liderliyinin hansısa bir sülhlə nəticələndiyini göstərmək baxımından əhəmiyyətlidir.

İndiki halda Azərbaycanın İsrail vasitəsi ilə ABŞ rəhbərliyinə yol tapmağa çalışdığı bir zamanda, ABŞ -n iki ölkə arasında sülh müqaviləsinə “alıcı” çıxması, İlham Əliyevə imkan verir ki, o, bu sülh müqaviləsini çox baha qiymətə Trama təqdim etsin. Böyük ehtimalla Putin Ukrayna ilə bağlı atəskəs təklifinə dolayı imtina cavabı verdikdən sonra, Uitkoff Bakıya gələrək, məşhur filimdəki kimi “o olmasın, bu olsun” prinsipi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Vaşinqtonda imzalanması perspektivlərini müzakirə edib.

Əgər ortada bu barədə hər hansı razılaşma olacaqsa, bu, bütün tərəflərin maraqlarına və eyni zamanda regionda dayanıqlı sülhün əldə olunmasına da xidmət edən bir addım olacaq. Nəticədə Trampa qanlı müharibə aparmış iki ölkənin, məhz onun liderliyi ilə sülh müqaviləsi imzaladığını demək imkanı qazanacaq, Azərbaycan və Ermənistan rəhbərliyi də bu “qıtlıq şəraitində” lazım olan “məhsulu” Trampa verdikləri üçün, bütün dünyanın gözü qarşısında sülh müqaviləsi imzalamaqdan ötrü Oval ofisə dəvət almış olacaqlar.

Biz isə hesab edirik ki, motivindən asılı olmayaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazın və ölkəmizin gələcək geosiyasi ariyentasiyasının müəyyənləsdirilməsi baxımından önəmlidir və bu regionda sülh və sabitliyin təmin edilməsinin əsas təməlidir. Bu, baş tutarsa, o zaman ABŞ bə Türkiyə də bu sülhü sazişinin qarantoru kimi Cənubi Qafqazda əlavə məsuliyyət üstlənmiş olacaqlar.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir