KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Rusiya niyə Azərbaycanı hədələyir ?

Fuad Gahramanlı: Rusiya niyə Azərbaycanı hədələyir ?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
216 0

“Müttəfiq” müttəfiqini hədələməz axı.

Son günlər yenə də Rusiyadan Azərbaycana yönəlik hədələr artmaqdadır. Bu hədələr Laçın yolunda keçirilən aksiya ilə eyni vaxta təsadüf edir. Axır vaxtlarda Kremlə yaxın ekspert və yarım rəsmi şəxslərin dili ilə Bakını raketlə vurmaqdan tutmuş, Azərbaycanla güc yolu ilə danışmağın lazım gəldiyini deyənlərin sayı artmaqdadır.
Bəs, Rusiya durub- dururkən, güclü təsir imkanlarına sahib olduğu, aralarındabir tərəfli müttəfiqkik münasibətləri olan, beynəlxalq təşkilatlarda keçirilən müzakirələrdə hər zaman Kremlin istəyinə uyğun davranan bir ölkəyə qarşı nəyə görə bu ritorikadan istifadə edir ? Məntiqlə Ukraynada məğlubiyyətə daha yaxın olan Putin, belə bir dönəmdə Azərbaycanla münasibətlərin daha isti olmasına çalışmalı idi.
Əslində, bu gün Rusiyanın Azərbaycana yönəlik təhdidləri heç də geosiyasi ziddiyyətlərlə, İlham Əliyevin Putini qane etməyən seçimləri ilə bağlı deyil. Bu gərginlik daha çox Putinin Azərbaycanı öz təsiri altında saxlaması, gələcəkdə ola biləcək kənarlaşmaların qarşısını almaq məqsədi daşıyır . Çünki Ermənistan Rusiyanın təsir dairəsindən kənarıaşıb Qərblə əməkdaşlığı dərinləşdirdikcə, Kremlin narahatlığı da artır və anoloji addımın Azərbaycan tərəfindındən də atılmaması üçün vaxtaşırı Bakıya hədə xarakterli xəbərdaredici mesajlar göndərir.
Bu yaxınlarda qısa ara ilə ABŞ və İngiltərə kəşfiyyatlarının rəhbərləri Uilyam Börns və Riçard Mur Ermənistana səfər edərək Paşinyanla görüşüblər. Aydındır ki, söhbət ilk növbədə Ermənistann Rusiyadan uzaqlaşması müqabilində verilən təhlükəsizlik təminatlarından gedib. Hələ ki, Bakı belə bir seçim etmədiyi üçün Qərb bu məsələdə indilik yalnız Ermənistanın narahatlıqlarını müzakirə edir.
Görünən odur ki, Azərbaycan rəhbərliyi Putinin istəyinə uyğun olaraq Brüssel danışıqlarından imtina etməsi və Xarici işlər naziri Ceyhun Bayramovun son Moskva səfəri zamanı Rusiyanın maraqlarına uyğun mövqe nümayiş etdirməsi müqabilində qarşı tərəf heç də adekvat münasibət sərgiləmir.
Bəs bu niyə belə olur?
Çünki Kremldə belə bir fikir var ki, Ermənistandan fərqli olaraq Azərbaycan rəhbərliyi öz avtoritar mahiyyətinə görə Qərblə inteqrasiyaya maraqlı deyil və bu üzdən də hər hansı qarşılıq gözləmədən Rusiyanın maraqlarını təmin etməldir. Yəni Kremlə itaət etmək Azərbaycan hakimiyyətinin bir növ borcudur. Ona görə də, bütün dünyanın gözü qarşısında açıq saymazlıq edib Laçında general Volkovu heç aksiyaya iştirakçılarının qarşısına çıxarmağa belə ehtiyac görmürlər. Belə amiranə və saymazyana münasibət qarşılığında vaxtaşırı da barmaq silkələyirlər ki, Azərbaycan tərəfi narazı qalıb Rusiyadan nəsə tələb etmək fikrinə düşməsin. Görünür, bu hədə qorxuların Azərbaycan hakimiyyətinə təsir etdiyi fikrindədirlər. Ona görə də, Laçın yolunda aksiyaçılar regionda bütün problemlərin əsas səbəbi olan “sülhməramlıların” çıxarılmasını tələb edə bilmirlər, Rusiyanın Qarabağ separatçıları üzərində təsirini zəiflədəcək gömrük postu və sərhəd buraxılış məntəqəsi qoyulması tələblərini səsləndirmirlər. Çünki bu tələbləri səsləndirmək Putini acıqlabdır bilər. Bilə- bilə ki, general Volkov adi əmr icra edən zabitdir, qərar verici deyil, ancaq Azərbaycan hakimiyyəti etiraz bildirmək üçün Bakıdakı Rusiya səfirliyi qarşısında anoloji etiraz aksiyasının keçirilməsinə icazə vermir. Çünki Rusiya əmindir ki, “müttəfiqlik” adı altında asılılığından saxladığı Azərbaycana qarşı vaxtaşırı hədə qorxular səsləndirməklə ölkəmizi təsiri altında saxlamaqda davam edə biləcək.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir