Ukrayna cəbhəsinədəki gərginlik nə vəd edir?
Ukraynaya gələn silahlar artıq öz təsirini göstərməkdədir . 2 gün öncə Krımdakı Belbek aviabazasına Ukrayna tərəfindən ATACAMS raketləri ilə endirilən zərbə nəticəsində 4 doyüs təyyarəsi, S-400 ZRK və yanacaq deposu məhv edilib. Eyni zamanda Ukrayna son günlər Rusiya ərazisində bir neçə neftayırma zavodununa və silah anbarlarına da ardıcıl olaraq zərbələr endirməkdədur. Bu gün gecə isə Sevastopol elektrik stansiyasına, Novorossiysk limanına, Tuapse neftemalı zavodununa hücumlar həyata keçirilib .
Rusiyanın Xarkov istiqamətində həmlələrinin davam etdiyi bir vaxtda bu zərbələr rus ordusunun təminat və təhcizatına əhəmiyyətli dərəcədə təsir göstərərək hücum əməliyyatlarını davam etdirməyi getdikcə çətinləşdirir, müharibə xərclərini daha da ağırlaşdırır. Görünən odur ki, Rusiyanı irəlidə daha çətin vəziyyət gözləyir. İngiltərə xarici işlər naziri Devid Kemeronun Kiyev səfəri zamanı bizim verdiyimiz silahlarla Rusiya ərazisinə zərbələr endirə bilərsiniz deməsinin ardınca Blinkenin də Kiyevdə “Amerika silahlarından necə istifadə etməyə Ukrayna özü qərar verməlidir” deməsi artıq yeni bir situasiya yaradır. Bu o deməkdir ki, budan sonra müharibə intensiv şəkildə Rusiyanın içərilərinə doğru daşınacaq. Əslində Xarkova edilən hücum da Qərb silahları tam gəlib çatmamış tampon bölgə yaradıb USQ -nin Belqorod da daxil olmaqla Rusiyanın içərilərinə doğru zərbələr endirmək imkanlarını məhdudlaşdırmaq məqsədi güdür.
Xarkova hücum hər nə qədər Ukrayna üçün çətinliklər yaratsa da, aydındır ki, hücum edən tərəf daha böyük itkilər verir . Bu baxımdan rusların əgər Xarkovu ələ keçirmək planları alınmayacaqsa, o zaman indiki hücum işğalçı ordunu daha da taqətdən salaraq Qərb silahları gəlib çatdıqdan sonra onların döyüş qabiliyyətini daha da zəiflətmiş olacaq. Ruslar müdafiədə durduqları vaxt Ukraynana ordusu indiki kimi onlara zərbə vuran bilmirdi, indi isə belə bir imkan yaranıb və bu həm də Qərbin daha çox silah göndərməsinə təsir göstərir.
Bu gün Ukrayna ordusunun ən böyük çatışmazlığı insan resursu ilə bağlıdır. Hazırda Ukraynada 27 yaşdan yuxarı kişilərin səfətbərliyi həyata keçirilir. Bu səfərbərlik bir neçə ay gecikmiş olduğu üçün Ukraynana bu gün əsgər çatışmazlığı problemi ilə qarşılaşır. Ancaq indiki səfərbərlik başa çatdıqdan bir neçə ay sonra USQ 100 – minə qədər yeni ehtiyyat qüvvə əldə etmiş olacaq.
Bundan əlavə artıq Fransa Afrika ölkələrindən cəlb etdiyi legionerlərin də Ukrayna ərazisinə tədricən göndərilməsinə başlayıb. Baltik ölkələri də Ukraynaya hərbçilər göndərməya hazır olduqlarını bildiriblər.
Bu günlərdə Pentaqon rəhbərliyindən Çarlz Braun bildirdi ki, Amerika əsgərlərinin də Ukrayna göndərilməsi artıq zərurətə çevrilib. Onun bu sözləri onu göstərir ki, Makron NATO əsgərlərinin Ukraynaya göndərilməsi barədə bəyanat verərkən heç də öz fəaliyyət etmirdi və onun bu bəyanatı Qərb ictimai rəyini bu istiqamətdə hazırlanmasına xidmət edirdi. İndi Makronun dili ilə dövriyyəyə buraxılmış bu fikir artıq reallaşma mərhələsinə keçmək üzrədir. İlk mərhələdə logistika və qeyri döyüş şəraitində xidmət edən Ukrayna əsgərlərinin Qərbdən göndərilən hərbçilərlə əvəzlənməsi hesabına Ukrayna ordusunun şəxsi heyətini əhəmiyyətli dərəcədə çoxaltmaq planlaşdırılır.
Göründüyü kimi Qərb Ukraynanın məğlub olmaması üçün gərəkən bütün addımları atmağa artıq hazırdır və Rusiyanın öz əsgər sayındakı üstünlükdən yararlanıb cəbhə xəttini genişləndirilməklə USQ -nin gücünü zəiflədib ona qalib gəlməsinə imkanı verməyəcək. Eyni zamanda qarşıdakı aylarda 7 Patriot batareyasının Ukraynaya gəlişi Rusiya aviasiyasının üstünlüyünə son qoyacaq , F-16 lar isə bu sahədə strateji üstünlüyü Kiyevin xeyrinə dəyişəcək.
Fuad Gahramanlı