Bu şəkil Saakaşvilinin həbsxanada düşdüyü vəziyyəti göstərir. Dünən bu şəkli görəndə ani olaraq bir neçə dəfə yaşadığım həbsxana həyatını xatırladım…
Ancaq taleyin sınağı təkcə həbsxana ilə deyilmiş, həyat bəzən elə ağır yüklə tank kimi insanın üstündən keçir ki, zamanı geri döndürüb geriyə qayıtmaq , bir zaman həsrətində olduğun azadlığı dar həbsxana hücrəsinə belə dəyişmək istəyirsən. Taleyin çiyinlərinə qoyduğu yükün altından qəddini düzəldib yoluna davam etmək, bəzən küçədə rastlaşdığın bir uşağın təbəssümündə oyanan xatirələrin ruhunu cırmaqlayıb qanatmasını ətrafdakılardan gizlətmək , dükanda gördüyün atasının əlindən tutub vitrin qarşısında nazlana – nazlana seçim edən qızcığazın şirin ədasında şimşək kimi çaxıb, xəncər kimi qəlbinə saplanan yetim qalmış duyğuları hər gün yaşamaq çox, lap çox çətindir və bütün bunlardan sonra Saakaşvilinin qısa müddətli həbsdə göstərdiyi isterik davranışlarını anlamaq istəmirsən belə…
Aydındır ki, hər bir isanın bacarıq və qabiliyyətindən aslı olmayaraq, özünə məxsus xarakteri var. Dünən yayılan video kadrlardan da görünürdü ki, Saakaşvili bir siyasi lider kimi nə qədər üstün keyfiyyətlərə sahib olsa da, xarakteri həbsxana şərtlərinə davam gətirəcək xüsusiyyətdə deyil, əsəbləri pozulub, təcrid olunmuş vəziyyətdə yaşamaq onu taqətdən salıb… Əslində problem budur ki, siyasi sistem ölkəyə, cəmiyyətə fayda verə biləcək qabiliyyətli, bacarıqlı insanları nəyə görə qəhram kimi sınağa çəkməlidir? Hamı qəhrəman olmaq zorunda deyil axı və bu gün Avropada öz ölkəsinə lçox böyük xeyir vermiş liderlər, siyasətçilər bizdəki şərtlərdə yəqin ki, heç siyasətə belə qoşulmazdılar. Bizim kimi bədbəxt toplumlarda şəraitə görə siyasətçilər həm də qəhraman olmaq zorundadırlar… Reallıq budur ki, toplumlar o zaman inkişaf mərhələsinə daxil olurlar ki, siyasətçilər də digər peşə sahibləri kimi qəhrəman olmaq sınağına çəkilmirər.
Ona görə də demokratiyanın otruşmadığı ölkədə siyasətçi olmaq təkcə efirlərdə danışmaq, ideyalar uğrunda mübarizə aparmaq, prinsiplərini qorumaq üçün çalışmaq deyil, həm də riskli, təhlükəli bir həyat yaşamaq, kriminallar kimi ömrünün bir hissəsini həbsxanalarda cinayətkarlar arasında keçirmək, etmədiyin cinayətə görə istintaqda, məhkəmələrdə özünü müdafiə etmək zorunda qalmaq, dörd divar arasında otrub ayların, illərin keçməsini saatları sayaraq gözləmək və bütün bunlara dözməyi bacarmaq deməkdir.
Bu gün nədənsə bir vaxtlar Saakaşvilini tez – tez misal gətirib bizdə niyə Saakaşvili yoxdur deyənlər, indi xalqın kütləvi dəstəyi olmadığı üçün həbsxanada ruhən tükənmiş vəziyyətə düşən , isterik davranan, həyatdan küskün görünən Saakaşvilini görməzdən gəlirlər.
Niyə?
Bəlkə də ona görə ki, Saakaşvilidən fərqli olaraq həbsdə dözüm və iradə göstərərək sarsılmadan çıxan, çıxdıqdan sonra da öz yoluna davam edən çox sayda müxalif siyasətçilərin daha üstün və iradəli olduqlarınl etiraf etməmək istəmirlər.
Fuad Gahramanlı
Fuad Gahramanlı: Saakaşvili və biz Siyasətçilər qəhraman olmalıdırmı?
313 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.