KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Rusiya nə etmək istəyir

Fuad Gahramanlı: Rusiya nə etmək istəyir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
307 0

Lavrov Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldı

Rusiya nə etmək istəyir

Rusiyanın xarici işlər naziri Lavrov Ermənistana səfəri zamanı Fərrux kəndi ilə bağlı suala cavab verərkən deyib ki, Qarabağdakı vəziyyət Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcək. Bu cavab, əslində, Azərbaycanın ərazi bütövlüyünün açıq- aşkar şübhə altına alınması deməkdir və Qaradağdakı separatçıların mövqeyini əks etdirir. Fərrux kəndi Xocalı rayonuna aid Azərbaycan ərazisidir və onun Ermənistana, delimitasiya prosesinə nə aidiyyəti ola bilər kir? Təbii ki, Fərrux kəndinin bu məsələyə aidiyyəti olmadığını Lavrov da yaxşı bilir.
Bəs Lavrovun bilərəkdən verdiyi bu açıqlama nə məqsəd daşıyır?
1. Lavrovun gəlişi ilə bağlı Yerevanda etiraz aksiyası keçrilmişdi və bu həm də Ermənistanda Rusiya əleyhinə getdikcə artan mənfi ictimai rəyin görsənişidir. Görünür, bu təxribatçı cavabla Rusiya bu münasibəti dəyişməyə çalışır və Ermənistana dəstək jesti edərək ermənilərin müttəfiqi olduğunu, onların tərəfini tutduğunu göstərməyə çalışır.
2. Məlum olduğu kimi Qarabağdakı separatçı ermənilərlə Ermənistan rəhbərliyi arasında son il yarımda gərgin münasibətilər hökm sürür. İndi Lavrov qəsdən Fərrux məsələsini ortaya atır ki, Qarabağ separatçılarını da Azərbaycan Ermənistan danışıqları prosesinə qoşub prosesi pozssun. Çünki Brüssel görüşündən sonra hər dəfə Qarabağ erməniləri və Ermənistandakı Rusiya 5-ci kalonu “Paşiniyan niyə Qarabağın statusu haqda danışmadı?” deyib sülh danışıqlarını pozmağa çalışırlar. İndi Lavrov da bu pozuculuq fəaliyyətinə açıq şəkildə diplomatik dəstək verir.
3. Lavrovun bu sözləri həm də Azərbaycana təzyiq məqsədi daşıyır. Çünki Hikmət Hacıyevin Vaşinqtona səfəri ərəfəsində Azərbaycan ABŞ-a jest edərək “RİA Novosti” agentliyini ölkə ərazisində blokladı. Bu da təbii ki, Moskvanın xoşuna gəlmir. Azərbaycanla ABŞ arasında dialoqun başladığı indiki mərhələdə, Rusiya öz narahatlığın bu şəkildə ifadə edərək, Qarabağdakı separatçıları açıq müdafiə edə biləcəyi ilə bağlı mesaj verir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir