KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanli: Rusiya Qazaxıstana niyə girdi və bunun nəticələri nə ola bilər?

Fuad Gahramanli: Rusiya Qazaxıstana niyə girdi və bunun nəticələri nə ola bilər?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
302 0

Qazaxıstanda baş verən hadisələrin ehtimal olunan nəticələri artıq müəyyənləşmək üzrədir. Əvvəlcə onu qeyd edək ki, kütləvi etiraz prosesinin zorakılıqla müşayiət olunması və polis əməkdaşlarının öldürülməsi, dağıntıların törədilməsi çox ciddi səhv idi. Demokratik proses dinc etiraz çərçivəsindən çıxanda, hər zaman iğtişaşlara səbəb olur və bu da iştirakçılata qarşı güc tətbiq olunmasına zəmin yaradır. Ona görə də heç bir halda zorakılığa yol vermək olmaz.
Təəssüf ki, Qazaxıstanda baş verən bu kütləvi zorakılıq həm etirazçılara qarşı silahlı əməliyyat üçün zəmin yaratdı, həm də Rusiya ordusunun Qazaxıstana daxil olması üçün əsas verdi. Hesab edirəm ki, bu bizim üçün də mühüm dərs olmalıdır.
Qazaxıstanda baş verənlərin arxasında kimlərinsə durduğu, bu etirazların hansısa güclər tərəfindən təşkil olunduğu ilə bağlı tez tez fikirlər eşidirik. Bu birmənalı şəkildə aydındır ki, baş verən proseslər Qazax xalqının ölkədəki sosial ədalətsizliyə, həyat səviyyəsinin çətinləşməsinə və mövcud avtoritar rejimə etirazının nəticəsi idi. Ancaq bəzi ekspertlər Qazaxıstandakı olaylarda ən çox Rusiyanın adını hallandırırlar. Bu ona görə əsassızdır ki, əgər Moskvanın belə bir kütləvi proseslər yaratmaq imkanları olsaydı, elə bunu zamanında Ukraynada, Ermənistanda, Moldovada edib özünə bağlı hakimiyyətləri qoruyardı. Moskva bir qayda olaraq, öz yaxın xaricində xalq etirazlarını nəzarətində olan hakimiyyətin əli ilə boğmaq, əzmək taktikasına üstünlük verir. İndiyə qədər Moskvanın bu taktikası uğurlu nəticə verməyib. Ona görə də, bu dəfə Rusiya Qazaxıstanda Tokayev hakimiyyətinin təşkil edilmiş dəvəti ilə özü birbaşa xalq etirazlarını əzmək üçün müdaxilə etməyə məcbur oldu. Bu məsələdə yuxarıda qeyd etdiyimiz kimi, qazaxların yol verdiyi kütləvi zorakılıq səhvindən istifadə olundu.
Rusiyanın Qazaxıstana müdaxiləsi çox ciddi geosiyasi səbəblərlə bağlıdır. Əvvəlcə onu qeyd edək ki, Qazaxıstanda baş verənlər heç də Rusiyanın ssenarisi deyil. Putin sadəcə olaraq Qazaxıstanda baş verən prosesə müdaxilə olunmayacağı təqdirdə, Nazarbayev – Tokayev rəhbərliyindəki avtoritar rejimin çökəcəyindən, sonda bu ölkədə demokratik hakimiyyət qururulacağından narahat oduğu üçün birbaşa hərbi müdaxiləyə qərar verdi. Moskva gözəl anlayır ki, Qazaxıstanın demokratikləşməsi və üzünü Qərbə çevirməsi, Ukrayna itkisindən sonra Moskvanı Mərkəzi Asiyadada da oyundan kənar vəziyyətə sala bilər. Bu zaman Rusiya mühasirəyə düşərək, nəinki qlobal güc iddiasından əl üzməli olar, hətta regional güc kimi də dünya siyasətində rolunu itirə bilər. Eyni zamanda Xəzər hövzəsi ölkələrinin karbohidrogen ehtiyatların istismarı və nəqli ilə bağlı anlaşmaları, Türkiyənin öncüllüyü ilə Turan birliyi ideyasının dirçəlməsi, Qazaxıstandan keçən Şərq – Qərb dəhlizinin rolunun artması və Qərbin bu regionda iştirak imkanlarının genişlənməsi, Qazaxıstanı ardınca digər Mərkəzi Asiya ölkələrinin də Qərb lokomativinə qoşulma riski, Rusiyanı çox narahat etdiyi üçün Qazaxıstana müdaxilə qərarı bu geosiyasi zərurətlərə görə verildi. Böyük karbohidrogen ehtiyatları və geosiyasi önəminə görə Mərkəzi Asiyanın qapısı hesab olunan Qazaxıstan, bu səbəblərdən də Moskvanın strateji maraqlarının mərkəzində yer alır.
Bəs Rusiyanın müdaxiləsi Qazaxıstanda hansı nəticələrə yol aça bilər.
1) Rusiya xüsusi qəddarlıqla xalq etirazlarını yatırır və bu zaman legitimliyini tam itirmiş morionet Tokayev hakimiyyətinin əli ilə Qazaxıstanı tam nəzarətə götürür. Nazarbayev dönəmindəki milliləşmə prosesinin qarşısı alınır və daxildəki rusların iştirakı ilə etnik baxımdan hibrid hakimiyyət formalaşdırılır. Beləcə Rusiya Qazaxıstanda hərbi və siyasi baxımdan dominantlığını təmin edir. Bu zaman Qazaxıstanda sabitlik yarandıqdan sonra da, Rusiya öz ordusunu hərbi baza statusu alaraq bu ölkədə saxlayır
2) Rusiyan öz ordusu ilə ölkədə nəzarəti və sabitliyi təmin edə bilmir. Bu zaman Qazaxıstanın Şimal Qərbindəki əhalinin 20 %-ni təşkil edən etnik rusları qızışdıraraq separatçılığa zəmin yaradır və Ukrayna nümunəsində olduğu kimi Donbasda, Luqanskda həyata keçirdiyi ssenariləri tətbiq edir.
3) Yuxarıdakı hər iki variantı eyni vaxtda tətbiq edilir və bununla da Qazaxıstanın dövlət suverenliyinə ağır sarsıdıcı zərbə vurulur.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir