Fuad Gahramanlı : Tramp ticarət savaşında Çinə qalib gəldi
ABŞ və Çin arasında baslanmış ticarət savaşı bitmək üzrədir bə artıq nəticələrə əsasən demək olar ki, Tramp bu savaşın qalibidir .
Mayın 10-11-də Cenevrədə ABŞ Maliyyə Naziri Scott Bessent və Çin Baş nazirinin müavini He Lifeng arasında keçirilən danışıqlar nəticəsində qarşılıqlı olaraq tarifləri 90 gün müddətinə azaldılması nəzərdə tutulur.
Belə ki, razılaşmaya əsasən tərəflər mövcud yüksək tarif dərəcələrində qarşılıqlı olaraq 115 % endirim ediblər . Nəticədə Çin Amerika mallarına tarifləri indiki 125%-dən 10%-ə, ABŞ isə Çin mallarına rüsumları 145%-dən 30%-ə endirəcək. Bu halda ABŞ Çin mallarından əlavə 20% artıq rüsum almış olacaq.
ABŞ və Çin arasında 2024 -cü ildə 582,4 milyar dolar dəyərində ticarət dövriyyəsi olub. Bu məbləğin 143, 5 miyard dolları ABŞ-n Çinə ixracatı, 438,9 milyar doları isə Çinin ABŞ-a ixracatı təşkil edir. Bu ticarətdə Amerikanın 295,4 milyar dolar ticarət açığı və ya mənfi saldosu vardı.
Bundan sonra ABŞ-n tətbiq edəcəyi 30 % rüsum nəticəsində təxminən 130 milyard dollar ələvə gəlir əldə olunacaq. Çinin tətbiq etdiyi 10% tarifi isə bu ölkəyə 14 milyard dollar civarında əlavə gömrük ödənişi nəzərdə tutur.Çinin bu 14 milyardını ABŞ-n əldə edəcəyi 130 miyard dollardan çıxdıqda isə yerdə Amerikanın xeyrinə 116 miyard dollar qalır. Və nəzərə alınsa ki, bu 116 miyard vəsait xalis gəlirdir, ancaq Çinin 295,4 milyardlıq müsbət saldosunda əhəmiyyətli bir hissənin ixrac edilən məhsulların maya dəyəri və logistika xərcləri təşkil edir. Bu fərqi də işin içinə qatdıqda xalis mənfəət baxımdan Tramp ABŞ-n Çinlə ticarət açığını xeyli dərəcədə qapatmış görünür.
Fuad Gahramanlı
Share this content:
Yorum gönder