KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Rusiya bu dəfə Azərbaycanı “Kalibr” və “İskəndər” raketləri ilə vurmaqla hədələdi

Fuad Gahramanlı: Rusiya bu dəfə Azərbaycanı “Kalibr” və “İskəndər” raketləri ilə vurmaqla hədələdi

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
325 0

İkinci dəfə dilə gətirilən bu hədə nə ilə bağlıdır

Son bir həftədə Rusiya ikinci dəfə Azərbaycanı bombalamaqla hədələyir. 3 gün öncə biz yazanda ki, Rusiyadan Azərbaycana qarşı müharibə təhlükəsi var, bəziləri bunu real hesab etmirdilər. (Yazının linkini rəy bölümünə qoyuram) . Buyurun bu da ikinci hədə qorxu ! Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini olmuş keçmiş deputat, Rusiya hakim dairələrinə yaxın sayılan Aleksandr Şerin Azərbaycanı və Yaponiyanı hədələyib:
“Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman bunu yaxşı işləyən “Kalibr” və “İskəndər”lə hiss edəcəklər. Hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm.”
Aleksandr Şerin Delyaqindındən fərqli olaraq Azərbaycanı nüvə zərbəsi ilə deyil, ” Kalibr” və “İskəndər” raketləri ilə vurmaqla hədələyib. Belə bir şəxsin informasiya siyasətinə sərt nəzarətin həyata keçirildiyi Rusiya kim bri ölkədə Azərbaycana yönəlik hədəni təkrarlanması heç də təsadüf deyil, ən azı Rusiya hakim dairələrində Azərbaycana real münasibətin necəliyini, ölkəmizlə bağlı nə düşündüklərini göstərir. Açıq görünür ki, Putin hakimiyyəti heç də adekvat reaksiyalar verib, ağllı qərarlar vermək iqtidarında deyil. Dünən Putin Rusiyanın satdığı qaz və neft pulunun Qərbin imtinasına rəğmən, rubulla ödənilməsi haqda Rusiyanın özününə ziyan vuran və iqtisadi baxımdan tarana getmək kimi dəyərləndirilən qərar verdi. . Əgər Rusiya rəhbərliyi soyuq məntiq və ağıllı yanaşmanı bir kənara qoyub, özünə daha çox zərər vuran hikkə və qəzəblə bu cür qərarlar verirsə, demək ki, ölkəmizə qarşı müharibə təhlükəsindən danışarkən ” yox əşşi Türkiyə var” , “indiki şərtlərdə Rusiya bunu etməz” kimi yanaşmalar keçərli deyil. Qarşımızda imperialist düşüncəli psixopat bir dövlət rəhbəri var və o gücü çatan və çatmayan hər şeyi özü üçün məqbul hesab edir.
Bəs Delyaqindən sonra deputat Şerin təkrar niyə Azərbaycanı hədələyir? Hesab edirəm ki, bu daha çox Britaniyanın Silahlı Qüvvələr naziri Hippinin səfərinə verilən reaksiyadır. Putin Qərbin təzyiqləri ilə Azərbaycanın Rusiyanın təsir dairəsindən çıxma biləcəyindən narahatdır. Qarabağ məsələsində Azərbaycana dəstək verən İngiltərənin, Rusiyadan uzaqlaşmaq hesabına ölkəmizə təhlükəsizlik təminatları vəd etməsi Putini qıcıqlandırır. Çünki Azərbaycan İngiltərə vasitəsi ilə anti – Rusiya koalisiyana cəlb olunarsa, bu Rusiyanın Cənubi Qafqaza yolunun kəsilməsi, Ukraynadan sonra daha bir geosiyasi geri çəkilmə demək olar. Bu dəfə ruslar bəhanə kimi Azərbaycan MN-nin Fərrux kəndi ilə bağlı məlum bəyanatını əsas götürüblər. Bu bəyanat Moskvada hər zaman susub başını aşağı salan yeniyetmənin, sanki birdən- birə ona əmr edənin üzünə sərt şəkildə qayıtması effektini doğurub. Putin bu şəkildə davam edəcəyi təqdirdə, Qarabağda yerləşdirdiyi “sülhməramlıların” bir işə yaramayacağını anlayır və bu üzdən də Moskvanın regionun təhlükəsizliyinə nəzarət imkanlarını itirəcəyindən ciddi şəkildə narahatdır.
Artıq məlum olduğu kimi aprelin 6-da Azərbaycan və Ermənistan dövlət başçısıları Brüsseldə AB – nin təşəbbüsü və vasitəçiliyi ilə görüşüb sülh sazişini müzakirə edəcəklər. Putin hesab edir k, bu Qarabağla bağlı nizama salma prosesinin onun nəzarətindən çıxarılması istiqamətində atılmış bir addımdır . Təbi ki, buna görə də Moskva proseslərin yumşaq formada Rusiyanı Qafqazdan qovmağa doğru getməsindən narahatdır.
Getdikcə artan Rusiya təhdidi qarşısında Azərbaycanın atacağı addım, Qərbdən özünə təhlükəsizlik təminatı almağa çalışması, Türkiyə ilə hərbi əməkdaşlığı daha da dərinləşdirməsi, İsrail də daxil olmaqla bir çox ölkələrdən müasir HM sistemlərinin alınması olmalıdır. Rusiyanın bu təhdidləri qarşısında Azərbaycanın təhlükəsizlik təminatını artırmağın yolu, bütün istiqamətlər üzrə Qərbə daha sıx inteqrasiya yolu tutmaq və 10 noyabr Bəyanatındakl öhdəlikləri yerinə yetirmədiyi üçün Qarabağdakı Rus “sülhməramlılarının” vaxtından əvvəl çıxarılması məsələsini gündəliyə gətirmək olmalıdır. Eyni zamanda Azərbaycan beynəlxalq səviyyədə özünə qarşı olan Rusiya təhdidlərini gündəmə gətirərək Gürcüstan və Moldova kimi öz təhlükəsizlik məsələsini NATO gündəminə daşımağa çalışmalıdır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir