KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Rusya Karabağ’a bu generali niye gönderdi

Fuad Gahramanlı: Rusya Karabağ’a bu generali niye gönderdi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
345 0
Fuad gahramanlı

Moskva müharibə generalını niyə Qarabağa göndərdi?

Rusiya nəyə hazırlaşır?

Rusiyanın Qarabağdakı “sülhməramlı” kontingentinə Çeçenistan, Əfqanıstan, Suriya və Ukraynada döyüş təcrübəsi olan general-polkovnik Aleksandr Lentsovun komandan təyin olunması bəzi suallara yol açır.
Rusiya bu təyinatla nəyin mesajını verir və ya nəyə hazırlaşır?
Moskva nəzərə alır ki, Ukrayna ordusunun may ayında gözlənilən əks hücumu qarşısında çox ağır itkilərə və geri çəkilmələrlə məruz qala bilər. Bu isə Qarabağda Rusiyanın hərbi mövcudluğunun yaratdığı bəzi məhdudiyyətlərim aşılmasına, Azərbaycan ordusunun daha çox hərəkət sərbəstliyi qazanmasına səbəb ola bilər. Ona görə də, Moskva indidən ən təcrübəli generallarından birini Ukraynaya deyil, Qarabağa göndərməklə mesaj verir ki, hazırkı mövqelərdə hər hansı yerdəyişmələr olarsa, ruslar hərbi yolla buna mane olacaqlar.

Digər bir səbəb isə Moskvanın yeni bir genişmiqyaslı təxribat hazırlığı içində olması ilə bağlı ola bilər. Qarşıdakı günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü gözlənilir. Bundan əvvəl isə ABŞ diplomatları regiona intensiv səfərlər edərək konfidensial danışıqlar yolu ilə sülh sazişi ilə bağlı Azərbaycan və Ermənistan arasında vasitəçilik ediblər. Bu konfidensial danışıqların nəticəsi olaraq Paşinyanın Ermənistan parlamentindəki məlum çıxışı oldu və belə göründü ki, o, bu çıxışla erməni cəmiyyətini hansısa sülh razılaşmasına hazırlamaq istəyir. Bunun ardınca da Laçın yoluna hər iki ölkənin sərhəd buraxılış məntəqələrinin qoyulması Moskvanın narahatlığının daha da artmasına
səbəb olu.

Ona görə də ehtimal olunur ki, Rusiyanın onu iştirakı olmadan əldə olunacaq sülh razılaşmasına mane olmaq üçün, Qarabağdakı hərbi mövcudluğundan istifadə edib regionda yeni toqquşmalar planlaşdırır. General Lentsov isə bu məsələdə əsil peşəkar kimi Moskvanın planlarını daha yaxşı həyata keçirilməsini təmin edə bilər.
Bu işdə Qarabağın separatçı hakimiyyəti Moskvanın əlində əsas alətdir. Son günlər Araikin müharibə ritorikası ilə kəskin çıxışlar etməsi də görünür bununla bağlıdır.
Fuad Gahramanlı 

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir