KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Rusiya hərbi xidmət yaşını qaldırır

Fuad Gahramanlı: Rusiya hərbi xidmət yaşını qaldırır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
49 0

Donbasda döyüşlər getdikcə şiddətlənir.

Rusiya Ukraynada verdiyi itkiləri hər nə qədər gizlətməyə çalışsa da, atmağa hazırlaşdığı addımlar bu itkilərlə bağlı söylənən rəqəmlərin həqiqət olduğunu göstərir. Rusiya Dövlət Duması rus ordusunda hərbi xidmət yaşının yuxarı həddini qırxdadan qırx beşə qaldırmağa hazırlaşır. Bunun döyüşlərdəki itkilərlə bağlı olduğunu gizlətmək üçün Sergey Şoyuqu bildirib ki, Rusiya Finlandiya və İsveçin NATO ya daxil olması ilə əlaqədar olaraq 12 yeni hərbi hissə formalaşdırmağı nəzərdə tutur. Ancaq aydındır ki, rusların əsil məqsədi müharibədəki itkilərin yerin doldurmaqdır. Səfərbərlik etmədən itkilərin yerini qismən doldurmağın yeganə yolu isə, orduda xidmətdən təxliyyə olunmuş peşəkar hərbi qulluqçuları yenidən hərbi xidmətə cəlb edib döyüşə göndərməkdir. Müharibə uzandıqca Rusiyanının itkilərinin sayı durmadan artır.
Son günlər hərbi əməliyyatların əsas mərkəzinə çevrilmiş Donbas bölgəsinə cəmlənən rus birlikləri davamlı olaraq hücum əməliyyatları həyata keçirirlər. Hələ ki, Ukrayna ordusu bu hücumların əksəriyyətinin qarşısını almağa müvəffəq olur. Hər belə hücum cəhdləri rus ordusuna böyük sayda itkilərə başa gəlir. Xarkov istiqamətində gedən döyüşlərdə isə ukraynalılar üstünlüyü ələ alıblar. Ötən 3 gün ərzində Ukrayna ordusu uğurlu əks hücum əməliyyatı ilə Xarkov vilayətində 24 yaşayış məntəqələrini rusların işğalından tam azad ediblər.
Hazırda rusların əsas hücum istiqaməti Slavyansk, Solbjansk, Sever Donetsk yaşayış məntəqələrinin olduğu istiqamətləri. Bu günlər ərzində xüsusilə Luqanskı ərazisində döyüşlərin get-gedə daha da şiddətlənəcəyi gözlənilir. Həm ruslar, həm də ki, ukraynalılar davamlı olaraq bu istiqamətdə yeni ordu birlikləri göndərirlər. Ukraynanın Donbas ərazisində 150, rusların isə 100 minə qədər ordusunun olduğu təxmin edilir. Bəzi məlumatlara görə isə bir neçə gün öncə Ukraynanın Qərbində NATO mütəxəssisləri tərəfindən hazırlanmış 15 min nəfərlik xüsusi hazırlıqlı qüvvə Kiyev bölgəsinə gətirilib. Bu qüvvələrin də Donbas istiqamətinə göndəriləcəyi gözlənilir.
Bu arada Çexiya ABŞ-n müraciəti əsasında çox sayda helikopter, tankllar və yaylım atəş sistemlərini dünən Ukraynaya çatdırıb. Danimarka da öz hərbi arsenalına daxil olan eyni adda texnikaları Ukraynaya verəcəyini bildirib.
Getdikcə şiddətlənən döyüşlər müqabilində Qərbin Ukraynaya hərbi yardımların daha da artması müşahidə olunur. Bunun qarşılığında isə döyüşlərdə 1200 – dən artıq tank, 3000- dən artıq döyüş texnikası itirən Rusiya köhnəlmiş, ötən əsrin 70 – ci illərinə aid tankları, artilleriya sistemlərini anbarlardan çıxarıb döyüşə göndərir. Bu isə getdikcə NATO silahları ilə təhciz olunan Ukrayna ordusu ilə döyüşlərdə rusların itkilərini daha çox artırmaqdadır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.