KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Rusları Qarabağda saxlamaq üçün hansı bəhanə daha uyğundur ?

Fuad Gahramanlı: Rusları Qarabağda saxlamaq üçün hansı bəhanə daha uyğundur ?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
143 0

Ruslar Qarabağda mina təmizləsin, yoxsa, badımcan əksin?

Onları Qarabağda saxlamaq üçün hansı bəhanə daha uyğundur ?

Rusiya “sülhməramlılarını” Qarabağda saxlamaq üçün bəhanə axtarışları bitib tükənmir. Əvvəl dedilər ki, bəs onlar ermənilərdən alınmış silah- sursatı hansısa anbarlara yığaraq onları mühafizə edəcəklər. Ancaq sonra gördülər ki, “silah niyə Azərbaycan ordusunun və ya rus “sülhməramlılarının” sərəncamına verilmək əvəzinə hansısa kənar anbarda antikvar əşya kimi qorunur ?” sulalı qarşısında bu bəhanə gülünc səslənir.

Daha sonra Azərbaycan öz ərazisində rus ordusunu saxlamaq üçün başqa bir bəhanə səsləndirdi ki, “bəs ruslar dağlarda gizlənmiş erməni partizanlarından qorunmaq üçün lazım imiş”. Ancaq heç də olsa anladılar ki, “Qarabağda 10 min nəfərlik erməni ordusunu məğlub etmiş Azərbaycan ordusu indi nəyə görə öz ərazisində 5-10 nəfərlik çapovulçu quldur dəstəsini tapıb zərərsizləşdirməkdə aciz qalsın, buna görə niyə rus ordusuna möhtac olsun və onu öz ərazisində saxlasın ki?” sualı qarşısında da bu bəhanə inandırıcı görünmür. Bir də ötən müddətdə bəlli oldu ki, Qarabağda heç bir quldur, partizan qalmayıb daha. Əgər kimsə gedib hansısa ağacın dibində gizlənmiş olsaydı belə ya onu qurd quş etmişdi, ya da özu acından ölməmək üçün gəlib təslim olmuşdu.

Arada da dedilər ki, sülhməramlılar ərazidə yol, qaz borusu çəkməklə məşğul olacaqlar.
İndi də Minatəmizləmə Agentliyi adından bildirilir ki, rus sülhməramlıları “Xocalıda minatəmizləmə əməliyyatına başlayacaqlar”. Heç olmasa bunu etməzdilər gərək, axı Xocalı soyqırımını törədən ordunu bu bəhanə ilə Qarabağda saxlamağın mənəvi baxımdan Şəhidlərimizin ruhuna həqarət olduğunu nəzərə almaq lazımdır.
Rusiya ordusu niyə, hansı səbəbdən bu işi görməlidir ki, məgər Azərbaycanda bu sahədə işləmək üçün adam yoxdur ?

Bundansa heç olmasa rus əsgərlərini Qarabağda kənd təsərrüfatı işləri görülməsinə cəlb edib onların “sülhməramlı” statusunu “kənd təsərrüfatıməramlı” statusu ilə əvəzləməklə daha səmərəli nəticələr əldə etmək yaxşı olmazdımı? Məsələn , pomidor, badımcan, kartof əkini, mal qara saxlanılması, meyvə bağlarının salınması kimi işləri bekar qalıb veyilllənən rus “sülhməramlılarına” gördürub , sonra da “forslanıb”, “baxın rus ordusunu çumo edib işlədirik” demək bu bəhanələrin içində nisbətən daha uyğunu deyilmi? Biz də ruslar Qarabağdan niyə çıxarılmır tələbini səsləndirəndə hakimiyyət təbliğatçıları da cavabında ironiya ilə “siz siyasətdən anlamırsınız , ilk dəfədir ki, rus ordusunu çumo edib dana otartdırırıq, badımcan əkdiririk və bu yolla onlardan tarixi qısasmızı alirıq” deməklə milli eqomuzu bəsləyən cavab verədilər.

Belə görünür ki, əgər Azərbaycan hakimiyyəti də Rusiya Baş qərərgahına qoşulub “sülhməramlıları” burada saxlamaq üçün indi də yeni minatəmizləmə bəhanəsini ortaya atıbsa, demək ki, 2025-ci ildə bu işğalçı ordunun yola salmaq niyyətində deyil.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir