Putinin etdiklərinə görə bütün rusların cəzalandırılması nə qədər ədalətlidir? İndi bu sual Rusiyada tez tez səslənir. Özü də bu sualı tez-tez verənlər heç vaxt siyasətə qarışmayan, ölkəsində olub bitənlərə reaksiya verməyən və bu gün Putinin törətdiyi müharibə cinayətlərinə etinasız qalan milyonlarla rusdur. Onlar narahatdırlar ki, nəyə görə xaricdə təhsil alan rus tələbələri geri göndərilir, rus iş adamlarının hesabları dondurulur, biznesləri əngəllənir, sadə rusların bank kartları işləməz hala gəlir, vizalar verilmir, ticarət imkanları məhdudlaşdırılır, əllərində olan pulları dəyərini itirir və. s. Nə qədər acı da olsa, bu gün milyonlarla rus anlamır ki, bütün bunlar Putin kimi bir diktatoru hakimiyyətdə saxladıqları və bu diktatorun insanlığa vurduğu zərərə görə onların ödədiyi bədəlidir.
Axı ola bilməz ki, Rusiya imperializmindən əziyyət çəkən xalqlar minlərlə qurban versinlər, rus xalqı isə tövrünü pozmadan həyatını davam etdirsin və buna görə heç bir əvəz ödəməsin.
İndi dünya rus xalqını seçim qarşısında qoyub. Ya ruslar Putin irticasına qarşı dirənən, qurbanlar verən xalqlarla həmrəy olub, bu müharibə canisini hakimiyyətdən uzaqlaşdırmalı, ya da ki, susqunluğunun, etinasızlığının ağır bədəlini ödəməlidirlər. Rus xalqı bu gün ölüm dirim savaşı verən ukrayna xalqından heç nə ilə artıq deyil. Ukrayna xalqı minlərlə qurban verərkən, vətəni dağıdılıb xaraba qalarkən, rus xalqının öz qanlı diktatorunu durdurmaq üçün ayağa qalxmaması, heç nə olmamış kimi “siyasətə qarışmaması” heç də ədalətli deyil.
Bu gün beynəlxalq birliyin kəskin reaksiyası rus xalqını Putin rejimimə qarşı etiraza, ayaqlanmaya sövq etmək məqsədi daşıdığına görə ədalətlidir və zəruri müdafiə xarakteri daşıyır. Ruslar indi anlamalıdırlar ki, onların bu etinasız mövqeyi təkcə öz ölkələrinə deyil, bütün bəşəriyyəttə, sülhə ağır zərər vurur. Bu gün dünyanın Rusiyaya qarşı bu sərt mövqeyi həm də ona görə lazımdır ki, rus xalqı məhz imperializmə, işğalçılığa görə nə qədər ağır bir əvəz ödədiyini görüb, bir daha öz arasından Putin kimilərin yetişməsinə imkan verməsin.
Fuad Gahramanlı
Fuad Gahramanlı: Rus xalqı Putinə görə cavab verməlidir ?
372 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.