Şimdi yükleniyor

Fuad Gahramanlı: Tramp- Putin görüşü baş tutmadı, əvəzində ABŞ-dan sanksiya qərarı gəldi

Fuad gahramanlı

 

Tramp və Putin arasında görüş təxirə salındıqdan sonra ABŞ-ın hansı addımlar atacağı maraqla gözlənilirdi. Çünki Zelenskinin ABŞ-a səfəri ərəfəsində Putin Ukraynaya “Tomahawk” raketləri veriləcəyindən narahat olub Trampa zəng edərək yenidən danışıqların bərpasını təklif etmişdi. Tramp da belə bir görüşə razılıq verdiyini bildirsə də, iki gün sonra boş yerə vaxt itirmək istəmədiyini deyərək öz dediyindən imtina etdi.

Görünür ki, Putinlə yeni bu görüşün də Alyaska görüşü kimi mənasız olacağını və nəticədə Rusiyanın bu yolla növbəti dəfə vaxt qazanmağa çalışdığını Trampa izah edən komandası buna görə növbəti dəfə qınaqla üzləşməmək üçün onu bu fikrindən daşındıra bilib. Çünki növbəti belə nəticəsiz görüş Trampın əleyhinə işləyərək Putinin yenidən onu aldatdığı təəssüratını yarada bilərdi. Trampın imtina bəyanatından sonra belə bir sual yarandı ki, o, telefon danışığından öncəki sərt ritorikasını yenidən bərpa edəcəkmi, Ukrayna məsələsi ilə bağlı gözlənilən hansısa addımlar atacaqmı?

Dünən ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən iri iki neft şirkəti sayılan “Lukoyl” və “Rosneft” şirkətlərinə, onların törəmə qurumlarına və 50% paya sahib olduqları bütün digər şirkətlərə sanksiya qoyduğunu bəyan etdi. Bu sanksiyaların xarakteri tam məlum olmadığı üçün hələ bilinmir ki, sanksiya qərarı ilə ABŞ özü bu şirkətlərdən məhsul almamağı nəzərdə tutur, yoxsa üçüncü ölkələrin də onlardan mal almasını qadağan edir.

Ancaq bütün hallarda bu sanksiya qərarından daha əhəmiyyətli olan odur ki, Trampın Rusiyaya təzyiq göstərmək üçün Ukraynaya daha güclü silahlar verəcəyi ilə bağlı bəyanatlarının heç bir real nəticə vermədiyi aydın oldu. O halda Rusiyaya təzyiq üçün ən real mexanizm Ukraynaya vəd edilən Tomahawk raketləri və digər müasir silah sistemlərinin verilməsidir. Eyni zamanda Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə vurmaq icazəsinin verilməsi də həllini gözləyən əsas məsələlərdəndir.

Artıq bu reallıq çox aydın görünür ki, Rusiya ilə danışıqlar təşəbbüsünün heç bir real əhəmiyyəti və perspektivi yoxdur. Sülhə nail olmağın yeganə real yolu Ukraynaya lazım olan oyun-dəyişdirici silahları verməklə, Rusiyanı hərb meydanında məğlubiyyətə uğratmaqdan keçir
Fuad Gahramanlı 

Share this content:

Yorum gönder