KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Rusiya hücum edə bilmir, ancaq itki verə bilir

Fuad Gahramanlı: Rusiya hücum edə bilmir, ancaq itki verə bilir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
373 0

Rusiyanın Donbas əməliyyatı uğursuzluğa uğramaqdadır. Halbuki, Putin bütün ümidlərini Donbasda açıq sahə döyüşlərində Ukrayna ordusunun məğlub olacağına bağlamışdı.
Ancaq müharibənin ikinci fazasının başlamasından 3 gün keçməsinə baxmayaraq rus ordusu nə irəliləyə bilmir, nə də ki, Donbasdakı Ukrayna ordusunu mühasirəyə ala bilmir. Əksinə, bu 3 gün ərzində Ukrayna ordusu irəkiləyırək 2 yaşayış məntəqəsini işğaldan azad edib.
Ən əsası isə bu döyüşlərdə ukraynalılar öz taktiki planlarını uğurla həyata keçirirlər. Ukrayna ordusu üçün əsas taktiki məqsəd işğalçılara çoxsaylı itkilər verib onu zəiflətmək, taqətdən salmaq idi. Təkcə, rusların verdiyi itkiyə baxanda işğalçıların itkilərinin hər gün necə böyük sürətlə artdığını görmək olar. Bu qədər itkiyə isə uzun müddət davam gətirmək rus ordusunun məqsədli şəkildə məhv olmaq yolu seçməsi deməkdir.
Dünənn Ukrayna ordusu rusların 8 hücum cəhdinin qarşısını alıb, 2 helikopterini 4 təyyarəsini, 9 tankını, 15 hərbi avtomobilini, 44 zirehli maşınını, 4 artilleriya qurğusunu, 2 HHM sistemini, 2 yaylım atəşi sistemini, 6 PUA və eləcə də bir çox sayda canlı qüvvəsini məhv edib.
Rus ordusunun irəliləyə bilməməsi Ukrayna ordusuna Qərbdən yeni ağır hücum silahları almaq və onları döyüş bölgəsinə gətirmək üçün əlavə vaxt qazandırır. Bu üzdən də, getdikcə Ukrayna ordusunun hərbi üstünlüyü daha da güclənir. Ukrayna ordusunun ABŞ-n verdiyi kamikadze dronlarını uğurla istifadə etməsi rus əsgərləri arasında panik əhval ruhiyyə yaradıb. Onlar hər an ön xətdən arxada olduqları halda belə hədəf ola biləcəklərindən qorxurlar. Belə panik əhval ruhiyyəni biz 44 günlük Qarabağ müharibəsi zaman erməni əsgərləri arasında müşahidə etmişdik.
Belə görünür ki, Rusiyanın uğurlu hücum planının pozulması səbəbindən savaş aylarla uzanacaq. Bir müddətdən sonra isə işğalçıların itkilərinin artması Ukrayna ordusuna təşəbbüsü ələ alıb əks hücum əməliyyatlarına başlamağ imkanı verəcək.
Ukrayna qalibdir!

Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir