KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Rusya Zengezurda konsolosluk açıyor

Fuad Gahramanlı: Rusya Zengezurda konsolosluk açıyor

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
188 0
Rusiya Zəngəzurda konsulluq açır.
Moskvanın niyyəti nədir?
Rusiya XİN – n MDB üzrə nümayəndəsi Andrey Paltov bildirin ki, Moskva Zəngəzurda (Sünik vilayəti) konsulluq açır. O, bildirib ki, “məqsəd təkcə Ermənistan və Rusiya dostluğunu saxlamaq deyil, həm də Ermənistanın bu strateji bölgəsinin təhlükəsizliyinə təminat verməkdir”.
Nəzərdə tutulur ki, iyun ayında regiona səfər edilsin və konsulluq açılsın.
Göründüyü kimi Rusiya tərəfi konsulluğun açılmasını təhlükəsizlik məqsədi ilə edildiyini heç gizlətmir də. Aydındır ki, təhlükə dedikdə ilk növbədə Azərbaycan nəzərdə tutulur. Məlumdur ki, 10 noyabr bəyanatına əsasən aparılan danışıqlarda Rusiya həmişə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasına çalışdığını bildirib. Ancaq Moskva indi Zəngəzurda konsulluq açmaqla İrəvanın “Zəngəzur koridoru Ermənistan üçün ekspansiya təhdidi yaradır” iddiasına dəstək vemiş olur. Bu addımın məhz indiki vaxtda atılması Qərbin təşəbbüsü ilə aparılan sülh danışıqlarında razılaşmaların əldə olunmasına mane olmaq məqsədi güdür.
Buradan da görünür ki, əslində Rusiya dediyinin əksinə olaraq Zəngəzur nəqliyyat xəttinin açılmasını istəmir. Ona görə də Paşinyan Moskvada keçirilən məlum toplantıda üzünü Putinə tutaraq təəccüblə Rusiyanın Zəngəzur layihəsinə dəstək verib vermədiyini Putindən soruşdu.
Məhz, Moskva görüşündən sonra Rusiyanın Zəngəzurda yuxarıda bəhs etdiyimiz məqsədlə konsulluq açacağını bildirməsi onu göstərir ki, Moskva sülh prosesini pozmaqla, münaqişənin həllini əngəlləməklə regionda öz mövcudluğunu qoruyub saxlamağa çalışır.
Xatırladım ki, ötən il İran da eyni məqsədlə Zəngəzur vilayətinin Qafan rayonunda konsulluq açıb.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir