KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Rusiyanın geosiyasi revanş cəhdi nə vəd edir ?

Fuad Gahramanlı: Rusiyanın geosiyasi revanş cəhdi nə vəd edir ?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
142 0

Putin Çinə, Lukaşenko Bakıya, Kobaxidze də Ankaraya gəldi .

Qərb və Rusiya arasında geosiyasi qarşıdurma getdikcə dərinləşir və Qlobal miqyasda yeni bölünmə xəttləri yaradır. Rusiya Ukraynana savaşında kollektiv Qərbin qarşısında məğlub olacağını anladığı üçün özünə yeni müttəfiqlər axtarır, yeni gərginlik məntəqələri yaratmaqla öz rəqibinin resurslarını parçalamağa çalışır.
Hazırda Moskva həm hərbi, həm də geosiyasi istiqamətlərdə böyük ümid bəslədiyi əsas strateji təşəbbüslərini göstərir . Moskva ABŞ-n Ukraynaya göndərməkdə olduğu silahlar cəbhə xəttinə çatmazadan öncə Xarkov istiqamətində yeni hücum planı ilə müdafiə xəttini yarıb hərbi üstünlüyü ələ almağa çalışır. Ruslar böyük itkilər hesabına 10-a qədər kənd isğal edə bilsələr də, bu gün onların Xarkovu ələ keçirmələri real deyil. Hazırda Rusiyanın Xarkov istiqamətində 30-min qoşun qruplaşması olduğu bildirilir. Halbuki müdafiə xəttini yararıb Xarkov şəhərini ələ keçirmək üçün ruslara 200-250 minlik bir ordu ilə hücuma keçmək lazımdır, bu üzdən indiki say tərkibi ilə edilən hücumla Şimal cəbhəsində strateji üstünlük qazanmaq mümkün deyil.

Əslində rusların bir neçə kəndi işğal edə bilməsi Ukrayna ordusunun əsas döyüş birliklərinin Şərq cəbhəsində cəmlənməsi ilə bağlı idi. Hazırda Ukrayna Xarkov istiqamətində yeni birliklər göndərməklə vəziyyəti sabitləşdirməyə çalışır. Moskva ümid edir ki, Xarkovu işğal edə bilməsə də bu yolla insan resurslarında qıtlıq hiss edən Ukrayna ordusunu bütün cəbhə xətti boyu yayaraq onun imkanlarını məhdudlaşdırmağa nail ola biləcək. Ancaq bu hücum hücum cəhdləri onların daha çox itki verməsinə və beləliklə də Ukrayna ordusunun Qərbdən göndərilən silahları aldığı zaman rusların daha tükənmiş və zəifləmiş halda olacağını deməyə əsas verir. Dünən Kiyevə səfər etmiş ABŞ dövlət katibi Blinkenin arxayınlıqla yeni silahlar cəbhədə vəziyyəti dəyişəcək bəyanatından sonra gedib bir barda gitar çalması, mahnı oxuması Rusiya üçün qara xəbərin yolda olması anlamına gəlir. Yayın ilk aylarında Ukrayna üçün lazım olan 7 əddəd Patriot HHM sistemi gəldikdən və F-16 lar döyüş əməliyyatlarına qatıldıqdan sonra, cəbhədə Rusiyanın hava üstünlüyünün bitməsi və əsgər sayındakı çoxluğun da öz effektivliyini itirməsi gözlənilir.

Xarkova hücum davam etdiyi bir vaxtda Putinin Çinə səfər etməsi Rusiyanın qarşıdakı mərhəlda cəbhədə müvazinətinini saxlamaq üçün böyük dəstək arayışnda olduğunu göstərir. İndi Qərbin sanksiyaları qarşısında Rusiyanın ayaqda qala bilməsi xeyli dərəcədə Çinlə əlaqələrin səviyyəsinə bağlıdır. Ötən il iki ölkənin ticarət dövriyyəsi artaraq 240 milyard dollara çatıb. Bu gün Rusiya Qərbdən ala bilmədiyi yüksək texnoloji məhsulları Çin hesabına təmin etməyə çalışır. Xüsusilə ilə də hərbi istehsal üçün lazım olan ciplərdən tutmuş sənayedə istifadə olunan əksər detal və avadanlıqları Pekinin vasitəsilə ilə əldə edən Moskva, indi iqtisadi əlaqələri daha da genişləndirmək və hərbi texnoloji sahədə işbirliyi qurmaq, gələn ay Ukraynada sülh məsələsi ilə bağlı İsveçdə keçiriləcək beynəlxalq forma alternativ platforma qurmaq, kollektiv Qərbə qarşı birgə müqavimət üçün Çinin beynəlxalq təsir imkanlarından istifadə etmək marağındadır.

Ancaq Qərbdən təcrid olunmuş Moskvanı özünə əlverişli və rəqabətsiz bazar görən Pekin Tayvanla bağlı öz məqsədlərinə çatmaq üçün Rusiyanın Ukraynada müqavimət göstərə bilməsində nə qədər istəkli görünsə də, Kremlə hərbi yardımlar göndərilməsində çəkingən davranır və bu istiqamətdə real addımlar atmaq fikrində deyil. Çünki Çinə dəfələrlə xəbərdarlıq edilib ki, belə bir addım atarsa bunun çox ağır nəticələri ola bilər. Bu gün hər ay 300 milyard dollarlıq məhsul ixrac edən Çin ixracatının 50%-dən artığı Qərb ölkələrinin payına düşür və onsuz da qeyri bərabər rəqabət ittihamları qarşısında getdikcə daha çox gömrük məhdudiyyətləri ilə üzləşən Pekin Rusiyaya görə özünə qarşı narazılıqları daha da artırmaq marağında deyil. Çinin çalışdığı özününü geosiyasi qarşı durmanın açıq tərəfinə çevirmədən iqtisadi baxımdan faydalanmaq və ABŞ-la qarşılaşmanın vaxtını mümkün qədər uzatmaqdır. Ona görə də Putin indiki Pekin səfərindən əhəmiyyətli bir nəticə ilə dönəcəyini gözləmək olmaz.

Putinlə eyni vaxtda Lukaşenkonun da Bakıya səfərə gəlməsi əslində eyni səfər proqramının ayrı-ayrı detalları kimi də baxmaq olar . İki gün öncə Putin Rusiya Təhlükəsizlik Şurasının toplantısında bildib ki, Qərb Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi balansı Rusiya əleyhinə dəyişməyə çalışır və ona görə də buna imkan verməmək üçün MDB ölkələri ilə münasibətlər piroritet olmalıdır.
Bu baxımdan son günlər Ermənistanda keşiş Qalstyanın rəhbərlik etdiyi Paşinyana qarşı uğursuz kütləvi itaətsizlik aksiyası və Gürcüstanda hakimiyyətin xarici agentlər qanunu ilə Qərbi ölkə daxilində zəiflətmək qərarı Rusiyanın regionda geosiyasi revanş cəhdi sayıla bilər. Belə bir vaxtda Putinə bagli Lukaşenkonun durub Bakıya gəlməsi, son günlər Qərblə münasibətləri korlanan Bakının Cənubi Qafqazda Rusiya maraqlarını təmin edən əsas mərkəzə çevirmək niyyətləri ilə bağlıdır. Belə görünür ki, Azərbaycan hakimiyyətinin Qərblə getdikcə daha sərt ritorika ilə danışması təsadüfi deyil və Bakı Qafqazda Avropanın önünü kəsən əsas dayaq məntəqəsinə çevrilməklə bağlı qərar verib. Bu baxımdan Lukaşenkonun gəlişi MDB məkanında xüsusi ilə də Cənubi Qafqazda ant-iQərb blokunu canlandırmaq, Azərbaycanın bu istiqamətdə daha təşəbbüskar davranmasına nail olmaq məqsədi güdür.

Görünür Azərbaycan rəhbərliyində Rusiyanın Ukraynada uzun müddət müqavimət göstərə biləcəyi və Putinin Çinlə anti-Qərb ittifaqı qura biləcəyi ilə bağlı yanlış bir gözləntilər var. Yoxsa belə bir risqli seçim niyə edişin ki? İlin günün bu vaxtı Lukaşenko ilə bir masa arxasına oturmaq Azərbaycanın xarici siyasəti ilə bağlı Qərbə ünvanlanan mesajdır həm də.
Xatırladaq ki, Blinkenin ötən gün Ukraynadan sonra Türkiyəyə getməsi və ardınca da bu gün Gürcüstan baş naziri Kobaxidzenin Ankaraya gəlməsi onu göstərir ki, ABŞ həm də Türkəyə vasitəsilə ilə Gürcüstanın indiki hakimiyyətinə təsir etməyə çalışır. Bu bizim strateji müttəfiqimiz Türkiyənin indiki geosiyasi qarşı durmada Qərb blokunda yer aldığını və Bakı ilə xarici siyasətdə fərqli cinahda durduğunu göstərir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir