Ərazisi işğal olunmuş və öz ərazi bütövlüyünü bərpa edə bilməyən Rusiya bu gün artıq beynəlxalq siyasət üçün yeni bir fenomendir. Bu, o deməkdir ki, Ukrayna müharibəsi bitdikdən sonra Kiyev Rusiyanın qlobal güc olmaq yolunu kəsmiş olacaq və Moskvanın beynəlxalq geosiyasi rəqabətdəki iddaları yalnız özünü qorumaqla bağlı olacaq.
Hətta Rusiya müharibədə məğlub edilsə belə güman ki, Qərb Ukraynanın ərazi bütövlüyünün bərpası ilə kifayətlənməyəcək və Putinin yaxasını həmən buraxmayacaq. Çünki bu zaman gələcəkdə Rusiyanin yenidən dirçəlməsi, yeni bir Putinin gəlişi ilə beynəlxalq təhlükəsizlik üçün yenidən bir təhlükənin yaranması mümkündür. Təcrübə göstərir ki, imperiya ənənəsi və iddalarını yaşadan zehniyyətin hakim olduğu Rusiya kimi böyük əraziyə və resurslara sahib dövlət özlüyündə təhlükəlidir və bu halda nə zamansa Moskvanın yeni savaşlara səbə olmayacağına heç bir təminat yoxdur. Ona görə də Ukrayna savaşının strateji sonu yalnız Rusiyanın ipmperalist dövlət kimi demontaj edilməsi və ərazisinin bölüşdürülməsi ilə başa catacaq. Bu isə daha uzun müddətli proses olub müharibədən sonrakı fazaya aid məsələdir.
Bu gün Qərbdə Rusiyada yaşayan xalqların təmsilçilərinin gələcəkdə oz müqəddəratlarını müstəqil səkildə müəyyənləşdirməklə bağlı keçirdikləri toplantılar, əslində latent formada bir hazırlıq işlərinin getdiyini göstərir. Bu baxımdan bir neçə ay öncə ABŞ Konqresinin Helsinki Komissiyası adından yayılan bəyanatda Rusiya xalqlarının öz müqəddəratlarını təyin etmə məsələsinin gündəmə gətirilməsi Rusiyanın indikindən fərqli gələcəyi ilə bağlı yeni bir strategiyanın gündəmdə olduğundan xəbər verir.
Rusiya hazırda Ukrayna müharibəsində milli gücün yıpradılması, dövlət resurslarının tükədiilməsi fazazsına daxil olub və bunun sonunda onu didişdirib bölüşdürməyə çalışacaq qlobl güclərə və daxilindəiki fərqli etnoslara müqavimət göstərib göstərə bilməyəcəyi bəlli deyil
Ukrayna savaşı bitdikdən sonra məğlub olmuş Rusiyanın siyasi, iqtisadi və hərbi elitası Putin hakimiyyəti ilə davam etməyin mümkünsüzlüyünü reallığı ilə qarşı qarşıya qalmış olacaq . O zaman Putindən sonrakı dövrə keçid necə olacaq, vətəndaş müharibəsi, yoxsa saray çevrilişi? Hətta Rusiyanın demokratikləşməsini istəyən qüvvələr siyasətdə söz sahibi ola bilsələr belə, onlar da bu iki variantdan birini seçməli olacaqlar, çünki nə qədər acı gerçəklik olsa da görünən odur ki, Putin ruslar üçün dinc keçid imkanı saxlamayıb.
Və Putin müharibədən sonra ona qarşı olkə daxilindəki müqaviməti əzib hakimiyyətdə qala bilsə belə, məğlub imici ilə onun əvvəlki kimi sosial dəstəyi olmayacaq. Çünki ölkənin dizlərini ağır bohrana salmış müharibə üçün gətirdiyi bütün səbəblər və ideoloji əsaslar boş və puç olmuş olacaq. Belə olduqda isə o məğlubiyyətin gunahını oz yaxın ətrafındakıların üzərinə atıb daha çox gücə işlətməyə, kütləvi həbslərə və zorakılıqlara ehtiyac duycaq. O, hakimiyyətdə qala bilmək üçün hazırkı rus elitası da daxil olmaqla bütövlükdə cəmiyyəti əzib susdurmağa, daha çox zor işlətməyə məcbur olacaq .
Nəticədə onun hakimiyyətdən getməsi bir müddət ləngisə də, inkişaf imkanları tükənmiş və beynəlxalq təcridlə üzləşən Rusiyanın dövlət kimi tənəzzülü dərinləşəcək , texnoloji və iqtisadi baxımdan geri gedəcək. Putinin fizki ömrü başa çatdıqdan sonra isə Şimali Koreyaya bənzəyən Rusiyanın yuxarıda bəhs etdiyimiz bölünmə ssenarisinə müqavimət göstərmək imkanları daha da zəifləmiş olacaq .