KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Şimali Koreyadan mərmi istəyən Rusiyanı nə gözləyir?

Fuad Gahramanlı: Şimali Koreyadan mərmi istəyən Rusiyanı nə gözləyir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
242 0

Şimali Koreyadan mərmi istəyən Rusiyanı nə gözləyir?

Putinin dağıtdığı imperiya mifi.

Müharibə uzandıqca Rusiyanın imperiya gücünün, əslində, bir mif olduğu daha çox üzə çıxmaqdadır. Dünyanın 2- ci ordusu adlanan Rusiya silahlı qüvvələri dünyanın 22 – ci ordusu hesab olunan USQ ilə döyüşlərin altıncı ayında tükənmiş vəziyyətə düşüb. Bir müddət öncə Rusiya PUA – lar alamaq üçün İrana üz tutmuşdu, indi də bəlli olur ki, adi mərmi və artileriya qurğuları çatışmazlığı yaşayan ruslar Şimali Koreyaya minnətçi düşüblər. Bu onu göstərir ki, 6 aylıq döyüşlərdə mərmi ehtiyyatı belə tükənən bir dövlət, real hərbi gücün deyil, tarixi işğalçılıq müharibələrindən və SSRİ – dən qalma mifin üzərində öz imperiya iddalarının gerçəkləşdirirmiş. Bu gün bəlli olur ki, Rusiya SSRİ – nin hərbi potensialını yeni dövrə transformasiya etdirə bilməyib və onun hərbi arsenalı daha çox 30 il əvvəl dağılmış imperiyanın köhnəlmiş hərbi inventarlarından ibarət imiş.
Ona görə də sayları üç minə qədər olan nisbətən T-90 və T-80 tanklarını əhəmiyyətli bir hissəsini döyüşlərdə itirdikdən sonra, indi Ukrayna cəbhəsində 60-70 – ci illərdən qalma köhnə sovet tanklarından istifadə olunur. Rusiyanın hərbi resurslarının tükənməsi o həddə çatıb ki, hətta Suriyada yerləşdirdiyi iki S-300 batereyasını belə geri qaytararaq Krımda yerləşdirməyə məcbur olub.
Rusiyanın əlində olan 3500 – qədər “Kalibr” , “Kinjal” və “İsgəndər” kimi raketlərin də 80 faizi artıq istifadə olunduğundan, son vaxtlar onlar da qənaətlə atılır. İndiki sanksiyalar şəraitində yaranmış silah çatışmazlığını aradan qaldırmaq üçün rusların nə maliyyə, nə də ki, lazımı komponentləri yoxdur. Əgər Rusiya Şimali Koreyadan adi top mərmiləri istəyəcək bir duruma düşübsə, demək ki, vəziyyət doğurdan da çox ciddidir.
Rusiyanın bu vəziyyətə düşməsində Ukrayna ordusunun HİMARS və M270 raket sistemləri ilə böyük silah anbarlarını davamlı şəkildə məhvv etməsi də mühüm rol oynayıb. Bu zərbələr nəticəsində Rusiyanın aylarla döyüşlərdə istifadə edə biləcəyi hərbi sursatlar bir neçə həftə ərzində məhv edilib. Davamlı olaraq Qərbin yüksək izləmə qabiliyyətinə sahib kosmik kəşfiyyat imkanları hesabına cəbhə xəttinə yaxın ərazilərdəki silah – sursat anbarları və canlı qüvvələrin dislokasiya mərkəzləri aşkar edilərək , HİMARS-ların zərbələ hədəfinə çevrilir.
Sabah isə Almaniyadakı Ramştayn hərbi bazasında ABŞ başda olmaqla 40 yaxın müttəfiqin iştirakı ilə Ukraynaya göstəriləcək yeni hərbi yardımlar müzakirə ediləcək. Gözlənilir ki, bu yardımlara yeni müasir silah sistemləri də əlavə olunacaq. Bu isə deməkdir ki, İran və Şimali Koreyanın köməyinə möhtac qalan Rusiya daha böyük itkilərə və qurbanlar hazır olmalıdır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir