KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanli: Rusiya ilə gərginliyin səbəbi nədir?

Fuad Gahramanli: Rusiya ilə gərginliyin səbəbi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
328 0

Balans dövrü bitdi, strateji seçim qərarı verilməlidir.

Son günlər Jirinovskinin məlum açıqlaması ilə gərginləşən Rusiya Azərbaycanın münasibətilərinə təkcə ölkənin xarici siyasət məsələsi kimi baxmaq doğru olmaz. Çünki bir çox hallarda iqtidarın ölkə daxili davranışları Rusiya ilə münasibətlərdən asılı olaraq müəyyənləşir. Bu baxımdan hazırkı situasiyanın ölkəmiz üçün hansı perspektivlər vəd etdiyini araşdırmağa xüsusi ehtiyac var.
Əvəla maraq doğuran odur ki, Jirinovskinin İlham Əliyevə ünvanlanmış məlum hədə çıxışının arxasında Rusiyanın hansısa geosiyasi əndişələri varmı? Varsa bunlar nələrdir?
İlham Əliyevin Putinlə görüşü Qarabağda Rusiyanın hərbi siyasi nəzarətinin davam etməsini razılaşdırmaq və Azərbaycanın Qərbə inteqrasiyasiya prosesini ləngitmək məqsədi daşıyırdı.
Görünən odur ki, bu görüşdə Azərbaycan öz milli maraqlarını güzəştə getmək müqabilində Rusiyanın Qarabağ üzərindəki hegemonluğunun davam etdirilməsinə və 10 noyabr Bəyanatında nəzərdə tutulan bəzi müddalərın yerinə yetirilməməsinə razılaşıb.
Putinin İlham Əliyevə güzəştli mövqeyinə görə təşəkkür etməsi də bunun təsdiqi idi.
Ancaq indiki halda Rusiya üçün digər vacib strateji məsələ, Azərbaycanın Belarus nümunəsində olduğu kimi, Qərbə inteqrasiya niyyətindən imtinasına nail olmaqdır. Bundan ötrü isə Azərbaycanın KTM – yə üzv olaraq anti Qərb blokunda yer alması, bütövlükdə Rusiyanın hərbi patronajlığını qəbul etməsi lazımdır . Hətta Rusiya rəsmləri tam hüquqlu üzvülük olmasa belə, Azərbaycana KTM – də tərəfdaş ölkə statusunu vermək istədiklərini bildirmişdilər. Məsələnin əsas ziddiyyətli və gərginlik yaradan məqamı da, məhz bu məsələdir.
İlham Əliyev gözəl anlayır ki, Azərbaycanın KTM – ə daxil olması Şuşa bəyannaməsində nəzərdə tutulan Türkiyə ilə hərbi strateji əməkdaşlığın üstündən xət çəkilməsi, Qərblə əlaqələrə ciddi zərbə vurulması demək olar. NATO – ya, qarşı yaradılmış hərbi blokda yer almaq isə Belarusa olan təzyiqlərin eyni qaydada Azərbaycana tətbiq olunması üçün əsas yarada bilər və bu zaman sanksiyalar da qaçılmaz olar. Nəzərə almaq gərəkdir ki, Belarus hakimiyyətindən fərqli olaraq Azərbaycan iqtidarı üçün bu sanksiyalar daha çox qorxu yaradır. Çünki avtoritar olsa da Belarus iqtidarı korrupsiyanı dövlət siyasətinə çevirməyib, Qərbdə milyardlarla ölçülən əmlaka, maliyyə aktivlərinə sahib deyil. Azərbaycanda isə sanksiyalar olacağı təqdirdə, iqtidar təkcə siyasi zəmində deyil, həm də bütün hakim komanda üzvləri səviyyəsində çox böyük maddi itkilərə məruz qala bilərlər. Ölkədən korrupsiyaya yolu ilə talanıb Qərb ölkələrində yerləşdirilmiş milyardlarla vəsait, iqtidar komandasını Qərbin siyasi girovuna çevirib. Ona görə də Azərbaycan iqtidarı hər nə qədər istəsə də, Rusiyanın yanında yer alıb, Qərblə açıq qarşıdurmaya getmək riskini gözə ala bilməz. Bir müddət əvvəl məhz Qərbdən gələn təşəbbüslə, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanın Rusiyanın razılığı olmadan hərbi əsirləri Ağdamın minalanmış xəritəsi müqabilində Ermənistana geri qaytarması, Moskvanı ciddi şəkildə narahat etmişdi. Paşinyanın parlaq qələbəsindən sonra məyus olan Moskva gördü ki, Azərbaycanın Qərbdən gələn bu cür təşəbbüslərə açıq olması, gələcəkdə onun Cənubi Qafqazdakı hərbi mövcudluğunu sual altına ala bilər. Azərbaycanın Qərblə münasibətilərdə qapını açıq saxlaması, bu gün Qarabağda istədiyi güzəşti alan Moskvanı gələcək baxımdan narahat etməkdədir. Əgər Azərbaycan da Paşiniyanın dediyi kimi, Qərb ölkələrindən sülhməramlı qüvvələrin regiona gəlməsi təklifinə müsbət baxarsa, bu Rusiyanın Cənubi Qafqazda sonunu gətirə bilər.
Bu yaxınlarda Azərbaycanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılması, İlham Əliyevin Şarl Mişellə keçirilən görüşdə AB-dən milyardlarla yardım umduğunu göstərməsi, Moskvanın nəzərində Azərbaycanı çətin anda “aradan çıxmağa” hazır etibarsız bir tərəfdaşa çevirməkdədir. Üstəlik Azərbaycanın KTM – yə daxil olmaqdan boyun qaçırması da, bu riski daha da artırır. Ona görə də Rusiya hakimiyyəti Jirinovskinin dili ilə İlham Əliyevi hədələyərək onu Qərblə qorxutmağa, Rusiyanın himayəsi olmayacağı təqdirdə 2 həftədən artıq duruş gətirə bilməyəcəyini deməklə siyasi şantaj edir.
Bu gün Azərbaycan xarici siyasətdə bir tərəfdən Qərblə əməkdaşlıq imkanlarını qoruyub saxlamağa və bu yolla sanksiyalardan yayınmağa, digər tərəfdən isə Qarabağda milli maraqlardan güzəştlərə gedərək Rusiyanın razılığını qazanmağa çalışır. Görünən odur ki, İlham Əliyev Qərbdən gələcək sanksiya risqlərinə görə, Rusiyanın Qarabağdakı güzəştlərlə kifayətlənməyib Azərbaycanı KTM – yə daxil etmək tələbi ilə razılaşmır. Xüsusilə ilə Rusiyanın Paşiniyanın devirə bilməməsi, Moldovada siyasi məğlubiyyətə uğraması, hətta Özbəkistanın KTM – dən imtina etməsi, Putinin İlham Əliyev üzərindəki təsirini xeyli zəiflədib. Bütün bunların fonunda Azərbaycanın Jirinovskinin bəyanatına verdiyi cavab reaksiyası, həm də Qərblə qapının açıq saxlanılmasının Moskvaya qarşı təzyiq imkanı yaratmasının nəticəsi idi.
Bu baxından Azərbaycan iqtidarı yaxınlaşan geosiyasi seçim anına hazırlaşmaqda və özü üçün çarpaz təzyiqlər altında optimal qərarı vermək imkanını qazanmağa çalışır.
Qarşıdan AB nin payızda keçiriləcək samiti gəlir və Azərbaycan bu qurumla Strateji Əməkdaşlıq Sazişi imzalaması gündəmdədir. Digər bir mühüm tədbir isə, ABŞ prezidenti Baydenin təşəbbüsü ilə keçiriləcək Demokratiya samiti olacaq. Həm AB ilə sözü gedən sənədin imzalanması, həm də Co Bayden təşkil etdiyi tədbirə qatılmaq, İlham Əliyevdən strateji seçim qərarı verməyi tələb edir. Bunlardan imtina etmək isə Qərbin hədəfində olmaq, sanksiyalara hazır olmaq, Rusiyanın vassalına çevrilib ağır öhdəliklərə boyun əymək, milli maraqları daha çox güzəştə getmək deməkdir.
Hazırkı situasiya elədir ki, daha əvvəlki kimi, balans siyasəti ilə hamıya yaxşı görünmək mümkün deyil. Qlobal geosiyasi qarşıdurmanın dərinləşməsi, Qərbin postsovet məkanında öz plastdarmını genişləndirməsi və buna mane olan ölkələrin sərt sanksiyalarla təhdid olunması, Türkiyənin də bu prosesdə Qərb blokunda yer alması, ətrafındakı çəmbəri daralmaqda olan Rusiyanın Azərbaycanı öz orbitinə salmağa çalışması, hakimiyyətin strateji seçim qərarı verilməsini qaçılmaz edir.
Bu qərar isə bütün hallarda ölkənin daxili siyasətinin yenidən dizayn olunması, nələrinsə mütləq dəyişməsi demək olacaq.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir