KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Rusiyanı nə gözləyir? Putinin qalib gəlmək şansı varmı ?

Fuad Gahramanlı: Rusiyanı nə gözləyir? Putinin qalib gəlmək şansı varmı ?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
387 0

.

Rusiyanın Donetsk və Luqanskıdakı separatçı rejimləri müstəqil dövlət kimi tanıması qərarı kəskin beynəlxalq reaksiyalar doğurmaqdadır. Bildirilir ki, Baydenin Putinlə, Lavrovun Blinkenlə nəzərdə tutulmuş görüşləri bu üzdən təxirə salınıb. Bu artıq Qərb və Rusiya arasında dialoqun, diplomatiyanın bitməsi deməkdir. BUnu mərhələdə Rusiyaya qarşı iqtisadi, siyasi təzyiqlər gündəmdə olacaq. Artıq ilk addımlar da atılıb. ABŞ- la bərabər olaraq Avropa ölkələri də, Rusiyaya qarşı tətbiq olunacaq sanksiyaları elan etməkdədirlər. Əsas hədəf kimi isə Rusiyanın maliyyə sektorunun çökdürülməsi götürülüb. İlkin olaraq Rusiyanın 5 iri bankına, “Şimal axını 2” layihəsinə, maliyyə bazarlarına çıxışına, dövlət borclarına, Putinə yaxın oliqarxların biznesinə qarşı sanksiyaların tətbiq ediləcəyi bildirilib. Bundan əlavə Rusiya parlamentinin bütün üzvlərinə, Putinin yaxın ətrafına Avropaya çıxış məhdudiyyətləri qoyulması da nəzərdə tutulur. Bayden dünənki çıxışında bu sanksiyaların genişlənəcəyi də anons edildi.
Qərblə qarşıdurmanın bu şəkildə davam etməsi hər ötən gün Rusiya iqtisadiyyatına milyardlarla ziyan vuraraq maliyyə itkilərini artırmaqdadır. Təkcə Putinin Donetsk və Luqanskı müstəqil dövlət kimi tanınması qərarından keçən bir gün ərzində Rusiya sahibkarlarının itkisi 8 milyard dollardan artıq olub. Bu proses davam edəcəyi halda Putin rejiminin maliyyə rezervləri sürətlə əriməkdə davam edəcək. Rusiya Mərkəzi Bankı bu üzdən öz qızıl ehtiyatlarının bir qismini bazara çıxarmalı olub. Bu azmış kimi Donetsk və Luqanskda hər hansı iqtisadi fəaliyyətə görə sanksiya xəbərdarlığı, bu regionların maliyyə yükünü də Rusiya büdcəsi üzərinə qoymaqdadır. Belə görünür ki, Qərb diplomatik müzakirələri artıq faydasız hesab edərək, yumşaq güc tətbiqi ilə Putin rejiminin dizini yerə gətirmək taktikasını seçib.
Aydın görünür ki, Putin Qərbin kəskin reaksiyasından ehtiyyat edərək Ukraynaya qarşı geniş miqyaslı müharibə aparmaqdan çəkindi. Ona görə də Donetsk və Luqanskı müstəqil dövlət kimi tanımaqla düşdüyü çətin vəziyyətdən çıxmağa çalışdı. Çünki heç bir nəticə əldə etmədən geri çəkilmək Putinin ölkə daxilində və yaxın xaricdəki prestijini sarsıda bilərdi. Ona görə də, bir tərəfdən Donetsk və Luqanskı işğal etməklə həm nəticə əldə etməyə, həm də müharibəyə girmədən Qərbin sanksiyalarından yayınmağa çalışdı. Ancaq nəticə bu oldu ki, Putin bu qərarı ilə müharibə edəcəyi təqdirdə üzləşəcəyi sanksiyalarla qarşılaşmalı oldu və bu addımı ilə həm də diplomatiyanın yolunu kəsdi. Qərbin isə tələsən yeri yoxdur. Onsuz da bir neçə il idi ki, Ukraynanın separatçıların nəzarətində olan ərazisində faktiki nəzarət Rusiyanın əlundə idi. İndi isə Putinin bunu rəsmiləşdirib ora ordu yeritməsi müharibə variantı üçün nəzərdə tutulan sanksiyaların tətbiqinə yol açdı. Bu halda zamanın uzanması Rusiyanın əleyhinə işləyir və onun iqtisadi baxımdan daha çox zəifləməsinə səbəb olur. Birazdan bu iqtisadi geriləmə Putin rejiminə qarşı daxili sosial narazılıqların da meydana çıxmasında əsas rol oynayacağı şübhəsizdir.
Eyni zamanda ayrılıqçıların nəzarətində olan Ukrayna ərazilərinin işğalı və Minsk anlaşmasının pozulması, beynəlxalq səviyyədə Putin hakimiyyətinin təcavüzkar, işğalçı olduğunu təsdiq tmək üçün yetərli əsas yaradıb. Bu da ABŞ-a Avropanı da öz yanına alaraq koordinasiya edilmiş siyasət yürütmək imkanı verir.
Bütün bunlar onu göstərir ki, Qərb və Rusiya arasındakı geosiyasi rəqabət soyuq müharibə fazasına daxil olaraq Putin rejiminin çöküşünə qədər davam edəcək. Bu prosesdə postsovet məkanında olan ölkələrə diqqət daha da artacaq, onlara Qərbin münasibəti də hansı cəbhədə durduqlarına görə müəyyənləşəcək.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir