KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Rusiyanın Zəngəzurdan imtinası nə vəd edir?

Fuad Gahramanlı: Rusiyanın Zəngəzurdan imtinası nə vəd edir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
34 0

Bu Bakının Qərb qarşısında mövqeyini zəiflədirmi?

Rusiyanın Ukrayna müharibəsində düşdüyü çətin durum getdikcə onu öz maraqlarından güzəştə getmək hesabına müttəfiqləri ilə münasibətlərini qoruyub saxlamağa vadar edir. Uzun zamandır ki, Zəngəzur dəhlizi layihəsi ilə ilə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların təhlükəsizliyini öz nəzarətinə götürməyə çalışan Rusiya indi bu iddasından geri çəkilmək məcburiyyətində qalıb.

İranın “Mehrr” agentliyi məlumat yayıb ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana son səfəri zamanı regional kommunikasiyalar mövzusunda İranlı həmkarı Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqlar aparıb. Agentlik bildir ki, bu danışıqların nəticəsi olaraq Şoyqu ölkəsinin Tehranın Azərbaycanla bağlı dəhlizlər və kommunikasiya marşrutları ilə bağlı apardığı siyasəti müdafiə etdiyini bildirib. Xatırladaq ki, İran Zəngəzur dəhlizinin açılmasını öz milli təhlükəsizliyi üçün qırmızı xətt sayaraq kəskin şəkildə bu layihəyə qarşı çıxır.

Moskvanın Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyi ilə razılaşaraq öz maraqlarından geri çəkilməsi, Azərbaycan üçün də yeni situasiya yaradır. Əvvəla aydın görünür ki, Rusiya artıq elə bir vəziyyətə düşüb ki, o İranın Ukrayna savaşında ona verdiyi dəstəyi itirməmək üçün Zəngəzur məsələsində əvvəlki mövqeyindən geri çəkilməyə məcbur qalır. Bu vəziyyət Cənubi Qafqazda geosiyasi tarazlığın Rusiya əleyhinə dəyişməsi deməkdir.

Digər tərəfdən isə Azərbaycan vaxtaşırı olaraq Rusiyanın da dəstəyi ilə Zəngəzur məsələsindən Paşinyan hakimiyyətinə qarşı bir təzyiq vasitəsi kimi istifadə edirdi. Düzdür bu məsələ Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarından çıxarılmışdısa da, ancaq İrəvan Bakının bu tələblə ona qarşı güc tətbiq edə biləcəyindən narahat olduğunu heç vaxt gizlətməyib. İndi Rusiyanın İranın tələblərinə görə Zəngəzur dəhlizinin onun nəzarəti altında açılması mövqeyindən geri çəkilməsi, bu məsələnin aktuallığını əhəmiyyətli dərəcədə zəiflədir.

Bu yeni vəziyyət Paşinyan hakimiyyəti üzərində Rusiyanın təhdid imkanlarını zəiflədərək, hazırkı Qərbyönümlü kursu daha təhlükəsiz şəraitdə davam etdirməsi üçün ona əlverişli imkan yaradır. Azərbaycana gəldikdə isə, Bakı bu yeni situasiyadan yəqin ki, çox narazıdır. Çünki Rusiyanın mövqeyinin dəyişməsi üzündən Bakının təkcə oz gücü hesabına mövcud geosiyasi şərtlər daxilində Zəngəzur dəhlizi vasitəsilə ilə Ermənistan üzərində hərbi təhdid yaratmaq imkanları real görünmür. Bu isə o deməkdir ki, Qərblə dialoqda Azərbaycan hakimiyyətinin demokratiya tələbini ertələmək üçün Ermənistanın təhlükəsizliyi ilə alver etmək imkanları da zəifləmiş olur.

Həmçinin İranın indiki mövqeyi bir yerə qədər Qərbin Cənubi Qafqazdakı təhlükəsizlik maraqları ilə üst-üstə düşdüyündən, bu Rusiyanın regiondakı təsir imkanlarını və mövcudluğunu da zəiflədir. Rusiyanın regionda mövqeyinin zəifləməsi isə Azərbaycan hakimiyyətinin öz gələcək perspektivləri ilə bağlı narahatlıqlarını artırır . Çünki bu günə qədər Azərbaycan hakimiyyətinin Qərbin tələblərinə və maraqlarına qarşı ortaya qoyduğu müqavimət daha çox Rusiyanın geosiyasi himayəsindən qaynaqlanırdı.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir