KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Rusiyada növbəti terror və üzə çıxan nəticələr

Fuad Gahramanlı: Rusiyada növbəti terror və üzə çıxan nəticələr

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
151 0

Rusiya müasir savaş strategiyasına hazırdırmı?

Dünən Rusiya ərazisində növbəti terror hadisəsi baş verib. Dərbənddə və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı hücum edilib. Baş vermiş hadisə nəticəsində kilsə rektoru, 66 yaşlı protoyenik Nikolay Kotelnikov və polis rəisi i Mavludin Xıdırnəbiyev də daxil olmaqla 15 polis əməkdaşı öldürülüb. Bundan əlavə 5 terrorçunun da öldürüldüyü bildirilir.
Öldürülmüş silahlılar arasında Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun 2 oğlu da var. O həm də “Vahid Rusiya” partiyasının ərazi üzrə rəhbəri olub .

Bu hadisə növbəti dəfə onu göstərir ki, təhlükəsizlik məsələlərində Rusiya xüsusi xidmət orqanlarının ciddi zəiflikləri var. Müharibə aparan dövlət üçün bu çox ciddi problem hesab olunur və istənilən vaxt ölkə daxilində iğtişaşlar, silahlı qarşıdurma baş vermə ehtimalını artırır. Bu ilin mart ayının 23-də Moskvada konsert ərəfəsində “Krokus siti” də baş vermiş və kütləvi insan tələfatı ilə nəticələnən terror hadisəsi zamanı da öncədən xəbərdar edilməsinə baxmayaraq, terror hadisəsinin qarşısı alına bilməmişdi. O zaman aydın göründü ki, Rusiya xüsusi xidmət orqanları terrorun qarşısını məhz səriştəsizlik və məsuliyyətsizlik üzündən ala bilməyiblər.

İndi də 3 aydan sonra Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun 2 oğlunun da daxil olduğu qruplaşmanın kecirdiyi sihalı əməliyyat nəticəsində 15 polis əməkdaşının öldurulməsi onu göstərir ki, bu terror hadisəsi öncədən kifayət qədər professional şəkildə hazırlanıb. Diqqət çəkən məqam odur ki, budəfə də 10-dan artıq silahlının iştirakı ilə hazırlanmış əməliyyat barədə Rusiya təhlükəsizlik orqanları əvvəlcədən heç bir xəbər tutmayıblar. Üstəlik silahların zərərsizləşdirilməsi zamanı çox sayda polis əməkdaşlarının öldürülməsi onu göstərir ki, qurbanların sayının belə çox olması həm də qeyri peşəkarlıqla bağlı olub .

Hər bir xüsusi xidmət orqanının işi bir çox qaydalarla yanaşı ilk növbədə iki dəyişməz prinsipə əsaslanır. Biri məlumatı əldə etmə, ikinci isə onu işləmə, təhlil etmə , data analizi. Son olaylarda Rusiya təhlükəsizlik orqanlarının işində hər iki istiqamətə ciddi problemlər, çatışmazlıqlar olduğu îzə çıxdı. “Krokus siti” hadisəsində ABŞ gözlənilən terror olay barədə öncədən məlumat versə də, Rusiya təhlükəsizlik orqanları data analizində çox ciddi səhvə yol verərək təhlükəni önləyəcək preventiv tədbirlər görməmişdilər. Hətta baxmayaraq ki, Putinin öz keçmişi xüsusi xidmət orqanlarına bağlı olub, o özü belə bu məlumatı publika qarşısında boş sey adlandıraraq onu ciddiyə almamışdı.
Dağıstandakı son terror isə Rusiyaya xüsusi xidmət orqanlarının ölkə daxilində hazırlanmış terror haqqında vaxtında informasiya ala bilmədiklərini, yalnız hadisə baş verdikdən sonra xəbər tutduqlarını göstərir. O zaman sual yaranır ki, ölkə daxilində məlumat almaq imkanı bu qədər məhdud olan təhlükəsizlik orqanları, bəs sabah ölkə xaricində planlaşdırıla biləcək hər hansı bu cür hadisələrdən necə xəbər tuta biləcəklər?

Hər iki hadisədən çıxan nəticə budur ki, Rusiya getdikcə qarşıdakı dönəmdə kəskinləşəcəyi gözlənilən kəşfiyyat savaşına hazır deyil. Müasir dövrdə savaşın çeşidləri elə önəm qazanıb ki, təkcə hərb meydanında verilən qurbanlar hesabına uğur qazanmaq mümkün deyil. Bu baxımdan müharibəni aparmaqla yanaşı müharibə üzərində nəzarət həyata keçirmək güclü savaş stratejisi və onu çeşidli biçimlərdə həyata keçirəcək resurs və vasitələr tələb edir. Rusiya isə nə qlobal rəqabətdə yarısa biləcək qədər güclü resurslara sahibdir, nə də ki, mürəkkəb oyunu oynaya biləcək strateji yanaşma bacarığına. Çünki illərdir ki, bu ölkədə bütün qərarlar bir nəfər tərəfindən verilir və idarəetmə sistemi total şəkildə korrupsiyalaşaraq öz effektivliyini itirib .
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir