KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Terrorun arxasında kim durur ?

Fuad Gahramanlı: Terrorun arxasında kim durur ?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
213 0

 

Növbəti terror aktları ola bilərmi ?

Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd İrandakı səfirliyimizə edilən terror aktının davamıdır. Bu, Azərbaycana qarşı çox ciddi milli təhlükəsizlik təhdidinin olduğunu, daha ağır nəticələr doğura biləcək terror təhlükəsinin artmaqda olduğunu göstərir. Azərbaycan Şərqdə proksi savaşlar aparan, geniş məxfi agentura şəbəkəsinə sahib olan, terror aktlarının törədilməsində kifayət qədər təcrübəyə və kadr potensialına sahib olan, xarici siyasətdə terrordan bir alət kimi istifadə edən İranın təhlükəsizlik təhdidləri ilə qarşı – qarşıyadır.

Baş vermiş hadisənin İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi ərəfəsində və Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə DTX rəisinin “Azərbaycana qonşu olan bəzi dövlətlərin xüsusi xidmət orqanlarının təxribatlarının qarşısı qətiyyətlə alınır” bəyanatından dərhal sonra törədilməsi, bu işin arxasında İranın durduğu qənaətini yaradır.

Çünki bir neçə gün öncə DTX – nın həbs etdiyi İana bağlı casuslar, məhz, Azərbaycanda tanınmış şəxslərə qarşı terror hazırlığı içində olduqlarını etiraf etmişdilər. İndi İran bu bəyanata qarşılıq göstərmək istəyir ki, bizim qarşımızı ala biləcəyinizə çox da arxayın olmayın.
İsraillə bağlı İranın hərbi siyasi rəhbərliyinin dəfələrlə Azərbaycanı hədələnməsini, Cənub sərhədlərimizdə keçirilən hərbi təlimləri, səfirliyimizə qarşı törədilmiş terrorun Azərbaycan İsrail əməkdaşlığına Tehranın reaksiyası olmasını nəzərə alsaq, Fazil Mustafaya edilən terrorun da eyni mərkəzdən planlandığını güman edə bilərik. Bu dəfə isə bu gün Azərbaycan Xarici işlər nazirinin iştirakı ilə İsraildə səfirliyimizin açılmasına İran öz terror “təbrik”i ilə İrana qarşı çıxış edən deputatı hədəf seçməklə reaksiya verib.

Baş vermiş hadisənin motivini və arxasında duran dövlətin terrorçu mahiyyətini nəzərə alaraq, Azərbaycanda İranın casus şəbəkəsinə qarşı müttəfiq ölkələrin xüsusi xidmət orqanlarının da yardımından istifadə edərək qabaqlayıcı tədbirlər görülməli, qətiyyətli addımlar atılmalıdır.
Təhlükə böyükdür. İranın Azərbaycanda hələ özünü qapamış nəzərə çarpmayan “mürgüləyən hücrələri” çoxdur. Belə “mürgüləyən hücrələr” tapşırıq gələndən sonra aktiv əməliyyata başlayırlar.

Fuad Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir