Son günlər Qarabağda baş verənlər, atəşkəsin intensiv şəkildə pozulması və Putin hakimiyyətinə bağlı şəxslərin Azərbaycana ünvanlanmış hədə dolu açıqlamalarını nəzərə alaraq Rusiya ilə münasibətlərdə aşağıdakı nəticələri çıxarmaq olar :
1. İlham Əliyevin Rusiyanın istəklərini qəbul edib rus qoşunlarını Qarabağa buraxması ciddi hərbi strateji və geosiyasi səhv idi.
2. 10 noyabr Bəyanatından sonra Putinin Paşiniyana münasibətdə 44 günlük müharibə dövründəki kimi davranacağına “stavka” edib arxayınlaşmaq, tarixi səhv idi və indi əvvəlki dövrdənən fərqli olaraq Rusiya Ermənistanla sıx hərbi əməkdaşlıq mərhələsinə qədəm qoyub.
3. Azərbaycanın öz xarici siyasətini Rusiyanın maraqlarına uyğunlaşdırıb Qərblə məsafəli davranaraq, öz ərazi bütövlüyünə dəstək aramaması və Krım Platformasında iştirak etməməsi ciddi geosiyasi səhvdir.
4. Rusiyanın hər bir tələbi ilə razılaşıb Putinin mərhəmətini qazanmaq kimi beynəlxalq münasibətlərə və diplomatiyaya uyğun olmayan primitiv yanaşma, özünü vassal kimi aparmaq, nəinki Azərbaycanın xeyrinə real siyasi nəticələr doğurmadı, əksinə, Rusiyanın iddialarını artırdı, ritorikasının sərtləşdirdi.
5. Rusiyanın tələbi üzrə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin icraya yönəldilməməsi və hərbi balans üçün türk ordusunun işğaldan azad olunmuş ərazilərə dəvət olunmaması, ölkəmizi Rusiya qarşısında müdafiəsiz vəziyyətə salır.
6. Azərbaycan iqtidarının Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı etiraz bəyanatları nəzərə alınmır və Putin hakimiyyəti açıq – aşkar həm Ermənistanı yeni revanşa hazırlayır, həm də ki, Qarabağdakı separatçı rejimi legitimləşdirməyə çalışır.
7. Bütün bunlardan və 10 noyabr Bəyanatının bir çox müddəaları pozulanda sonra Azərbaycan hakimiyyətinin rus “sülhməramlılarının” çıxarılmasını gündəmə gətirməməsi və bu tələblə Rusiyaya təzyiq etməməsi, mövqesizlik nümunəsidir və Rusiyanı Qarabağda Azərbaycan əleyhinə fəaliyyətə stimullaşdırır.
Fuad Gahramanli
Fuad Gahramanli: Rusiya Qarabağda Azərbaycan əleyhinə fəaliyyəttə
414 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.