KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Strateji məqsəd nədir Putinin Ukraynada məğlub olması, yoxsa Rusiyanın parçalanması

Fuad Gahramanlı: Strateji məqsəd nədir Putinin Ukraynada məğlub olması, yoxsa Rusiyanın parçalanması

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
322 0

Bir qütblü dünya düzəninə yol Rusiyasız dünyadan keçir.
İngiltərə Baş naziri Boris Conson deyib ki, “Mən Ukraynanı gücləndirmək və Putinin uğursuzluğa düçar olmasını təmin etmək üçün öz, mövqeyinə həmişəkindən daha çox sadiqəm”.Onun bu bəyanatından öncə İngiltərə xarici işlər naziri xanım Trass ölkə parlamentində çıxış edərək beynəlxalq sülhün təmin olunmasını Putin rejiminin çökdürülməsinə bağlamışdı.
Dünən isə ABŞ Dövlət katibinin köməkçisi xanım Nuland da eyni məzmunlu bəyanat verərək Ukraynanın qalib gələcəyini və Putinin işğalçılıq siyasətinə görə ağır əvəz ödəyəcəyini dilə gətirib. Bu gün isə ABŞ Nümayəndələr Palatasının sədri xanım Pelosi müdafiə naziri Ostin və dövlət katibi Blinkendən sonra Kiyevə gələrək Zelenski ilə görüşüb və ölkəsinin sona qədər Ukraynanın yanında olacağını, lazım olan bütün ehtiyaclarını qarşılayacağını bildirub. Ukraynaya göstərilən nəhəng hərbi yardımlar fonunda bu səfərlər və bəyanatlr bəlkədə adi görünə bilər.
Ancaq, əslində vaxtaşırı səsləndirilən bu bəyanatlara heç də təsadüfi, sıradan məsələ kimi baxmaq olmaz. Burda başlıca məqsəd dünya ictimai rəyini işğalçı Putin rejiminə qarşı səfərbər etmək, anti – Rusiya koalisiyasını genişləndirməkdir. Hər dəfə qətiyyətlə ifadə olunan bu mövqelər Putin rejimini dünyadan daha çox təcrid edilməsinə, prosesdən kənar qalan xalqların, ölkələrin də qoşulacağı bir trend yaradıb Rusiyasız dünya düzəni üçün zəmin hazırlamağa xidmət edir. Burda Rusiyasız dedikdə, məhz Rusiyanın indiki ərazi ölçüsünün və avtoritar mahiyyətinin dəyişdirilməsi planı nəzərdə tutulur. Çünki strateji baxımdan Putin rejiminin çökməsi, hələ Rusiya təhlükəsinin aradan qalxması demək deyil. Çünki Ukrayna müharibəsində məğlub olan Rusiya indiki böyüklükdə qalacaqsa, bu rus imperializminin hər an yenidən revanş götürmək imkanının saxlanılması, gələcək üçün potensial təhlükənin qalması demək olacaq. Belə bir təcrübə artıq birinci dünya müharibəsində məğlub olmuş Almaniya və dağılmış SSRİ – dən sonrakı Rusiya nümunəsində var.
Bu isə öz sərhədləri daxilində belə imperiya hesab olunan Rusiyanın ayrı-ayrı milli vahidlərə parçalanmasını, ərazi baxımından kiçildilməsini Qərbin strateji hədəfinə çevirir. Bu gün 145 milyon əhalisi olan Rusiyada 65 milyon qeyri-rus yaşayırsa , demək ki, Rusiyanın daxildən parçalanma imkanları da kifayət qədər realdır. Bu fikri ilk dəfə İngiltərə baş naziri Boris Conson təqribən 1 ay öncə Kiyevə səfəri zamanı gündəmə gətirmişdi. O, açıq şəkildə bildirmişdi ki, “hədəfimiz Rusiya imperiyasını dağıtmaqdır”. Bu baxımdan Conson hökumətinin xarici işlər naziri xanım Trassın ingilis parlamentindəki çıxışı da onu göstərir ki, Rusiya imperiyasını dağıtmaqla bağlı Consonun səsləndirdiyi bəyanat heç də Ukraynaya hər hansı emosional dəstək anlamında səsləndirilməyib, əksinə, bu NATO – nun anqlosakson qanadının yeni dünya düzəni konsepsiyasının başlıca strateji hədəfidir.
Ona görə də Qərb indidən beynəlxalq səviyyədə anti- Rusiya koalisiyasını genişləndirməyə çalışır ki, Putin rejimi devrildikdən sonra da proses dayanmasına və rus xalqının iradəsindən asılı olmayaraq cərrahi yolla Rusiya coğrafiyası bölünərək bu şər imperiyasınln varlığına son qoyula bilsin. Bundan ötrü isə ən əsas şərt Rusiyanın bütün dünyadan tam təcrid olunaraq ağır sanksiyalar altında saxlanılması, ABŞ müdafiə naziri Ostinin ifadə etdiyi kimi, Qərbin tələblərinə qarşı müqavimət göstərə bilməyəcək həddə zəiflədilməsi, daxildə mərkəzdənqaçma meyillərinin dəstəklənməsidir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir